Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 054 (The Jews Neglect the Righteousness of God)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)
4. Allahın salehliyi Qanuna riayət etmək cəhdləri ilə deyil, yalnız imanla əldə edilir (Romalılar 9:30 - 10:21)

a) Yəhudilər imanla əldə edilən Allahın salehliyinə xor baxır və öz əməllərinə ümid bağlayırlar (Romalılar 9:30 - 10:3)


ROMALILAR 9:30 – 10:3
30 Bəs nə deyə bilərik? Salehliyin ardınca getməyən başqa millətlər salehliyi, yəni imanla gələn salehliyi əldə etdilər. 31 Amma salehlik göstərən Qanunun ardınca gedən İsrail xalqı bu Qanuna çata bilmədi. 32 Nə üçün? Çünki imanla yox, əməllərlə gedirdilər. Beləcə büdrəmə daşına ilişdilər. 33 Necə ki yazılıb: «Budur, Sionda bir büdrəmə daşı və yıxma qayası qoyuram. Ona iman edən kəs utandırılmaz». 10:1 Ey qardaşlar, İsraillilərin xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua edirəm. 2 Onların barəsində şəhadət edirəm ki, Allah naminə qeyrət çəkirlər, amma bu qeyrət biliyə əsaslanmır. 3 Çünki onlar Allahdan gələn salehliyi anlamayıb öz salehliklərini bərqərar etməyə çalışmaqla Allahın salehliyinə tabe olmadılar.

Həvari Paul Romadakı imanlılar cəmiyyətinin üzvlərinə öyrətməyə çalışdı ki, Allahın salehliyi yalnız Məsihə iman etməklə əldə edilir. Əməllərinə əsasən özünü saleh sayan adam mühakimə olunacaq və həlak olacaq! Həvari Paul erkən imanlılar cəmiyyəti və xüsusilə Qanuna əsasən saleh sayılmaq istəyənlər önündə iqrar etmişdir ki, onların arasında Allahın bütün əmrlərinə riayət edən bir nəfər belə yoxdur və heç kəs əməlləri ilə xilas ola bilməz; insan yalnız Allahın Məsihdə izhar etdiyi lütf ilə xilas olar (Həv. 15:6-11). Məsihin lütfünə xor baxan isə zil qaranlıqda gəzərək böyük bir daşa ilişib büdrəyən, yerə yıxılan və əzilən adama bənzəyər (Yeş. 8:14; 28:16).

İsa insanları Allahla barışdırmasına baxmayaraq, bir çox yəhudilərin məhkum olunmasına səbəb olmuşdur! Çünki onlar İsanın misilsiz lütfünü rədd ediblər! Lakin Onu Xilaskar olaraq tanıyıb Ona iman edənlər xilas olublar!

Paul bir çox yəhudilərin qeyrətlə Qanuna riayət etməyə, əmrlərə əməl etməyə çalışdıqlarını etiraf edirdi. O onları bu qeyrətinə görə sevir və ümid edirdi ki, onlar bu həyatdakı fürsətləri əldən verməz, onlara verilmiş böyük hədiyyəni qəbul edərlər. Buna görə Paul, bir çox yəhudilərin onlar üçün hazırlanmış xilasa yönəltməsi üçün sidq ürəkdən Allaha yalvarırdı.

Fəqət Paul Roma İmperatorluğunun iqtisadi mərkəzlərinin çoxunda başqa cür vəziyyəti görürdü: yəhudilər Qanunundan bərk yapışır, özlərini Allahın seçdiyi xalq sayır, başqa xalqları isə murdar bilirdilər. Onlar Allahın Məsihdə verdiyi yeni salehliyi dərk etməyiblər, ancaq oruc, dua, qurbanvermə, ianə, ziyarət və 613 əmrə əməl etmək yolu ilə salehliyi əldə etməyə çalışıblar. Allahın əsil salehliyini isə rədd ediblər. Onlar çox aldanıblar!

DUA: Ey Səmavi Ata, Sənə səcdə edirik, çünki murdar olduğumuza, başqa xalqlardan gəldiyimizə baxmayaraq, Səndən lütf üzərinə lütf almışıq! Sən bizə böyük hədiyyə olaraq Öz salehliyini bəxş etmisən! Buna görə biz Sənə yalvarıb diləyirik, öz əməlləri ilə saleh sayılmağa çalışan digər dinlərin mənsublarına da bu xeyir-duaları ver! Onların qürurunu sındır və kömək et ki, onlar Sənə sevimli övladlar kimi iman gətirib güvənsinlər!

SUALLAR:

  1. Niyə müxtəlif xalqlardan milyonlarla imanlı Allahın salehliyini əldə etdi və salehliyində möhkəmləndi?
  2. Niyə bəzi dinlərə mənsub olan möminlər Allahın salehliyini əldə etmək üçün qanunlarına riayət etməyə çalışırlar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:50 AM | powered by PmWiki (pmwiki-2.3.3)