Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 226 (Are You Talented?)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi'
13. Əmanət pul məsəli (Matta 25:14-30)

a) Sənə talant verilibmi? (Matta 25:14-18)


MATTA 25:14-18
14 Səmavi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağırıb əmlakını onlara əmanət etdi. 15 O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü. 16 Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı. 17 İki talant alan da beləcə daha iki talant qazandı. 18 Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi.
(Luka 19:12-27; Rom. 12:6)

Bu məsəldə üç qula verilən talantlardan bəhs edilir. Əvvəlki məsəl Rəbbin gəlişinə hazır olmaq zərurəti haqqında idisə, bu məsəl bu dünyada fəal xidmət etmək, səy göstərmək zərurətini öyrədir. On qız məsəli bizi öz canlarımızı hazırlamağa ruhlandırırsa, bu məsəlin mövzusu Allahın izzəti üçün başqalarının xeyri üçün səy göstərməkdir.

Hər insan Allahın möcüzəsidir – sən öz-özünü yaratmamısan, Yaradan səni valideynlərin vasitəsilə bu dünyaya gətirib. Hər insan, Allahın fikrinin təcəssümüdür. İnsan, günahlarına rəğmən, Yaradanın surətini özündə daşıyır.

Sənə ağıl, can, vicdan, dil ənam edilib. Sən daş, yaxud bitki kimi deyilsən – sən öz iradənlə hərəkət edirsən, kədər və sevinc hiss edirsən. Rəbbi, sənə verdiyi böyük ənamlara görə şükür etmisənmi? Onun ənamlarının qədrini bilmək üçün onlarsız həyatı təsəvvürünə gətir. Bir adam sənə “Gözünü və ya ürəyini mənə sat” desə, milyonlarla dollarlar təklif etsə belə, satmazsan! Sən anladığından çox-çox varlısan. Bəs nə vaxt yerə qapanıb səni Yaradana səcdə edərsən? Çünki Səmavi Ataya şükür edən Ona bağlanır. Ondan aldığı ənamlara görə Onu mədh edən hər kəs sevinclə Ona xidmət edir. Eqoist Allahı deyil, özünü düşünür, insanların ona hörmət etməsini, onu şərəfləndirməsini istəyir. Lakin şükür edən adam Rəbbini şərəfləndirir, özünü aşağı tutub var gücü ilə Rəbbə xidmət edir. Bəs sən Rəbbin üçün nə edəcəksən? Həyatının məqsədi və mənası, Səmavi Ataya həmd etməkdir. Şükür etməyən adam ruhən ölü və daşürəklidir. Rəbbə şükür edən adam ruhani biliyini, mənəvi gücünü və dərin məhəbbətini üzə çıxardır.

Bu məsəldə qulların hamısı bərabər sayda talant almadıqları kimi, imanlılar da hərəsi öz qabiliyyət və şəraitinə görə ənamlar alır. Allah azaddır və “ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır” (1Kor. 12:11). O, insanları növbənöv xidmətlər üçün yaradır, necə ki insan bədəninin hissələri hərəsi öz funksiyasını yerinə yetirir. Hər ənamın Məsihin xidmətində faydası vardır. Buna görə fəal ol, hərəkət elə, əllərin, ayaqların, mal-mülkün və vaxtın ilə Rəbbə xidmət et! Sənin hər şeyin Allaha və insanlara qurban olaraq təqdim edilməli və xidmət etməlidir. Yaradanından müdriklik və bəsirət dilə və Ona daha çox bəhrə verə bilərsən.

Bütün ənamlarını Səmavi Ataya gətir, ayaqları altına qoy. Ona hörmət göstər və O səni Öz övladı çağıracaq. Əgər sən ərtafında ehtiyac içində olan adamlara müxtəlif ənamlarınla kömək edirsənsə, sənin varlığının qiyməti artacaq. Buna görə zəhmət çəkərək evdə, məktəbdə, iş yerində, boş vatxında Rəbbin sevincli xidmətkarı olaraq Ona xidmət et. Özü üçün çalışan eqoist adam sirkə içmiş kimi qəmgin görünür; əlində olanı səxavətlə paylayan Rəbbin sadiq qulu isə ətirli gül kimidir. Həvari Paulun bu öyüd-nəsihətinə əməl edək, qoy o, həyatımızda adət halına çevrilsin: “Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi cani-dildən edin” (Kol. 3:23).

DUA: Ey Səmavi Ata, bizə Öz bütövlüyündən lütf üstünə lütf, ənam üstünə ənam bəxş etdiyinə görə şükür edirik. Axı biz Sənin qarşında kimik?! Sənin bizim üzərimizə tökdüyün xeyir-dualara layiq deyilik. Biz Sənin önündə yalnız Məsihin qanı sayəsində yaşaya bilərik, Sənin Ruhunun qüvvəsi ilə nəfəs alırıq. Bizə kömək et, qoy xeyir-dualarımızı ərtafımızdakı adamlarla bölüşək və onlar da əbədi olaraq Sənin hüzurunda olan sevincə və dualara şərik olsunlar!

SUAL:

  1. Sənə konkret olaraq hansı ənamlar verilib?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:11 AM | powered by PmWiki (pmwiki-2.2.109)