Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 188 (Jesus Questioned)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)

4. Ali məclisin nümayəndələri İsanı soğru-suala tutur (Matta 21:23-27)


MATTA 21:23
23 İsa məbədə gəlib təlim öyrədərkən başçı kahinlər və xalqın ağsaqqalları Ona yaxınlaşıb dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?»
(Mark 11:27-33; Luka 20:1-8; Yəh. 2:18; Həv. 4:7)

Dini rəhbərlər Məsihin məbədi təmizləməyindən təşvişə düşdülər və Onu tutdurmaq üçün məsləhətləşməyə başladılar. Məsih isə gecə şəhərdən kənarda yatdı və ertəsi gün məbədə qayıdıb düşmənlərinin qarşısında açıqca təlim öyrətdi.

İsanın ən mühüm əleyhdarları “başçı kahinlər və xalqın ağsaqqalları” idilər. Onlar iki əsas məhkəmənin hakimləri idi. Başçı kahinlər dini məsələləri həll edən dini məhkəmə idi. Xalqın ağsaqqalları isə dünyəvi məsələləri həll edən mədəni məhkəmə idi (2Saln. 19:5, 7, 11). Bunların ikisi Məsihə qarşı əlbir oldu. Təəssüflər olsun ki, həm dini, həm dünyəvi rəhbərlər Məsihin Padşahlığına kömək etmək əvəzinə ona qarşı çıxdılar! Burada onların Məsihi narahat etdiklərini görürük. İsa “təlim öyrədərkən” bu adamlar nəinki özləri Onun təlimini qəbul etmirdi, həm də başqalarına mane olurdu.

Ali məclisdən rəsmi nümayəndələr gəlib İsadan “Sənə bu səlahiyyəti kim verib?” deyə soruşdular. Onlar İsanın hədsiz qüvvəsini hiss edirdi, heyranedici möcüzələrini inkar edə bilmirdi; fəqət Allahın Ruhundan doğulmadıqlarına görə İsanın o səlahiyyətinin mənbəyini də heç cür anlaya bilmirdilər. Məsih onları çox narahat edirdi və onlar Məsihin dəvətini qəbul etməmək üçün Onun cinə tutulmuş olduğunu iddia etdilər.

Bir çox insanlar indiyə kimi başa düşmürlər ki, İsa Məsih Allahın bəşər olmuş Oğludur. Göydə və yerdə bütün səlahiyyət Ona verilmişdir!

Yəhudilər də xəstələrə şəfa verən, ölüləri dirildən, cinləri qovan bu Adamın Kim olduğunu anlamadılar. Ürəkləri daşa döndü, iradələri kütləşdi. Məsihin həqiqətini anlamaq istəməyən hər kəs cahilliyindən əl çəkmir və öz günahlarında ölü qalır.

Məsihin səlahiyyəti dünyada ən böyük qüvvədir. Onun məhəbbətinin qüdrətinə iman edənlərin ürəyində yeni yaradılış gerçəkləşir. Məsihin Kəlamı keçmişdə olduğu kimi, bu gün də günahın qalın zəncirlərini belə qırır, pis ruhları qovur. Allaha həmd olsun! Bu dünyamızda hələ bir ümid var – Məsihin qüdrətidir! Qüdrəti aramızda bu gün də fəal işləməyə davam edir.

Məsihin qüdrəti imanlılardan gizli deyil, çünki onlar bu qüdrətin məhəbbət mənbəyi olduğunu bilirlər. Məsih qəddar ağa deyil, O bizi məhv etmək üçün əzəmətindən istifadə etməz. Məsih xeyirxah və lütfkar Təsəllivericidir. O, fağırları, biçarələri xilas etmək üçün qüdrətindən istifadə etdi. Qəlbini, zehnini Məsihin səlahiyyətinə təslim et və sənin hiyləgər varlığın dəyişiləcək.

Hər hansı ruhani səlahiyyətə malik olan hər kəs “Mənə bu səlahiyyəti kim verib?” – deyə özündən soruşmalı və vicdanı bu barədə narahat olsa, uğurlu olacağını ummamalı. Xidmətdə özbaşına hərəkət edən adam xeyir-dua almayacaqdır! (Yer. 23:21-22)

DUA: Ey qadir olan Məsih, Sənə şükürlər olsun, çünki Səmavi Atan göydə və yerdə bütün səlahiyyəti Sənə vermişdir! Ölüm və cəhənnəm açarları Sənin əlindədir. Bu dünyada Səninkindən daha üstün səlahiyyət olmadığını düşünməkdən təsəlli tapırıq. Biz Sənin məhəbbətinə inanırıq və dost-tanışımızın xilası üçün dua edirik. Hətta düşmənlərimiz üçün də xilas olmalarını, ağıllanıb dəyişilmələrini, qəlbən yenilənmələrini, əbədi olaraq Sənin üçün və Səndə yaşamalarını arzulayırıq. Amin.

SUAL:

  1. Niyə xalqın rəhbərlərinin nümayəndələri İsadan səlahiyyəti barədə soruşdular?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:02 AM | powered by PmWiki (pmwiki-2.2.109)