Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 146 (Four Thousand Fed)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

h) Dörd min nəfərin doydurulması (Matta 15:29-39)


MATTA 15:32-39
32 İsa şagirdlərini yanına çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən düşməsinlər». 33 Şagirdlər Ona dedilər: «Bu çöllükdə bu qədər camaatı doydurmaq üçün çörəyi haradan tapaq?» 34 İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi və bir az da kiçik balığımız var». 35 Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. 36 Yeddi çörəklə balıqları götürdü və şükür edərək bölüb şagirdlərə, şagirdlər də camaata verdi. 37 Hamı yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu. 38 Yemək yeyən adamların sayı isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi. 39 İsa camaatı buraxıb qayığa minərək Məcdəl bölgəsinə getdi.
(Mat. 14:31-21; Mark 8:1-6)

Məsih üç gün boyunca Ona qulaq asan, möcüzələrini görən camaatın ac olduğunu gördü. Onlara yazığı gəldi. Şagirdlərindən onlara kömək etməyi xahiş edəndə, şagirdlər buna gücləri çatmadığını etiraf etdilər. Məsih, Ona imanla verilən az neməti çoxalda biləcəyini göstərərək onlara bir daha dərs öyrətmək məcburiyyətində idi. O, camaat qarşısında dua etdi, yeddi çörək və bir neçə dənə balıq üçün Atasına şükür etdi. Aza görə şükür möcüzənin sirri idi. Oğul Atasıyla danışdı və cavabını eşitdi. İsa Özü Allah olduğu üçün bu duaya ehtiyacı yox idi, lakin O, qəlbən itaətkar idi və Atası ilə danışmağa can atırdı. O Özünü aşağı tutdu, insan oldu, amma Atası ilə həmişə tam razılıq içində idi. O, az miqdarda çörəyə görə şükür etdi və çörək çoxaldı. O zaman Məsih çörəyi və balığı şagirdlərinə verdi və bunlar dörd min kişinin ailələri ilə birlikdə yeyib-doymasına kifayət etdi.

Rəbb İsa ardıcıllarının ibadət və xidmətlərində keçirdikləri bütün çətinlikləri qeyd edir. “Sənin əməllərindən, zəhmətindən, dözümündən… xəbərdaram” (Vəhy 2:2). Sən mükafatını əsla itirməzsən.

Ey qardaş, Məsihin məhəbbətinin qüdrətinə ümid bağla, həyatını Ona təslim et və O sənin az gücündən istifadə edib, minlərlə adama çox xeyir-duanın verilməsinin səbəbkarı edəcək. Vaxtını, pulunu, canını Rəbbin sərəncamına ver və daima özünü Ona həsr et və Onun qüdrəti ilə baş verən möcüzələrin şahidi olacaqsan.

Şagirdlər Məsihin qüdrətindən şübhələnirdilər. “Bu çöllükdə bu qədər camaatı doydurmaq üçün çörəyi haradan tapaq?” sualı Musanın bu ağıllı sualına oxşayır: “Bütün qoyun-keçi və mal-qara kəsilərsə, onlar doyarmı?” (Say. 11:22). Ancaq şagirdlərin artıq bir dəfə Məsihin yaratdığı buna bənzər möcüzəni gördüklərini nəzərə alsaq, bu sualın heç ağıllı olmadığını anlayacağıq. Əslində, onlar o möcüzənin yalnız şahidləri deyil, iştirakçıları olmuşdular! Onlar çoxalan çörəyi öz əlləri ilə camaata paylayırdılar! Bu səbəbdən onların bu sualı ruhən zəif olduqlarını göstərir.

Keçmiş möcüzələrin unudulması indiki şübhələrə səbəb olur.

DUA: Ey Ata, Sən kainatı yoxdan yaratdın, böyük məhəbbətinlə bizim yenidən doğulmamıza səbəb oldun. Bizə iman və şükür etməyi öyrət ki, biz öz şübhələrimizlə Sənin qüdrətini rədd etməyək! Sən miskin və önəmsiz adamları sevirsən, onlara daim rəhm edirsən. Səninlə birlikdə onlara xidmət etməkdə kömək ol! Bizə bəxş etdiyin ənamlara görə Sənə şükür edirik və minnətdarlıq hissi ilə həyatımızı Sənə həsr edirik. Əlimizi tut və bizi istədiyin yerə apar!

SUAL:

  1. Məsih dörd min kişi ilə ailələri üçün çörəyi və balığı niyə və necə çoxaltdı?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:53 AM | powered by PmWiki (pmwiki-2.2.109)