Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)
4. Allahın salehliyi Qanuna riayət etmək cəhdləri ilə deyil, yalnız imanla əldə edilir (Romalılar 9:30 - 10:21)
b) İsrail xalqı təqsirini ağırlaşdırır (Romalılar 10:4-8)ROMALILAR 10:4-8 Paul şəhadət edib ki, Qanunun son məqsədi Məsih İsadır; O, yoldur, həqiqətdir, həyatdır! Onun vasitəsi olmadan, heç kim Atanın yanına gələ bilməz (Yəh. 14:6). Məsih Qanunun tələblərini tam dəqiqliyi və təfərrüatı ilə yerinə yetirmişdir. O bizə numünə olmuşdur. Biz özümüzü Onunla müqayisə etdikdə nə qədər pozğun olduğumuzu anlayırıq! Bu həm yəhudilərə, həm də məsihilərə aiddir. Çünki hər kəs günah edib Allahın izzətindən məhrum olmuşdur və hər kəsin məhəbbəti və həqiqəti əskikdir (Lev. 18:5; Rom. 3:23). Bununla belə, İsa kəffarə ölümü vasitəsilə bütün dünyanı müqəddəs Allahla barışdırdı (2Kor. 5:18-21). İsa qədim Qanunu yerinə yetirdi və sonadək tamamladı. O Özü bizim yeni Qanunumuzdur, Onda biz lütf Qanununu görürük. Onun kəffarə ölümündən sonra bizə yeni bir hüquq – lütf ilə əvəzsiz olaraq saleh sayılmaq hüququ verildi və buna görə biz əbədi həyata nail oluruq. Məsih salehliyimizdir (Yeş. 45:24; Yer. 23:6; 33:16). Ona iman edən hər kəs tamamən saleh sayılır! (Yəh. 3:18; Qal. 3:24-25). Ona sığınan adam məhkum olmayacaq! Rəbb Musanın Qanununda belə buyurmuşdur: “Əmrlərimə riayət edən yaşayacaq”. Lakin Rəbbin əmrlərinin hamısına İsadan başqa heç kəs riayət edə bilməyib. Buna görə də heç kəs əbədi yaşamaq haqqına layiq olmayıb. Beləliklə yəhudilər vəd olunan Məsihi öz duaları, orucları, xidmətləri ilə göydən yerə endirməyə cəhd edirlər; Məsihin göydən enib, onları Allahın qəzəbindən xilas edəcəyini ümid edirlər. Lakin Öz istəyi ilə yer üzünə enmiş olan həqiqi Məsihi eşitmək, Ona yaxınlaşmaq istəmirlər. İmanla əldə edilən salehlik üçün nə göydən enən, nə də ölümdən dirilən yeni bir məsihə ehtiyacı yoxdur, çünki Məsih artıq bizə endi (Luka 2:11) və ölümdən dirildi (Mat. 28:5-6). Həyat sözü çoxlarının qulaqlarına çatdı və Məsihin səlahiyyəti ilə vəz olunan Müjdəni eşidəndə ona iman edən hər kəs Müjdənin xeyir-duasını ürəyinə qəbul edir, Müjdəni danışan isə onu öz dilində tapır. Biz əlimizdə olan sərvətin qiymətini bilmirik – bu ruhani qidanı başqaları ilə bölüşməliyik, çünki böyük və güclü olduqlarını düşünən insanlar, həqiqətdə fanidirlər, təqsirləri və günahları üzündən ölüdürlər. DUA: Ey Səmavi Ata, Sənə səcdə edirik, zira Sən vahid Oğlunu göndərdin ki, O Sənin Qanununu yerinə yetirsin, dünyanın günahını Öz üzərində daşısın və bizi xilas etsin! O, kəffarə qurbanı olaraq çarmıxda öləndən bəri, Qanun bizi ittiham edə bilməz! İsa Qanuna əsaslanan əhdə son qoydu, bizimlə lütfə əsaslanan əhdi bağladı! Amin. SUALLAR:
|