Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 006 (Genealogy of Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

1. İsanın nəsil şəcərəsi (Matta 1:1-17)


MATTA 1:2
2 İbrahimdən İshaq törədi …

Müjdəçi Matta öz Müjdəsini yəhudilər və əslən yəhudi olan məsihilər üçün yazdı. Buna görə o ilk əvvəl İsanın tam nəsil şəcərəsini yazdı və İsanın nəsli etibarilə həqiqətən Məsih olduğunu təsdiq etdi, çünki İsanın varlığı doğuluşundan başlamadı.

Allah İbrahim ilə xilas yoluna zəmin yaratdı. İbrahimə öz oğlu İshaqı qurban verməyi əmr edərək Allah xilas planında qurbanın zərurətinə işarət etdi. Bu zərurət İsa Məsihin çarmıxa çəkilməsi ilə təqdim etdiyi unikal qurbanda tamamlandı. Vədin varisi İshaq kiçikliyindən Allah qorxusu və Allaha tam təslim ilə tərbiyə edildi. Dua edən adam oldu. Evlənməsi Rəbbin adı ilə baş verdi, tarlalarında bol bərəkət oldu. O, həlim adam idi, iki quyusunu barışmaz çobanlara verdi və özü yeni quyu qazdı. O öz məhəbbəti ilə düşmənlərinə qalib gəldi, təvazökar və itaətkar olaraq yaşadı və Allah Özü ona görünüb İbrahimlə bağladığı əhdin İshaqa da aid olduğunu təsdiq etdi. İbrahimin ailəsi içində davranışları ilə ən çox İsaya bənzəyən İshaq idi (Yar. 24:63; 26:6-7, 12-13, 22).

Lakin İshaq atasının etdiyi günahlara bənzər bir günaha yol verdi: qadın düşkünü düşmənlərinin qorxusundan öz arvadını "bacısı" kimi təqdim etdi (Yar. 26:6-7). Bundan başqa, oğlu Esavı Yaqubdan çox sevirdi, bunun ucbatından arvadı Yaqubla əlbir olub, İshaq və Esavdan gizli olaraq İshaqın atalıq xeyir-duasının Esava deyil, Yaquba verilməsini təşkil etdilər. Bu yolla Yaqub İsanın xeyir-dualı nəsil şəcərəsinə daxil olub.

DUA: Səni ucaldırıq, Sənə həmd edirik, ey göyün və yerin Rəbbi, zira Sən iman atalarına, zəifliklərinə baxmayaraq, həmişə sadiq qalmısan! Məhəbbətin nəsillər boyunca davam edir. Biz inanırıq ki, Sən bizi Məsihdə seçmisən və nöqsanlarımıza baxmayaraq, böyük lütfünlə bizi daşıyırsan!

SUAL:

  1. İshaq necə İsaya bənzəyir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:22 AM | powered by PmWiki (pmwiki-2.3.3)