Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 133 (Parable of the Hidden Treasure and Parable of the Pearl)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
2. Məsih Səmavi Padşahlığın ruhani böyüməsi barədə məsəllərlə öyrədir (Matta 13:1-58) -- İsanın sözlərinin üçüncü məcmuəsi

d) Tarladakı dəfinə və qiymətli mirvari məsəlləri (Matta 13:44-46)


MATTA 13:44-46
44 Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı. 45 Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir. 46 O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı.
(Mat. 19:29; Luka 14:33; Fil. 3:7)

Bir zamanlar hündür bir təpə var idi və yanından yol keçirdi. İnsanlar o təpənin yanından keçirdi, lakin heç kəs ona əhəmiyyət vermirdi. Təpənin üstündə qədim bir şəhərin qalıqları, o cümlədən üstündə qeyri-adi yazılar olan qədim divarlar da var idi. Günlərin birində bir kəndli buldozeri ilə təpədəki torpağını hamarlayarkən qədim qalanı, çox qiymətli qabları, divardakı yazıları kəşf etdi. Qısa bir müddət sonra təpəyə alimlər və yerli hakimiyyət nümayəndələri gəldilər. Hamı bu yeni kəşfə çox sevinirdi.

Necə ki o şəhərin adamları illərcə xəzinədən xəbərsiz olaraq bu təpənin yanından keçiblər, beləcə insanlar Məsihin yanından keçir, Ona tərəf dönən hər kəsə səadət və bəxtiyarlıq bəxş edən ən böyük xəzinə olduğunu dərk etmirlər. Çarmıxa çəkilmiş Olan imanla Onun yanına gələn hər kəsə əbədi əfv verir və əbədi həyat üçün salehliyi bəxş edir. İmanla İsaya bağlanan hər kəs diz çöküb Ona sədcə qılır və misli olmayan xilası üçün minnətdarlıq hissi ilə bütün həyatını Ona həsr edir. Biz yalnız Məsihin əfvinə görə bütün həyatımızı Ona həsr etsək, Onu əldə edə bilərik. Bütün məqsədlərimiz, sevincimiz, ümidimiz Allahın Oğluna nisbətən heç nədir. Sənin yolunda Özünü əsirgəməmiş olan Məsihi əldə etmək üçün Onun yolunda özünü əsirgəmə.

Məsihin xilasını əldə etmək istəyən adam Onun yolunda hər şeyi fəda etməyə hazır olmalı və hər şeydən əl çəkib Onun ardınca getməlidir. Məsihin xoşuna gəlməyən, Ona olan məhəbbət və xidmətimizə zidd olan hər şeyi, bizim üçün nə qədər əziz olur-olsun, sevinclə tərk etməliyik. Qızılı çox baha qiymətə ala bilərik, amma bu qiymətli mirvarini heç pulla ala bilmərik!

Bir çox insanlar Məsihi xoş təsadüf nəticəsində tez tapmırlar. Hər şeyin əbədi mənasını anlamaq üçün min cür kitabı müntəzəm olaraq araşdırmağa məcbur olurlar. Gözləri çox qiymətli həqiqəti ayırd etməyi adət edir. Məsihin həqiqi varlığını kəşf edəndə, gözəl məhəbbətini görəndə əzəməti qarşısında heyrətə gəlir və bü dünyada Allahın məhəbbət təcəssümündən üstün heç nə olmadığını anlamağa başlayırlar. Buna görə boş fəlsəfəsindən, qanunundan, dünyəvi prinsiplərindən imtina edirlər, təki ən qiymətli Xilaskarı əldə etsinlər.

Bəs sən Məsihə təsadüfən rast gəlmisənmi, yoxsa uzun araşdırmalarında Onu kəşf etmisən? Məsihi axtar, dua et və Müqəddəs Kitabı oxu! Biz Onun şahidləriyik, Onun bizi tapdığına və bizə Özünü verdiyinə şəhadət edirik!

DUA: Ey Səmavi Atamız, biz nə Səni, nə də Oğlunu axtarmışıq – Sən bizi axtarıb tapmısan! Bizim qayğımıza qaldığına görə Sənə şükür edir və Səndən yalvarırıq, bizi azad et, qoy biz bu dünyada heç nəyə bağlanmayaq, qoy hər şeydən əl çəkib Sənin Oğlunu əldə edək! Ətrafımızdakı insanlara zühur et, qoy Səni tanısınlar və bütün dünyəvi fikirlərindən, xəzinələrindən əl çəkib Sənin lütfündə qalsınlar!

SUAL:

  1. Niyə Məsih xəzinələr xəzinəsidir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:51 AM | powered by PmWiki (pmwiki-2.2.109)