Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 189 (Jesus Questioned)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)

4. Ali məclisin nümayəndələri İsanı soğru-suala tutur (Matta 21:23-27)


MATTA 21:24-27
24 İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; onu Mənə desəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm. 25 Yəhyanın vəftizi haradan idi? Göydən idi, yoxsa insanlardan?» Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. 26 Amma desək “insanlardan”, camaatdan qorxuruq, çünki hamı Yəhyanı peyğəmbər sayır». 27 Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm.
(Mat. 14:5)

Məsih düşmənlərinin Ona necə tələ qurduqlarını anlayırdı. O, onların sualına birbaşa cavab verməyə tələsmədi, onlar üçün bir daha tövbə qapısını açdı. Onlar Rəbbə tərəf dönüb etiraf edə bilərdi ki, Allah Vəftizçini Məsihin yolunu hazırlamağa göndərmişdi. İsanın bu tərzdə cavab verməsində iki məqama diqqət yetirək:

Birincisi, İsa Allahın Oğlu olduğu barədə məntiqi və konkret bir şəkildə öyrətmirdi. O, itaətkar insanların ürəklərində imanın yavaş-yavaş inkişaf etməsini gözləyirdi; onlar özləri İsaya diqqətlə baxıb, ilahiliyinə inanmağa başlamalı idilər, Ona yaxınlaşdıqca, Onu sevdikcə, bu həqiqətə gəlib çatmalı idilər. Belə yanaşma bizim adətən insanlarla söhbətlərimizin tam əksidir. Biz min cür yollarla insanları Məsihin ilahiliyinə inandırmağa çalışırıq. Yaxşısı budur ki, İsanın işlərindən, paklığından, xeyirxahlığından danışaq, qoy Bəşər Oğluna inamları artsın. Onlar özləri hiss edəcəklər ki, ölüləri dirildən, günahkarları sevən, düşmənlərini əfv edən İsa adi insan deyildir. Onlar İsada Allahın bəşər olmasını görmək üçün hazırlaşmalıdırlar.

İkincisi, Məsih düşmənlərini düşündürürdü. Onların tövbə etməsi üçün zəmin yaratmağa çalışırdı. Onlar quru əqidələrindən əl çəkməli, başqalarını mühakimə etməkdən uzaqlaşmalı idilər. Yəhyanın vəftizinin Allahdan olduğunu qəbul etsəydilər, günahlarını etiraf edib tövbə edə bilərdilər. Lakin onlar özlərini mömin və saleh sayıb, İsaya tabe olmaq istəmədilər. Ürəkləri kütləşdi, qəzəb və kinlə doldu.

Məsihin bu düşmənləri Yəhyanın vəftizinin Allahdan olduğunu təsdiq etsəydilər, xalqın inamını itirərdilər. O zaman Məsih onlara “Bəs niyə siz ona inanmadınız?” deyə sual verərdi. Ümumiyyətlə, bir təlimi, Allahdan olduğunu bildiyi halda rədd etmək ən böyük şərdir. Çoxları həqiqəti bilə-bilə, camaat qarşısında rüsvay olmaqdan qorxaraq günah içində qalır və həqiqəti elan etmirlər. Beləcə o adamlar Vəftizçi Yəhyaya qulaq asmaq istəməyib, Allahın məsləhətini rədd etdilər və üzrsüz qaldılar.

Yəhyanın vəftizinin insanlardan olduğunu deməkdən qorxurdular, çünki buna görə xalqın qəzəbinə gələ bilərdilər. Bəli, başçı kahinlər və ağsaqqallar camaatdan qorxurdu, vicdanları təmiz deyil idi, paxıllıqdan partlayırdılar. Hökumət xalqın gözündə mənfur oldu və Müqəddəs Kitabın bu peyğəmbərliyi yerinə yetdi: “Buna görə də Mən bütün xalqın önündə sizi alçaldıb xəcalətli hala saldım” (Mal. 2:8, 9). Onlar həqiqətə sadiq qalıb borcunu yerinə yetirsəydilər, səlahiyyətləri əllərində qalardı və camaatdan qorxmağa gərək qalmazdı. Kim xalqı ondan qorxmağa məcbur etməyə çalışırsa, o özü hökmən xalqdan qorxacaq.

Yəhudilərin ali məclisinin nümayəndələri məsləhətləşib elə qərara gəldilər ki, özlərini Yəhyanın vəftizinin haradan olduğunu bilməzliyə vursunlar. Belə cavab onlar üçün böyük rəzalət oldu, çünki bu söhbətin şahidi olan camaat öz rəhbərlərinin bicliyinə güldü.

İsa, Onun üçün qurduqları tələyə onların özlərini saldı. Öz səlahiyyəti və ilahiliyi barədə cavab vermədi, çünki onlar Ona iman etmirdi və vaxtı hələ çatmamışdı. Vaxtı çatanda İsa bir cümlə ilə qəti cavabını verərək tam kamil şəkildə izzətini göstərəcək idi.

DUA: Ey Səmavi Ata, Sən həqiqətən Allahsan. Sən bizi xilas və təqdis etmək səlahiyyətini Öz Oğluna vermisən. Biz Sənə və Məsihinə səcdə qılırıq, çünki Sən məhəbbət, mərhəmət, şəfqət dolu Allahsan. Çarmıxa çəkilmiş Olanın qanı ilə bizi günahlarımızdan xilas etdiyinə və Müqəddəs Ruhun qüvvəsi ilə təqdis etdiyinə görə Sənə şükür edirik. Sənə yalvarırıq, ətrafımızdakı imansız insanları azad et, qoy Müqəddəs Üçlükdə vahid olan Allahı rədd etməsinlər, Sənin qadir Ata olduğuna iman etsinlər!

SUAL:

  1. Niyə İsa yəhudilərin ali məclisinin nümayəndələrinə Öz səlahiyyəti barədə cavab vermədi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:03 AM | powered by PmWiki (pmwiki-2.2.109)