Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 103 (Encouragement)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi

c) Sıxıntılarda təşviq (Matta 10:26-33)


MATTA 10:26-27
26 Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 27 Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin.
(Mark 4:22; Luka 8:17; 12:2-9)

Allahın Padşahlığı qüvvəyə malik olmayan sözlərdə deyildir. Bizim heç bir sirrimiz yoxdur, biz şəhadətimizlə bizə qulaq asmaq istəyən hər kəsə Müqəddəs Ruhun qüvvəsini təqdim edirik. Məsihin qüdrəti bizim ürəklərimizə gəldi və bizi həqiqətə aparır. Onun məhəbbəti bizdə gizli qalmır, lakin müxtəlif xidmətlərimizdə üzə çıxır. Məsihə bağlı qalsan, imanını gizlədə bilməzsən, çünki Rəbbi sevən adam yalan danışmaz, oğurluq etməz, qürurlanmaz, valideynlərinin sözünə baxar, imtahanlarda müəllimi aldatmaz, inqilab və çevrilişlərdə iştirak etməz. Sənin Məsihlə olan şərikliyin həyatında üzə çıxacaq və şəhadət edəcək. Biz öz gücümüzlə iman uğrunda mübarizə aparmırıq, ancaq Rəbb bizi gecə-gündüz gücləndirir, həm yaxşı, həm də pis günümüzdə bizə dayaq olur. Biz tək deyilik. İncildən xilasımız barədə öyrəndiyimiz təlimi qorxmadan, çəkinmədən başqalarına çatdırmalıyıq. İlahi Müjdə bizi şəhadətə yönəldir. Müqəddəs Ruh sənin ruhuna Məsihin qanı sayəsində Allahın övladı olduğunu şəhadət edirsə, deməli, sənin bu lütf barədə şəhadət etməyə haqqın vardır. Sən ürəyin ilə duyduğun hər şeyi insanlara danış, çünki Rəbbin sözü insanların xilası üçün əsasdır.

İflic olan bir vaiz dostlarından ona mikrofon almalarını xahiş etdi. Onlar bu xahişə təəccübləndilər, bəziləri güldülər. Ondan mikrofonu nə üçün istədiyini soruşanda cavab verdi ki, onlardan bir də xahiş edəcək ki, onu evin damına aparsınlar və o, yoldan keçən adamlara cəhənnəmdən üz döndərib cənnətə tərəf dönmələri üçün yalvaracaq. İflic olan o adam şəhadət verə bilirsə, biz sağlam olanlar necə susaq? Biz cəhənnəm oduna aparılanları xilas barəsindəki Müjdə ilə azad etmək üçün dilimizi işə salmalıyıq!

Dünyada Müjdəni yayaraq xidmət etməyə davam et. Sənin missiyanın bundan ibarət olduğunu unutma! Düşmənlərin məqsədi təkcə səni yox, sənin missiyanı məhv etməkdir! Buna görə də, nəticəsindən asılı olmayaraq, imkan dairəsində Müjdəni yay. “Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin”.

DUA: Ya Rəbb İsa, Sən bizim uğrumuzda əzab çəkdin, biz isə insanların pisliyinə görə Səndən utanırıq. Səni ucaldırıq, çünki Sən bizi xilas etdin! Sən bizi öyrət, qoy tam kamil şəkildə Sənin ardınca gedək, Müqəddəs Ruhun cəsarətini bizə ver ki, Müjdə barəsində başqalarına şəhadət edək və onların bilmədikləri həqiqətləri onlardan gizli saxlamayaq. Qoy bizim evimizə və mühitimizə Sənin Padşahlığın gəlsin!

SUAL:

  1. Sədaqətlə Məsihin ardınca getmək nə deməkdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)