Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 155 (Jesus First Prediction of His Death and Resurrection)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

l) İsa ilk dəfə ölümü və dilirməsi barədə danışır (Matta 16:21-28)


MATTA 16:27
27 Çünki Bəşər Oğlu Atasının izzəti içində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək.
(Mat. 13:40-43; Rom. 2:6)

Məsih sənə Allahın məhkəməsindən qaça bilməyəcəyini bildirir. O gün Allahın Oğlu Atasının izzəti ilə əhatə olunmuş Bəşər Oğlu olaraq gələcək və aləmləri mühakimə edəcək. Beləcə Məsih şagirdlərinə səmavi cah-calal içində gəlişini ikinci dəfə elan etdi (Bax: Mat. 13:40-43). Bu olay bəşəriyyətin tarixinin məqsədidir, bəs Onu qarşılamağa kim hazırdır? “Hələ vaxtım var, hökm günü hələ uzaqdadır!” deyib vicdanını sakitləşdirmə! Ey qardaş, bil ki, sənin Allahla münasibətlərin zamandan və ya ölümün yaxınlığından asılı deyildir. Əgər bu gün ölsən, Rəbbin qarşısında necə duracaqsan?

Sənin əməllərin pisdir, əsla sənə bəraət qazandırmaz. Bəs sən əzəli Hakimə nə deyəcəksən? Onun qarşısında sənin üstün açılacaq, sən olduğun kimi çılpaq duracaqsan. O vaxt Ona nə deyəcəksən? Bir söz deməyə dilin gəlməyəcək, gözünü yerə dikəcəksən, O da səni mühakimə edib deyəcək: “Ey qanunsuzluq edənlər, Məndən uzaq olun!” və sən özündən imtina edib çarmıxını götürmədiyinə görə əbədi peşmanlıq odunda yanacaqsan.

Lakin çarmıxını daşıyıb günahlarını etiraf edərək Məsihin ardınca getsən, Allahın Oğlunun təsəlliverici sözlərini eşidəcəksən: “Bəli, sən pissən, təbiətcə günahkarsan. Lakin bütün təqsirlərini etiraf edib, çarmıxda öldüyümə iman etmisən. İmanla Mənə bağlandığına görə bütün günahların bağışlanıb. Mən səni qəbul etmişəm və səndə məskən salmışam, qüvvətim ölümünü həyata döndərib səni haqq yola gətirib”.

Rəbbimiz İsa Hakim kimi gələcək və adamın ağlına sığmayan mükafat və cəza verəcək. O zaman hər insan yer üzündə etdiyi işlərin əvəzini alacaq və dünyəvi nailiyyətlərinin onlara heç xeyri dəyməyəcək. O gün imandan dönənlər xəyanətlərinə görə əbədi həlaka gedəcək, səmimi imanlılar isə sədaqətinə görə həyat tacı ilə mükafatlandırılacaqlar.

Son məhkəməyə necə hazırlaşırsan? Məsihlə birlikdə çarmıxa çəkilmisənmi? Məsih səndə yaşayırmı? Yoxsa hələ bu dünyada itmiş, ölüm və həlaka məhkum olunmuş adam kimi məqsədsiz dolaşırsan?

DUA: Ey Məsih, icazə ver, ayaqlarını öpüm, çünki Sən məni böyük məhəbbətlə sevdin, mən hələ günahkar ikən məni qəbul etdin, böyük məhəbbətinlə mənə görə ölümə getdin, əbədi oda məhkum olunmayım deyə, əvəzsiz olaraq məni təmizlədin və təqdis etdin. Həyatımı və hər şeyimi qurbanına, xilasına görə şükür ifadəsi kimi qəbul et! Qoy dostlarıma onları gözləyən gələcək məhkəmə və Sənin xilasın barədə Müqəddəs Ruhun rəhbərliyi ilə öyrədim ki, Sənə iman edərək cəhənnəmin od-alovundan xilas olsunlar!

SUAL:

  1. Bəşər Oğlunun gələcək məhkəməsindən necə xilas oluruq?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:55 AM | powered by PmWiki (pmwiki-2.2.109)