Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 108 (Division)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi

d) Müjdənin vəz edilməsinin səbəb olduğu ayrılıqlar (Matta 10:34-39)


MATTA 10:38-39
38 Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil. 39 Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq.
(Mat. 16:24-25; Luka 9:24; Yəh. 12:25)

İsa Matta Müjdəsində ilk dəfə məhz ailə tərəfindən rədd olunmaqdan bəhs edərkən “çarmıx” kəlməsini işlədir. Məsih təkcə Öz çarmıxını düşünmədi, şagirdlərinin çarmıxlarından da bəhs etdi. Məsihilərin əziyyətləri İsanın əllərini və ayaqlarını deşən mıxlara oxşayır. Rəbb tələb edir ki, biz nəyin bahasına olur-olsun Onun ardınca gedək. Ona özünü yarımçıq həsr edən, ürəyinin bir parçasını insanlara verən adam həqiqətdə Allahın Oğluna heç yer verməyənin tayıdır. Məsih səni yarımçıq qəbul etmək istəməz. O Özünü bütünlüklə sənin uğrunda fəda etdi, sən də Ona bütünlüklə özünü həsr etməlisən. Əsil səadət bu həyatda dost və qohumlarınla sülh içində yaşamaq, maddi cəhətdən təmin olunmuş olmaq deyildir. Ən böyük səadət, ölümdən dilirmiş Olanın şahidi olmaq və Müqəddəs Ruhun qüvvəsində qalmaqdır. Bu dünyanı seçən əslində ölümü və həlakı seçir. Lakin İsanın ölümünü seçən əbədi həyatı seçir. Həm insanları, həm də Məsihi razı salmağa çalışan adam uğursuz olur və yalançı ikiüzlüyə çevrilir. İsanı puldan, mirasdan, qohum-əqrəbadan, dünyəvi gələcəkdən üstün tutan adam isə Allahın Oğluna malik olur.

Musanın Qanunu, öz xalqından dönən hər kəsin daşlanmasını tələb edirdi. Lakin Roma hakimiyyəti yəhudiləri bu cəzanı tətbiq etməyə qoymurdu. Hər halda o dövrdə Məsihə iman gətirən yəhudilər ölüm təhlükəsində yaşamalı idi. Buna görə İsa Ona olan imanı çarmıxa oxşatdı və imanlının hər an ölməyə hazır olmağını tələb etdi.

Məsihin ardınca gedənlər öz çarmıxlarını daşımalıdırlar. Biz öz çarmıxımızı daşıyarkən Məsihdən nümunə götürməliyik. Çarmıxımızı daşıyarkən, Məsihin izi ilə getdiyimiz, bizə göstərdiyi yolu davam etdirdiyimiz üçün ruhlanmalıyıq. Biz Onu sədaqətlə izləsək, O bizi əziyyətlərdən keçirib Özü ilə birlikdə izzətləndirəcək.

DUA: Ya Rəbb İsa, Sən Allahın Oğlusan, bizi xilas etmək üçün Atanı qoyub yanımıza gəlmisən. Bizi öyrət ki, Səni rədd edən qohumlarımızdan ayrılaq və yalnız Sənə bağlanaq! Köməkçimiz, Müdafiəçimiz, Atamız Sənsən! Dünyəvi əlaqələrimizdən bizi azad et, qoy biz bütünlüklə Sənə məxsus olaq, çünki Sənin məhəbbətin insanların məhəbbətindən böyükdür! Sənin adın uğrunda evlərini tərk edən dostlarımıza xeyir-dua ver! Onlara kəlamını aç, onları ruzi, ev və iş ilə təmin et və qoy onlar Sənin lütfünlə yaşasınlar!

SUAL:

  1. Matta Müjdəsində İsa nə münasibətlə ilk dəfə çarmıxdan danışır?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:45 AM | powered by PmWiki (pmwiki-2.3.3)