Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 205 (The Sixth Woe)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
B - Qürurlu möminlərin “vay halına”! (Matta 23:1-39) -- İsanın sözlərinin beşinci məcmuəsi

8. Altıncı “vay halınıza!” (Matta 23:25-26)


MATTA 23:25-26
25 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur. 26 Sən, ey kor farisey! Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun!
(Mark 7:4, 8; Yəh. 9:40; Tit. 1:15)

Fariseylərin belə adəti var idi – evdə bütün qabların bayır tərəfi təmizlənirdi. Bunu higiyena üçün deyil, dini ritual kimi edirdilər; əks halda qab, natəmiz adamın və ya heyvanın kirinə bulaşmış ola bildiyinə görə natəmiz sayılardı. Bu ritualı yerinə yetirmək fariseylər üçün çox mühüm idi, eyni zamanda bu qablara oğurlanmış şeylərin qoyulmasına və onların özlərinin zinadan natəmiz olmasına əhəmiyyət verilmirdi. İsa bu adəti ləğv edərək, bütün təmizlənmə rituallarına son qoydu və ikiüzlülərə ürəklərini pis niyyətlərdən təmizləməyi əmr etdi. Öncə daxildən təmizlənmək lazım idi və yalnız ondan sonra xarici təmizliyə də riayət etmək mümkün olardı. Xarici, fiziki təmizlik vicdanın təmizliyinə işarə etməz, gözəl libas altında məkrli insan, şər dolu ürək gizlənə bilər.

Adamın yuyulması, təmizlənməsi, ruhunu təmizlədiyinə görə səthi xarakter daşıyır. Bütün dinlər insanın daxildən pis olduğuna, təmizlənməyə ehtiyacı olduğuna təsdiq edir. Lakin insan nə qədər yuyunsa, təmizlənsə, ürəyi natəmiz halda qalır və yalnız İsa Məsihin qanı bizi hər günahdan təmizləyir. Müqəddəs Ruh adamı təqdis edir və Məsihə iman edənin daxilində yeni ürək və sədaqət ruhu yaradır.

DUA: Ey Səmavi Ata, Sən Davud Peyğəmbəri bu tövbə duasını yazmağa ilhamlandırdın: “Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver!” Biz də onun duasına qoşulub etiraf edirik ki, insan yalnız İsa Məsihin axıdılan qanı və Müqəddəs Ruhun verdiyi yeni həyat vasitəsilə səmavi paklığa nail ola bilər. Bizim yeganə ümidimiz odur! Xalqımıza, xüsusən imanlı adını daşıyanlara həqiqi tövbə bəxş elə, qoy onlar öz əməlləri ilə saleh sayılmağa çalışmasın, lakin ilahi salehliyi və təqdisi onlara verməyini Səndən diləsinlər!

SUAL:

  1. Allahın qədim xalqının dinçiləri qabların bayır tərəfini təmizləməyə səy göstərərkən necə yanılırdılar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:07 AM | powered by PmWiki (pmwiki-2.3.3)