Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 154 (Jesus First Prediction of His Death and Resurrection)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

l) İsa ilk dəfə ölümü və dilirməsi barədə danışır (Matta 16:21-28)


MATTA 16:26
26 İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər?
(Zəb. 49:9; Mark 8:36-37; 9:25; Luka 12:20)

Bir kosmonavt aydan yer üzünə qayıdandan sonra Allahı axtarmağa başladı, çünki kosmik gəmidən baxanda planetimizin nə qədər gözəl və zəngin olduğunu dərk etdi. Lakin insanlar təbiətcə bir-biri ilə savaşmağa meyillidirlər; hamı pisdir, çünki Yaradanından uzaq həyat sürür. Bu kosmonavt haqq yola döndü, Məsihin və xilasedici qüdrətinin şahidi oldu.

Tək-tənha yaşayan bir milyoner qadın öləndən sonra meyitini qəzetlərə bürünmüş vəziyyətdə tapıblar. Qadın o dərəcədə simic imiş ki, paltar almağa belə pul xərcləməzmiş! Adama sədaət verən, var-dövlət və uğur deyildir.

Ey qardaş, hər insanın ürəyinin natəmiz olduğunu dərk etmisənmi? Sən günahkar halında qalsan, çox pul yığmağın, ev tikməyin, diplomlar əldə etməyin xeyri nədir? Sən öz acizliyini qavramış, böyük əzab və xəcalətlə etiraf edirsənmi? Yoxsa aldanaraq, düzgün və saleh olduğunu zənn etməyə davam edirsən? Bəs öz günahlarınla nə edəcəksən? Məgər bilmirsən ki, hər kiçik günah belə səni xəstələndirən mikroba bənzəyir?

Düşünmə ki, vicdanın təmiz və rahatdır. Sən canına zərər verdin və keçmişin “kökslərdə olanları bilən” Allahın “mikroskop”undan gizli qalmayacaq. Bütün murdarlıq, yalan, nifrət Onun qarşısında açıq-aşkardır. Aldanma, amma bütün təqsirlərini Ona etiraf et və sənin üçün yeni həyat başlayacaq. Qəlbini sındır və Allahına pənah gətir, çünki O səni gözləyir və Öz məhəbbət Padşahlığı üçün səni təzələmək istəyir.

İsanın bu sözləri bizi öyrədir ki, biz bu dünyada edilən bütün saleh işləri toplasaq, bütün sərvətimizi ehtiyac içində olanlara paylasaq, bunların bahası belə günahkarların xilası üçün bəs etməyəcək. Çünki xilas əməllər, ianələr, yaxud xidmətlərlə deyil, yalnız Məsihin kəffarəsi ilə tamamlanır. Allahla barışığımızın möhkəm əsası təkcə budur. İsadan başqa, müqəddəs olan və bizim əvəzimizə canını qurban verməyə layiq olan insan yoxdur və insan öz canının əvəzinə heç nə verə bilməz, dünyanın bütün sərvətini versə bilə, kifayət olmaz. İsa Məsihin qanı bəşəriyyətin təqdim edə biləcəyi hər şeydən çox-çox qiymətlidir. Müqəddəs Olanın hüzurunda məqbul olan qurbanımız İsadır.

DUA: Səni ucaldırıq, ey Ata, Oğul və Müqəddəs Ruh, çünki Sən bizi aldanıb öz cəhdlərimizlə xilas ola biləcəyimizi düşünməkdən azad etmisən. Biz çox sevinirik ki, yalnız İsa Məsihin qanı bizi hər günahdan təmizləyir və İsa bizi Ata ilə barışdırıb lütfü ilə Onun övladları olmağa layiq etmişdir. Dost-tanışımıza, bütün əməllərinin batil olduğunu və yalnız İsa Məsihə iman etməkdə, Onun çarmıxda öldüyünə və ölümdən dirildiyinə inanmaqda ümid tapa biləcəklərini başa salmaqda bizə kömək ol! Qoy onlar ilahi məhəbbətlə pak həyata nail olsunlar və şükür edə-edə sevinc və əmin-amanlıqda yaşasınlar!

SUAL:

  1. Niyə bütün saleh işlərimizin xilasımız üçün heç xeyri yoxdur?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:54 AM | powered by PmWiki (pmwiki-2.2.109)