Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 096 (Christ's Great Compassion)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)

1. Məsihin şəfqəti (Matta 9:35-38)


MATTA 9:35-38
35 İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 36 Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. 37 O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. 38 Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin».
(Yez. 34:5; Mark 6:34; Luka 10:2)

İsa şagirdləri ilə birlikdə şəhər və kəndləri gəzib-dolaşaraq təlim öyrədir, vəz edirdi. O, itmişləri, salehliyə can atanları, cahilləri, yüngülxasiyyətliləri və hətta bəzi dindarları Öz məhəbbət Padşahlığına gətirmək üçün axtarırdı. Onların evlərinə girir, küçələrdə vəz edir, sinaqoqlarda təlim öyrədir, ayrı-ayrı insanlarla söhbət edirdi. Müjdəni insanlara çatdırmaq, Tövratı yeni əhd baxımından açıqlamaq üçün hər fürsətdən istifadə edirdi. Hiylə ilə qurulan suallardan da qaçmırdı, lakin hiyləgər adamlara Öz Ruhunun hikməti ilə qalib gəlirdi. İsa Öz xilası barəsindəki xəbəri elan edir və hər kəsi Səmavi Padşahlığa dəvət edirdi, qüvvətli əməlləri ilə Atasının iradəsini göstərirdi. Məsih heyranedici möcüzələrlə Öz missiyasını təsdiqləyirdi və hətta ağılsız adam da başa düşə bilirdi ki, Məsihlə yer üzünə Allahın hökmranlığı gəlib və Allahın məhəbbəti gözləri olan hər kəsin görə biləcəyi açıq şəkildə zühur edib. Yeni əsrin başlandığını hiss edən xalq hərəkətə gəldi.

Məsih xəstəlikləri və onlara səbəb olan cahilliyi, iqtisadi tənəzzülü, müstəmləkə zülmünü gördüyündən çox əziyyət çəkirdi. İsanı xüsusilə kədərləndirən xalqın zəif imanı, dünyəvi fikirlərlə düşünməsi, təkəbbürü, cinlərə tutulması və ölümün hamı üzərində hökmranlığı. Bəzi qürurlu mütəfəkkir və şairlərdən fərqli olaraq, İsa günaha batanlardan uzaqlaşmayıb, savadsız adamlara nifrət etməyib, lakin ana xəstə uşaqlarına baxdığı kimi onlara baxıb, onlara yazığı gəlib. Bu səbəbdən O, göyü tərk edib yer üzünə gəldi, çarmıxda öldü və indi bizim üçün vəsatət edir. Məsihin ürəyi şəfqət doludur.

Allah bizi sevir. Biz bu dünyada biçarə, məzlum olsaq belə, azğın canavarların amansızca hücum etdiyi çobansız sürü kimi olsaq belə, Allah bizi sevir. Məsih bizim Yaxşı Çobanımızdır. O səni dar günündə axtarır, dərdinə şərik olur, dadına çatır. İsa şagirdlərinə izah etdi ki, insanlar biçilməyə hazır məhsul kimi yetişib. Xalqın dərdi böyük idi, buna görə də xalq ürəkdən salehliyi, nizamı, sülhü, barışığı arzuladı. Torpaq Müjdə toxumlarının əkilməsi üçün şumlanmışdı. Bizim zəmanəmizdəki sarsıntılar xalqları qəflət yuxusundan oyadır. Əmin-amanlıq olmadığı yerdə, xalq kütlələri təlaşa gəlir. İsa bütün bunları ruhani məhsulun yığılması üçün ən münasib hallar sayır. Hal-hazırda hər tərəfdə sarsıntılar baş verir, sivilizasiyamız az qalır ki, dağılsın, əmin-amanlığımız yoxa çıxır. Demək, ilahi biçin vaxtı yaxınlaşır – insanlar həyat üçün yeni əsaslar, sarsılmaz təməl axtarışında get-gedə daha çox Müjdəyə dönürlər.

İşçilər Allahın biçinində məhsul yığmaqla fəal olaraq məşğul olmalıdırlar. Məhsul yığmaq bir işdir və iş kimi qəbul edilməlidir. Biçin elə bir zəruri işdir ki, onu vaxtında tamamlamaq vacibdir; bundan əlavə, bütün məhsulu yığmaq üçün çox səy göstərmək lazımdır.

Sualların cavabını verən Rəbbin işçiləri hanı? Onlar yıxılanları qaldırmaq, cahilləri öyrədib ruhani dərdlərdən azad etmək üçün əllərindən gələni edirlər.

Məsih səni dua etməyə çağırır. Allaha yalvar ki, bizim zəmanəzmidə Onun xilasının xidməti üçün bir çox səmimi işçilər göndərsin. Bu haqda dua etmək, Məsihin əmrinə görə, müqəddəs borcumuzdur. Məsih tək bir adamın gücü çatmayan, hədsiz iş tələb edən bu xidmətin qarşısında ruhdan düşmədi. Əksinə, o bizə əmr etdi ki, Öz məshulunu yığmaq üçün qabiliyyətli və sadiq işçilər göndərsin deyə məhsulun Sahibinə yalvaraq. Sən də bu yalvarışa qoşul, öz şəhərinə, yaxud kəndinə işçilər göndərsin deyə İsaya yalvar. Səpələnmiş xalqa yazığın gəlirmi? Onların bağışlanmalarını arzu edirsənmi? Rəbbi tanımayan itaətsiz adamlara rəhmin gəlirmi? Dua et ki, Rəbb bizim günlərimizdə işçilər göndərsin, çünki bu gün biçin vaxtıdır!

İşçilər göndərmək Rəbbin işidir. Məsih Özü işçiləri yetişdirir, yardımla və ənamlarla təmin edir və onlara dəvətini çatdırır. “Göndərilməsələr, necə vəz edəcəklər?” (Rom. 10:15)

Sən də dəvət olunanlardansanmı? Rəbbə yalvar ki, dəvətini eşitməyin üçün sənin qulaqlarını açsın və istədiyi xidmətə səni yönəltsin. Onda sən Rəbbin müqəddəs adının izzəti üçün böyük məhsul yığarsan. Əgər dəvət olunmusansa, yubanma və tərəddüd etmə, lakin həm xoş günlərdə, həm də pis günlərdə dəvətini yerinə yetirməyin üçün Rəbdən sənə güc verməsini dilə.

DUA: Ey Səmavi Ata, indi biz Sənin məhsulunun yığılması işində iştirak etməyə hazırıq. Bizi bu işə yararlı bilirsənsə, işçilərin olaraq qəbul et! Qabiliyyətsiz olduğumuzu, məhsul yığmaqda iştirak etməyə layiq olmadığımızı etiraf edirik. Bizi Öz Oğlunun qanı ilə təmizlə və Ruhunun qüvvəsi ilə təmin et! Ölkəmizdə məhsul yığmağa bir çox işçilər göndər və bütün dünyanı Sənin işçilərinlə doldur! Qoy Sənin Padşahlığın tezliklə gəlsiz!

SUAL:

  1. Allah Ona nə üçün yalvarmağımızı buyurur?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:43 AM | powered by PmWiki (pmwiki-2.2.109)