Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 065 (The Lord’s Prayer)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
2. İbadət barəsində (Matta 6:1-18)

c) Rəbbin Duası (Matta 6:9-13)


MATTA 6:10
10 … Göydə olduğu kimi yerdə də Sənin iradən olsun.
(Mat. 25:34)

Bir çox dindar adamlar var gücləriylə Allahın iradəsini öyrənməyə çalışırlar. Qanunlar, mərasimlər insanlara Allahın vəhy ilə nazil olan əmrlərinə əməl etməyi öyrətmək üçün meydana gəldi. Bu qayda-qanunlar bizə bəzi işləri buyurur, bəzisini isə qadağan edir. Əslində, Allahın iradəsini tam dəqiq şəkildə bilmək, yaxud yerinə yetirmək insan üçün qeyri-mümkündür, çünki bütün bəşər günahkar və cahildir.

Çox şükür ki, Allah bizi Musanın Qanununun ağır yükündən azad etdi və bizə Özünün lütfkar Ata iradəsini elan edən Oğlunu göndərdi. O, Onu razı salmağımız üçün bizdən hansısa iş görməyi tələb etmir. O Özü iş görür və bizə xeyir-dua verir. O, rəhmli Yaradan və Xilaskardır. Onu razı salmaq, Onun gözündə məqbul olmaq üçün heç bir iş görməli deyilik. O bizə lütfü ilə xilas verir və biz sadəcə olaraq bu xilası qəbul etməliyik. O, bütün ənamların mənbəyidir. O bizə mərhəmət göstərmək, xeyir-dua vermək, kömək etmək istəyir. Əgər biz Onun əmrlərindən birini yerinə yetirə bilmədiksə, O Öz lütfü, mərhəməti və məhəbbəti ilə bizi bağışlayır. Sən Səmavi Atanın iradəsini dərk etmisənmi? O səndən heç nə tələb etmir, yalnız sənə xeyir-dua vermək, səni xilas etmək, Öz Müqəddəs Ruhunun qüvvəsi ilə doldurmaq istəyir. Səmavi Atan sənə Özünü və Ruhunu vermək istəyir!

Bu məqamda bütün dinlər ilə bizim arasındakı bir fərq özünü büruzə verir. Allahımız zalım ağa deyil, şəfqətli Atadır. Onun məhəbbəti bizi cəzadan qurtardı, ürəyimizi qorxudan azad etdi. Buna görə də biz sevinclə Ona şükür edirik və böyük məhəbbəti ilə Onun məqsədlərini araşdırırıq və həyata keçirməyə can atırıq. Biz inanırıq ki, Müqəddəs Ruh bizə məhəbbəti ilə əmrlərinə əməl etmək üçün qüvvət verir. Qanunumuz bizim səadətimiz, həyatımız olub.

Biz dua edirik ki, şeytanın iradəsinin hökm etməsi ucbatından cəhənnəmə bənzəyən bu dünya, Allahın iradəsini yerinə yetirməyimizin nəticəsində daha çox göyə yaxınlaşsın. Habelə möminlərin öz ibadət və itaətləri ilə səmavi mələklərə daha çox oxşamaları üçün dua edirik. Allaha şükür olsun ki, biz yer üzündəyik, yer altında deyilik!

Dua: Sənə səcdə qılırıq, ey Ata, çünki Sən yer üzündə və göydə bütün səlahiyyəti Öz Oğluna vermisən. O, Padşahımızdır və biz Ona səcdə qılırıq və Səndən rica edirik ki, mələklər Sənin istədiyini yerinə yetirdikləri kimi, Sən də bizim həyatımızda Ata iradəni gerçəkləşdir! Bizi Öz məhəbbətinlə doldur, həm dostlarımızı, həm də düşmənlərimizi Padşahlığına gətir və qoy Sənin adın müqəddəs tutulsun və onlar böyük həvəslə Sənin məhəbbət Qanununa riayət etsinlər!

SUAL:

  1. Allahın iradəsi nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:37 AM | powered by PmWiki (pmwiki-2.2.109)