Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 109 (Aim of Preaching)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi

e) Müjdənin vəz edilməsinin ali məqsədi (Matta 10:40 - 11:1)


MATTA 10:40
40 Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər.
(Luka 9:48; Yəh. 13:20; Qal. 4:14)

Məsih şahidlərini nə məqsədlə göndərir? Onun məqsədi təkcə ilahi həqiqət barədə biliyin yayılması, ayrı-ayrı insanların xilas olub yenidən doğulması deyildir. İsanın şagirdlərinin vəz etməsindəki məqsəd daha üstündür – insanın Məsihin Özü ilə birləşməsidir. İnancımız təkcə fikirlərdən, duyğulardan, bilikdən və qərardan ibarət deyildir. İnancımızın mənası sevimli Xilaskarımızla ruhani şərikliyimiz və əbədi vəhdətimizdir. Biz nəinki Onun ölüm və dirilməsinin bəhrəsini vermək, habelə şəxsən Onun Özünü irs olaraq almaq, meynədə budaq kimi Ona bağlanmaq istəyirik.

İsa, şagirdlərinin xidmətinə elə yanaşıb ki, sanki Özü onların vasitəsilə danışır və iş görür. Rəbb Öz qulları ilə tam şəkildə birləşir, bu barədə Paul da şəhadət edib: “Biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir…” (2Kor. 5:20). Müqəddəs Olan Özü bəşəri alətləri vasitəsilə danışır və Məsihin elçiləri dünyada yalnız Onun Kəlamını yaymırlar, həmçinin Onun Özünü dünyaya gətirirlər və Onun hüzuru onların arasındadır.

Məsih Allah ilə bizim aramızdakı təmas nöqtəsidir. Onun xidmətçilərini qəbul edən şəxsən Xilaskarın Özünü qəbul edir. Məsihi qəbul edən də Allahı qəbul edir. İsa Özündən elçi kimi danışıb, çünki Səmavi Atası tərəfindən göndərilmişdi. İsa, misilsiz bir surətdə bəşər olmuş Allahın Kəlamıdır. Onu qəbul edən, Allahı qəbul edir və ürəyində Allah məskən salır! Rəbbin Ruhu sənin zehnini doldurubmu? Qadir Olan səndə məskən salıbmı?

Məsihin ardıcılları Allahın məbədi və məskəni olublar. Onun müqəddəsləri Məsihin ruhani bədənidir. Müqəddəs Üçlüyün vəhdətinə yaxınlaşdığına əmin ol. Heç narahat olma, sən dünyaya xilas barəsində həqiqəti yaymağa gedəndə, tək qalmayacaqsan, Məsih səninlə gedəcək və dövrün sonuna qədər səninlə olacaq. Sənin şəhadətini eşidib səni Göndərənə iman edən hər kəs Allahın Oğlunu şəxsən öz ürəyinə qəbul edəcək!

DUA: Ey Ata, Oğul və Müqəddəs Ruh, Səni vahid Allah kimi ucaldırıq, zira Sən bizə yaxınlaşmısan, Öz Oğlunun qiymətli qanı ilə bizi təmizlədikdən sonra bizdə məskən salmısan! Biz zəif ola-ola, Sən Müqəddəs Ruhunu üzərimizə tökmüsən ki, məhəbbətlə hərəkət edək, dua və şəhadətlə Sənə xidmət edək! Biz fani insanlarla ünsiyyətdə olduğuna, bizə əbədi həyat bəxş etdiyinə görə Səni ucaldırıq!

SUAL:

  1. Məsihə iman edənlər ilə Allah arasındakı vəhdət necə gerçəkləşir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:45 AM | powered by PmWiki (pmwiki-2.2.109)