Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
A - Bütün dünya şər olanın hakimiyyəti altındadır və Allah hər kəsi ədalətlə mühakimə edəcək (Romalılar 1:18 - 3:20)
3. Bütün insanlar günahkar və təqsirkardır (Romalılar 3:9-20)ROMALILAR 3:9-10 Allahın adı ilə bütün millətləri təqsirləndirən Paul axırda heç birinin başqasından yaxşı olmadığını təsdiqləyir. Bütün insanlar günah edib, Allahın doğru yolunu azdılar, öz şəhvətində, qürurunda şərin qulları oldular. Paul hamımızı təqsirləndirərək, özünü də istisna etmir, özünün günahkar olduğunu etiraf edir! Əgər sən ürəyini bulandıracaq qədər iyrənc bir şey görmüsənsə, bil ki, sənin günahın da o cür iyrəncdir və sənin ruhun günahından o qədər çox iyrənir! Həvarinin təqsirləndirməsini oxuyarkən, özünü yoxla və anla ki, burada bəhs edilən günahkar sənsən! ROMALILAR 3:11-12 Allahın nur saçan müqəddəsliyi qarşısında hamımız murdar və iyrəncik. Məsihdən başqa saleh olan yoxdur. Ağlımız sanki kəsif dumandadır, biz ən böyük meyarımız olan Allahı olduğu kimi görmürük, anlamırıq. Günahımızın iyrəncliyini dərk etmirik. Kaş insanlar öz yollarına azmaq, özünə şərəf axtarmaq, öz şəhvətlərinə qulluq etmək, rahat və qayğısız həyata can atmaq əvəzinə müdriklik və anlayış axtara, Allahın izzətinə can atalar! Bütün insanlar Rəbbin yolundan azdılar, heç kəs doğru yolu tutmur! Sən də təbiətcə yaxşı deyilsən! Hamısı yoldan azıb, faydasız olub, pozğunlaşıb. Hamımız təbiətcə pisik, təqsirkarıq! Sənin vicdanın səni həqiqətən olduğun kimi tanıyır! ROMALILAR 3:13 İnsanların pozğunluğu sözlərindən bilinir. Hamımız qəddar qatillərik, çünki dilimizlə dost-tanışımızın şərəfinə ləkə gətirir, adına qara yaxırıq; yalanlarımız, ittihamlarımız, təhqirlərimiz, ədəbsiz zarafatlarımızla havanı zəhərləyirik; Allaha qarşı deyinirik, məsləhətlərinə görə narazı oluruq. Bütün bunlar ağzımızda acı küfrə bənzəyir. Biz asiyik, Allahın tərbiyəsinə qarşı inadkarlıq göstəririk və yalnız ağır zərbələrə və məhkumiyyətə layiq olduğumuzu anlamırıq! ROMALILAR 3:14-17 Nifrətimiz tez ötüb-keçən deyildir. Biz düşmənlərimizi sevmirik, amma onları yox etmək istəyirik. Xalqlar, millətlər düşmənlərinə nifrət edərək, qan axıdırlar. Qəzəblənən insan vəhşi heyvana dönür. Yalandan sülhdən dəm vururuq, amma ürəyimizdə sülh yoxdur! Bütün insanlar təqsirkardır, ürəklərində həqarət, kin-küdurət, qürur aşıb-daşır, çünki onlar bilmirlər ki, Allah məhəbbətdir, haqdır, paklıqdır! İnsanlar həqiqət hissini itiriblər, meyarsız qalıblar, rahatlıqdan məhrum olublar, özlərini çıxılmaz vəziyyətə qoyublar! ROMALILAR 3:18 Allahı tanımayan və Ondan qorxmayan adam nadan və ağılsızdır, çünki Müqəddəsi tanımaq idraklı olmaqdır və Rəbb qorxusu hikmətin başlanğıcıdır! İndiki zəmanədə ateizm geniş yayılıb və insanlar Allah yox imiş kimi davranırlar! Heç təəccüblü deyil ki, şər artır, küçələrdə, insanların ürəklərində, kinoteatrlarda, jurnal səhifələrində və ümumiyyətlə hər yerdə günah bütün abırsızlığı ilə başını yuxarı qaldırır. ROMALILAR 3:19-20 Əhdi-Ətiqdəki imanlı qəhrəmanlar da günahkar idilər və günahkar olduqlarını Qanundan öyrənmişdilər. Doğrudur ki, Qanun əmrlərə riayət edənlərə bütün səmavi xeyir-duaları vəd edir, lakin əmrlərə riayət etməyə heç kəs müvəffəq olmayıb! Biz nə qədər öz gücümüzlə düzəlməyə çalışırıqsa, o qədər də pisliyin qanımıza hopmuş olduğunu dərk edirik! Biz Allahın qisasına layiqik, bütün yaxşılıqlarımız eqoizm ilə ləkələnib. Allahın qarşısında heç bir yaxşılığımız yoxdur! Paulun öyrətdiyi təlimin bu əsas müddəaları ilə razılaşırsanmı? Paulun yazdıqlarını bir daha oxu, ağla gəl və tövbə et! DUA: Ey Səmavi Atamız, bizə Məsihdə verdiyin ümidə görə Sənə şükür edirik. Biz artıq ruhdan düşmürük, bədbinliyə qapılmırıq. Hamımızın fikir, söz və əməllərimiz pisdir, əl və ayaqlarımız, gözlərimiz günahın alətidir! Ürəklərimiz kin-küdurət, şəhvət, yalan və hiylə doludur. Mən nə murdar insanam! Sən təqsirimdən keç və gözümün qabağında müqəddəsliyinin obrazını canlandır, qoy qəlbimdəki qürurun qalıqları yox olsun və mən yalnız Sənə səcdə qılım! Ya Rəbb, məni bir dəfəlik günahlarımdan qurtar! SUAL:
Romalılara Məktub üzrə birinci sual vərəqəsiMöhtərəm oxucu! Əgər sən bu vərəqdəki suallardan ən azı 25-inə düzgün cavab versən, biz sənin Allahın Kəlamını dərindən öyrəndiyini biləcəyik. Onda biz sənin səylərini mükafatlandırmaq üçün, ədəbiyyat siyahımızdakı kitablardan birini (sənin öz seçiminə görə) göndərəcəyik.
Poçt ünvanınızı əskiksiz qeyd edin. Bütün cavablarınızı aydın xətlə yazıb bu ünvana göndərin: Waters of Life Internet: www.waters-of-life.net |