Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 211 (The Disciples’ Questions)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

2. Şagirdlərin verdiyi iki sual (Matta 24:3)


MATTA 24:3
İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda Onun yanına gəlib dedilər: «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?»
(Həv. 1:6-8)

Şagirdlər Zeytun dağına gedərkən yolda məbədin əzəmətli görkəminə Məsihin diqqətini cəlb etdilər. Lakin Məsih xalqın günahları ucbatından oranı viranəlik yeri olaraq görürdü. Onun sözləri ardıcıllarının ümidlərini darmadağın etdi. Allahın məhəbbətinin məqsədi sement və poladdan tikilmiş, qızılla örtülmüş, xoş ətirlə dolu binalar deyil, “diri daşlar”dan, yəni Müqəddəs Ruhla dolu imanlılardan qurulan ruhani məbəddir. Bəs sən Allahın məbədində olan, bu günahlı dünyada Allaha xidmət edən diri daş olmusanmı? Yoxsa hələ də çölə atılmış faydasız daşa oxşayırsan? Özünü Məsihə həsr et, qoy O səni düzəltsin və sən əbədi olaraq çox faydalı insan olacaqsan.

Qədim əhdin məbədinin dağılması labüd idi, çünki onun yerində yeni əhdin məbədi ucalmalı idi. Ancaq Məsihin şagirdləri o vaxt hələ o köhnə məbəddən ayrıla bilmirdi, çünki ondan yaxşısını təsəvvürünə gətirə bilmirdilər. Sivilizasiyalarının mərkəzi olan bu əzəmətli binanın dağılması fikri belə onları dəhşətə gətirirdi. Onlar özlərinin, dost-tanışlarının həyatı üçün qorxurdular. Məsihin Padşahlığını tam dərk etməmişdilər, amma Rəbbə üz tutub bu viranəliyin nə vaxt və necə olacağını və Allahın Padşahlığının bu dünyada nə vaxt zühur edəcəyini soruşdular. İlahi Padşahlığın əziyyətsiz, dağıntısız yer üzünə gəlməyini arzu edirdilər.

Bəs sən gələcəkdən qorxursanmı? Ətrafında müharibələr, ölüm baş alıb gedərkən, həyəcan keçirirsənmi? Qorxma, bədənin zəifləyirsə, demək, Rəbbin gəlişi yaxınlaşır! Qatı zülmət çöksə də, Padşahlığının tez gələcəyindən təsəlli tap. Gələcəkdə nə baş verəcəyini bilmək istəyirsənmi? Unutma ki, bütün bu hadisələr Məsihin ikinci gəlişinə işarə edir. Fəlakətlər, problemlər sadəcə olaraq Rəbbin gəlişindən öncəki “doğuş ağrıları”dır. Çətin vaxtlarda bunu yaddan çıxartma, lakin başını qaldır, çünki xilasın yaxınlaşır!

DUA: Ya Rəbb İsa Məsih, tez gələcəyinə görə sevinirik! Xilasının zühur etməsinə can atırıq. Qeyri-ciddi, laqeyd yanaşmadan bizi qurtar, qoy biz zahirən parıldayan, içi isə boş olan məbədə oxşamayaq, amma Müqəddəs Ruhunun planında möhkəm duraq və özümüzü ruhani məbədində diri daşlar kimi qoyaq! Xalqımızda səni gözləyənlərlə birlikdə imanla itaəti və dözümü öyrənək!

SUAL:

  1. Şagirdlərin gələcək viranəlik barədə verdiyi sualların məğzi nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:09 AM | powered by PmWiki (pmwiki-2.3.3)