Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 210 (Christ Leaves the Temple)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

1. Məsih məbədi tərk edir (Matta 24:1-2)


MATTA 24:1-2
1 İsa məbəddən çıxıb gedərkən şagirdləri məbədin binalarını Ona göstərmək üçün yanına gəldilər. 2 İsa onlara cavab verib dedi: «Bütün bunları görürsünüzmü? Sizə doğrusunu deyirəm: onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».
(Mark 13:1-2; Luka 19:44, 21:5-6)

Məsih böyük Hirodun tikdirdiyi məbədi tərk edib bir də heç vaxt oraya qayıtmayıb. Məbədi tərk etməsi ilə O, Yezekelin peyğəmbərliyini yerinə yetirdi – Yezekel görüntüdə Allahın izzətinin məbəddən və müqəddəs şəhərdən ayrılıb Zeytun dağına tərəf yönəldiyini görmüşdü (Yez. 10:18-22; 11:23).

İsanın dövrünə qədər Allahın izzəti bu məbəddə idi, Ən Müqəddəs Yerdə gizlənmişdi. Sonra isə yəhudi xalqının böyük əksəriyyətinin itaətsizliyi oranın Allah tərəfindən məhkum edilməsinə səbəb oldu. Müqəddəs Olan onlardan uzaqlaşdı, onları düşmənlərinin hücumları qarşısında müdafiəsiz qoydu.

Zahirən məbəd əzəmətli görünür, qızıl qübbələri əvvəlki kimi bərq vururdu. Lakin içərisi artıq boş idi, orada Allahın Ruhu yox idi. O, işıqsız lampa, həqiqət olmayan ilğım kimi oldu.

Şagirdlər məbədin Allahın izzətindən məhrum olduğunu dərk etməmişdilər. Qüllələrinin qızılına valeh olub, İsaya göstərdilər. Rəbb onların bu zahiri gözəlliyə əhəmiyyət verməsinə təəssüflənərək başa saldı ki, müqəddəs Olan evini müdafiəsiz halda qoyub tərk etmişdi. Yaxın gələcəkdə məbədin dağılacağını xəbər verən İsa şagirdlərini daşı daş üstündə qalmayacağına inandırdı. Xalqın inadkarlığı Əhdi-Ətiqdə Allahın izzətinin bu daş binada məskən salacağına dair vədə son qoydu. Allah Məsihdə məskən salıb tam bütövlüyü ilə yaşadı. İndi İsa Özü Allahın məbədidir və O bizə vəd etdi ki, Təsəlliverici Ruhu üzərimizə tökəndən sonra bədənlərimiz müqəddəs Olanın məbədi olacaq! İsanın məbədi tərk etməsi ilə Əhdi-Ətiqdən Əhdi-Cədidə keçid baş verdi, necə ki məsihi inancı yolunda ilk şəhid olan Stefan da açıqca şəhadət etmişdir (Həv. 7:47-53).

Bəs sənin ürəyin nə haldadır? Sən Allahın məbədisənmi? Allahın Ruhu səndə məskən salıbmı? Onun mərhəmət qüvvəsi səndən ətrafına axırmı, yoxsa sən boş və ölüsən? Yoxsa sənin Məsihdə pənah yerin yoxdur və yolunun axırı mühakimə və həlakdır? Sənin imanlılar cəmiyyətin İsanın qurbanına həmd oxuduğu halda məhəbbətdən, sevincdən məhrumdurmu, orada tövbə edən yoxdurmu? Ağsaqqallar yığılıb Müqəddəs Ruh nə etməli, nə etməməli deyə özləri qərar verirlərmi? Allahın qüvvəsi sizdə sevinc dolu müqəddəs həyat ilə zahir olurmu? Yoxsa bol həyata dəvətiniz ola-ola, xudbin və kobud həyat tərzinizlə ölülərə oxşayırsınız?

DUA: Ey müqəddəs Ata, məhəbbətin və səbrin nə qədər böyükdür! İmanlılar Cəmiyyətinə Məsihin adı ilə yığılmaq, Ruhun qüvvəsi ilə Səni alqışlamaq imkanı verdiyinə görə Sənə şükür edirik. Məhəbbət və ümidlə davranmamışıqsa, bizi bağışla! Zəifliyimizə, az iman və mərhəmətimizə, öz yaxşılığımızla kifayətlənməyimizə rəğmən Ruhunu bizdən götürmə! Tənbəllik və asilik ruhundan bizi azad et və bizi tərk etmə! Qoyma, Rəbbin qüvvəsi və müdafiəsi olmayan boş məbədlərə dönək!

SUAL:

  1. Məsihin qəti olaraq məbədi tərk etməsi nə mənaya gəlir?

www.Waters-of-Life.net

Page last modified on August 03, 2023, at 04:14 AM | powered by PmWiki (pmwiki-2.3.3)