Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 270 (The Appearance of Christ in Galilee)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
YEDDİNCİ HİSSƏ - İsanın ölümdən dirilməsi və böyük tapşırığı (Matta 28:1-20)

5. Məsihin Qalileyada zühur etməsi və Müjdəni dünyaya vəz etmək əmri (Matta 28:16-18)


MATTA 28:16-18
16 On Bir şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi. 17 İsanı gördükdə Ona səcdə qıldılar. Bəzisi isə şübhə etdi. 18 İsa yaxınlaşıb onlara dedi…

Şagirdlər qadınların Məsihin dirilməsi barədə verdiyi şəhadətə inanmadılar, hətta güldülər. Lakin Onun vədləri ürəklərinə təsir etdi və onlar Qalileyaya yola çıxdılar. Rəbb şagirdlərinə Qalileyada xidmət etməyə başladığı kimi, onlara izzətli dirilmiş halda zühur etmək üçün məhz Qalileyanı seçmişdir.

İsa təyin etdiyi dağda birdən şagirdlərinə zühur etdi. Ola bilir ki, onların yanında dostları da var idi. Bəzi şərhçilər düşünürlər ki, Həvari Paul 1Kor. 15:5-də İsanın bir dəfə eyni zamanda beş yüzdən çox adama zühur etdiyini dedikdə, məhz bu olayı nəzərdə tutub.

Şagirdlər Onu öz gözləri ilə görsələr də, bəzisi şübhə etdi və iman gətirmədi. İsanın açıq-aşkar onlara zühur etməsi şagirdlərin əksəriyyətini inandırdı, onlar yerə qapandılar və ölümə qalib Gələnə səcdə qıldılar. Onlar İsanı öz Rəbbi olaraq qəbul etdilər, izzəti və əzəmətini hiss etdilər, qorxu və sevincdən həyəcanlandılar.

DUA: Ya Rəbb İsa Məsih, Səni ucaldırıq, çünki Sən sınaq vaxtı Səndən qaçmış olan şagirdlərinlə görüşdün. Onları məzəmmətləmədin, lakin onlara Müjdə məşəlini bütün xalqlara daşımaq tapşırığını verdin. Bütün ardıcılların dirilmənə inanmadılar, bəzisi şübhə etdi. Lakin Sən onların gələcəkdə Müqəddəs Ruhun qüvvəsi ilə necə dəyişiləcəyini bilirdin və Səmavi Atana güvənərək onları xidmətə göndərdin. Biz bacarmayan insanlara rəhm elə! Bizə danış, bizi qüvvətləndir, qoy biz sevinclə Sənin əmrlərinə əməl edək!

SUAL:

  1. Niyə Məsih bacarmayan imanlıları Ona xidmət etməyə göndərdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:21 AM | powered by PmWiki (pmwiki-2.3.3)