Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 158 (Clarification of Elijah’s Promised Coming)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

n) İsa İlyasın gələcəyinə dair vədi izah edir (Matta 17:9-13)


MATTA 17:9-13
9 Dağdan enərkən İsa şagirdlərinə əmr etdi: «Bəşər Oğlu ölülər arasından dirilənə qədər gördüyünüzü heç kimə söyləməyin». 10 Şagirdlər Ondan soruşdular: «Elə isə, niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» 11 İsa onlara cavab verdi: «Düzdür, İlyas gəlib hər şeyi yoluna qoymalıdır. 12 Lakin sizə deyirəm: artıq İlyas gəldi və onu tanımadılar, lakin nə istədilərsə, onun başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən əzab çəkəcək». 13 Şagirdlər o zaman başa düşdülər ki, İsa onlara bu sözləri Vəftizçi Yəhya haqqında söyləyirdi.
(Mat. 11:14; 14:9-10; 16:20; Luka 1:17)

Şagirdlər Xermon dağından İordan vadisinə endikləri zaman, onların fikri yavaş-yavaş gerçəkliyə dönür, ağlı fəal işləməyə başlayırdı.

İsa üç şagirdinə tapşırdı ki, O ölümdən dirilənə qədər gördükləri izzətindən heç kəsə danışmasınlar. O dirildikdən sonra isə hər kəs Onun ruhani həqiqətini görəcək. Şagirdlər Məsihin ölümdən dirilməsinin mənasını anlamamışdılar, yalnız onu bilmişdilər ki, İsa onları bu möcüzədən danışmağa qoymur, odur ki Rəbbin iradəsi ilə o biri şagirdlərə bu haqda danışmadılar. Müqəddəs Ruh hələ onlarda məskən salmadığına görə, İsanın dirilməsini dərk etməmişdilər.

Şagirdlər ilahiyyatçılardan eşitmişdilər ki, Məsihin gəlişindən öncə İlyas gəlməlidir. Onlar elə bilirdi ki, İlyas Karmel dağında göydən enən alovla yalançı kahinləri məhv etdiyi kimi, İsa da Padşahlığını qurandan sonra düşmənləri üzərində göydən alov endirib qələbə çalacaq.

İsa şagirdlərinin siyasi ümidlərinə son qoymaq məqsədilə onlara Padşahlığının siyasi olmadığını başlanğıcdan bəri hər zaman açıq-aydın öyrədirdi.

İsa onları başa saldı ki, Vəftizçi Yəhya vəd olunmuş İlyasın ruhunda vəz edib və səhrada şagirdlərinə hərbi təlim verməklə yox, tövbəyə çağırmaqla Məsihin yolunu hazırlayıb. Axırda “səhrada nida edən” bu adam zalım Hirodun əmri ilə qətlə yetirilib.

O zaman İsa buna bənzər şəkildə öləcəyini elan etdi: insanlar Onu tərk edəcək, başçılar Ona zülm edəcək, Allah bizim günahlarımız üçün Onu məhkum edəcək. İsa şagirdlərini siyasi çevriliş, yaxud iqtisadi artım üçün həvəsləndirməyib. Əksinə, O onlara bütün dünyəvi ümidlərinin boşa çıxacağını xəbər verib.

Şagirdlər bu dünyaya gələn yeni həyatı gördükləri üçün, Məsihin ehtişamı, sözləri, müqəddəsliyi barədə tam əmin idilər. Məsihin ölümü ilə hər şey qurtarmaz, Onun dirilməsi bizi Allahın həyatına şərik edər. Bəs sənin ürəyində hələ dünyəvi məqsədlər, boş arzular qalıbmı? Yoxsa Xilaskar Məsihin gəlişində imanlılarda zühur edəcək olan Allahın həyatına nail olmusanmı? Ona dua et və sona qədər möhkəm durmağın üçün səni Müqəddəs Ruhla doldurmasını və sənin həyatını düzəltməsini istə.

DUA: Ey müqəddəs Allahın Oğlu, Sənə alqışlar olsun, zira Sən günahlarımızı Öz üzərinə götürüb əvəzimizə Allahın qəzəbindən öldün. Atanın həyatını bizə bəxş etdiyin üçün Sənə minnətdarıq. Həyatın əsla ölməz, çünki Sən müqəddəs Olansan! İmanımız bizi Səninlə birləşdirir və qüvvətin bizdə axır. Sən qəlbimizdəsən. Ey günahlarımıza görə ölən, təqsirlərimizi bağışlayan Rəbb, Səndə yaşamamız üçün bizi ölüm vaxtımızda hifz et! Sən sarsılmaz ümidimiz və xilasımızsan!

SUAL:

  1. Vəftizçi Yəhyanın İlyas Peyğəmbərlə nə əlaqəsi var?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:55 AM | powered by PmWiki (pmwiki-2.2.109)