Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 104 (Encouragement)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi

c) Sıxıntılarda təşviq (Matta 10:26-33)


MATTA 10:28
28 Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun.
(İbr. 10:31; Yaq. 4:12)

Danışmaq asandır, lakin mühakiməyə getmək, qamçılanmaq, həbsdə yatmaq, qılınc və oddan keçmək vaxtı gələndə, ən cəsarətli adamlar belə qorxur və xüsusilə əziyyətdən qurtarmaq fürsəti olduqda, qaçmaq istəyir.

İsa şagirdlərinə nəsihət verdiyi, vəz etməyə göndərdiyi zaman üç dəfə “Qorxmayın!” deyə nəsihət verdi. İnsanlardan, ölümdən və şeytandan qorxmamaq Allahın əmridir. Hakimiyyət orqanları, valideynlər, cinlər və qorxunc şeylər bizi qorxutmağa çalışanda bu əmri yada salaq.

İnsan nədən qorxur? Əzab-əziyyətdənmi? Bunlar bizi ölümə yaxınlaşdırır. Ölümdən qorxmağa dəyərmi? Dəyməz! Məsih bizə Öz həyatını bəxş etdiyinə görə biz ölü qalmayacağıq, yaşayacağıq! Bəlkə biz ölüm pərdəsinin arxasındakı həyatdan qorxuruq? Yox! Çünki Məsihin qanı bizim vicdanımızı ölü işlərdən təmizlədi və Müqəddəs Ruh bizə təsəllir verir. Yoxsa Allahdan qorxuruq? Yox! Axı O bizim Atamızdır! Məsihilərdən başqa bütün insanlar Onun hökmündən qorxurlar. Biz isə Onun həqiqətini ürəyimizə qəbul edəndən sonra O bizi Öz sevimli övladı elədi.

Məsih şagirdlərini bu sınaqlara hazırlaşdırdı. Biz görürük ki, Məsih burada düşmənlərin məhdud qüvvəyə malik olduğunu vurğulayaraq bizə qorxmamaq üçün ağlabatan və nəcib səbəb verir. Onlar yalnız bədəni öldürə bilirlər, ondan başqa heç nəyə gücləri çatmaz. Bədəni öldürmək də ancaq Allahın izni ilə mümkündür. Lakin onların əsla aşa bilməyəcəkləri bir məhdudiyyət var – onlar insanın canını məhv edə bilməzlər, halbuki insanın canı elə özüdür. Bundan biz anlayırıq ki, bəzi təlimlərdən fərqli olaraq, insan öləndən sonra canı yuxuya düşməz. Canı düşünməyə, anlamağa davam edir. Əks halda adamın bədənini öldürmək canını öldürməyə bərabər olardı. Can Allahdan, Allahın məhəbbətindən ayrı olduğu müddətdə əzab çəkir, çünki canın həyatı Allahdadır. Lakin cana qatilin əli çatmaz. Təqiblər, bədbəxtliklər, əzab-əziyyətlər bizi bu dünyadan ayıra bilər, lakin Allahdan ayıra bilməz, bizi Allahı sevməməyə məcbur edə bilməz. Əgər biz həqiqətən canımızı qiymətləndiririksə, onu bizdən qapa bilməyən insanlardan qorxmamalıyıq. İnsanlar ancaq bədənimizi öldürə bilərlər (bədənimiz onsuz da bir gün öləcək), canımıza isə zərər verə bilməzlər! Onlar nə edirsə-etsinlər, canımız Allahdan zövq alacaq. İnsanların əli qiymətli mirvarimizə çatmaz, yalnız “qabığı” məhv etməyə gücləri çata bilər.

Bəs İsa bizə nə üçün Allahdan qorxmağı məsləhət görüb? Yalnız Allah canımızı cəhənnəmə ata bilər və əgər biz təhlükəsiz həyatı Səmavi Atamızın şərəf və məhəbbətindən üstün tutur və buna görə imandan dönürüksə, İsa bizə Allahdan qorxmağı əmr edir. Çünki biz imandan dönsək, Atamız insandan qorxduğumuz üçün Onun xilasına xor baxdığımıza görə bizim ədalətli Hakimimizə dönəcək. O zaman biz Allahın önündə durub hər boş sözümüzə, boş yerə sərf etdiyimiz hər qəpiyə, hər bir niyyətimizə görə cavab verəcəyik. Bütün təqsirlərini Allaha etiraf edən insan nə bəxtiyardır. İsa Məsihin axıdılmış qanı olmasaydı, biz qorxuya və məyusluğa düşərdik, lakin İsa bizi gələcək qəzəbdən qurtarmışdır.

DUA: Ey Səmavi Ata, Müqəddəs Ruhun bizə elan etdi ki, məhəbbətdə qorxu yoxdur və kamil məhəbbət qorxunu qovar. Sənə olan məhəbbətimizin o qədər az olduğuna, Səndən qorxduğumuzdan daha çox ölümdən qorxduğumuza görə bizi bağışla! Bizi məhəbbətinlə doldur, qoy Sən bizi sevdiyin kimi biz də Səni sevək və Sən düşmənlərini sevib onların uğrunda canını qurban verdiyin kimi biz də düşmənlərimizi sevək! Bizi məhəbbətdə qüvvətləndir, qoy biz söz və əməllə, dua və fikirlə Sənə şəhadət edək və Müqəddəs Ruhun bizi göndərdiyi hər adamın yanına gedək! Ürək qulaqlarımızı aç, qoy biz Sənin səsini eşidək və dediyinə əməl edək!

SUAL:

  1. Şəhadətin nəticələrindən qorxmamaq üçün nə etməliyik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:45 AM | powered by PmWiki (pmwiki-2.2.109)