Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 032 (Call to Repentance)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
B - Vəftizçi Yəhya Məsihin yolunu hazırlayır (Matta 3:1 - 4:11)

1. Tövbəyə çağırış (Matta 3:1-12)


MATTA 3:12
12 Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq».
(Mat. 13:30)

Vəftizçi, kürəyi əlində olan, taxılı küləşdən təmizləyən bir əkinçi obrazı ilə bizi aldadıcı arxayınlığımızdan oyadır. Külək küləşi, toz-torpağı aparır, dənlər isə məhsulun ağasının ayaqları altına düşür. O, dənləri yığıb anbara aparır.

Bəs sən nəyə oxşayırsan: taxıla, yoxsa küləşə? Fariseylər və sadukeylər özlərini taxıl, başqalarını isə küləş və toz-torpaq sayırdılar. Məbəddə dua edən vergiyığan isə (küləş kimi görünsə də) xəcalətdən başını qaldırmağa belə cürət etmirdi və belə deyirdi: «Ya Allah! Mən günahkara rəhm et!» Vergiyığan tövbə etdi, saleh sayıldı, yaxşı taxıl oldu. Dindar və saleh olanlar isə bütün cəhdlərinə, möminliklərinə baxmayaraq, qürurlanıb məhkum oldular. Bəs sən kimsən? Özünü saleh sayan riyakar, yoxsa tövbə edən günahkar? Tövbənin çoxlu bəhrələrini gətirirsənmi, Müqəddəs Ruhla dolmusanmı?

Müjdəçi Mattanın Vəftizçi Yəhyanın vəzindən yazdığı son sözlər «odda yandıracaq» olub. O üç dəfə Allahın qəzəbinin odundan danışdı. Məsihin Ruhuna qarşı duranların hamısı cəhənnəmə düşəcək. Qəlbən dəyişməyən insan həlak olacaq. Məsihin xilası tamamlanıb, hazır olub, Müqəddəs Ruhun qüvvəsi tövbə edənləri təqdis edir. Lakin özünü mömin göstərə-göstərə möminlik maskası arxasında günah etməyi davam etdirən adam əbədi odda yanacaqdır. Belə adam üçün ümid yoxdur.

DUA: Ya Rəbb İsa Məsih, Sən dünyanın Xilaskarı və Hakimisən. Yalvarırıq, biganəliyimiz üçün bizi bağışla, lütfkar Ruhunun qüvvəsi ilə bizi əqlən dəyişdir ki, biz məhəbbət, mərhəmət və həqiqətinin bəhrəsini gətirək! Təkcə öz xilasımız üçün deyil, bütün itmiş olanların xilası və ikiüzlülərin qəlbən sınması üçün dua edirik, çünki Sənin önündə heç kim saleh deyildir! İzzətinin qarşısında başımızı əyirik. Qoy biz özümüzü inkar edək və Sən bizdə yaşayasan! Bizi Səmavi Ruhunla doldur ki, Sən bizi sevdiyin kimi, biz də bir-birimizi sevək. Səndən başqa ümidimiz yoxdur, həmdlərimiz Sənə ucalır. Amin.

SUAL:

  1. Müqəddəs Ruhla vəftiz və odla vəftiz arasındakı fərq nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:26 AM | powered by PmWiki (pmwiki-2.3.3)