Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 269 (The Artifice of the Elders)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
YEDDİNCİ HİSSƏ - İsanın ölümdən dirilməsi və böyük tapşırığı (Matta 28:1-20)

4. Yəhudi ağsaqqalların yalanı (Matta 28:11-15)


MATTA 28:11-15
11 Qadınlar hələ yolda ikən keşikçilərdən bəzisi şəhərə gəlib baş verən bütün şeyləri başçı kahinlərə bildirdilər. 12 Onlar ağsaqqallarla toplaşıb məşvərət keçirdikdən sonra əsgərlərə çoxlu pul verib dedilər: 13 «Deyərsiniz ki, şagirdləri gecə biz yatanda gəlib Onu oğurlayıblar. 14 Əgər bu xəbər valinin qulağına gedib çatsa, biz onu inandırarıq, sizi də bəladan qurtararıq». 15 Beləliklə, əsgərlər pulu alıb tapşırıldığı kimi etdilər. Bu söz bu günə kimi Yəhudilər arasında yayılmışdır.
(Mat. 27:64)

İsanın ölümdən dilirməsi və nurlu mələyin iki qadınla danışması barədəki xəbər başçı kahinlərin acığına gəldi. Onlar yalana əl atdılar, keşikçiləri susdurmaq üçün çox pul verdilər və ziddiyyətlərlə dolu bir hekayə uydurdular. Guya keşikçilər yuxuya getmişdi və şagirdlər qəbrin daşını yuvarlayıb, İsanın cəsədini oğurlamışdılar! Bu hekayə aşıq-aşkar uydurmadır, gülüncdür! Lakin yəhudi məclisinin necə qorxduğunu da təsəvvür edə bilərik: onların qarşısını almağa çalışdırları iş baş tutub – cəsəd qəbirdən yox olub! Ancaq həqiqəti pulla, yaxud yalanla saxlamaq mümkün deyil, çünki həqiqət mücərrəd bir fikir deyil, İnsandır – ölümdən dirilmiş və aramızda yaşayan Şəxsdir!

Mələyi görmüş və Məsihlə görüşmüş qadınlar, əsgərləri hiylə və pulla yoldan çıxardan başçı kahinlərdən necə fərqlənirlər! Qadınlarda həqiqət, sülh və sevinc, dini rəhbərlərdə isə yalan, rüşvət və qorxu görürük.

DUA: Ya Rəbb İsa Məsih, Sən əbədi olaraq yaşayırsan! Biz Sənə səcdə qılırıq, çünki ölüm Səni əsir tuta bilməyib. Sənin həyatının gücü qorxunc ölüm zindanını dağıtmışdır. Sən çarmıxda kəffarə ölümünlə bizə salehlik verdin və dirildikdən sonra bizə sülhünü verdin. Bizi Öz qardaşların adlandırdığına görə Sənə çox minnətdarıq. Sevinclə Sənə həmd edirik, çünki Sənin vasitənlə Allah bizim həqiqi Atamız olub. Sən Öz dirilmənlə bizi əbədi olaraq Allahın övladı eləmisən!

SUAL:

  1. Yəhudi başçılar Məsihin qəbrindəki keşikçilərə hansı ziddiyyətli sözlər söyləməyi tapşırdılar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:21 AM | powered by PmWiki (pmwiki-2.3.3)