Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Christ -- 09 (Christ's Return to Earth)
This page in: -- Arabic? -- AZERI -- Chinese -- English -- Japanese -- Kyrgyz -- Russian -- Turkish -- Ukrainian -- Uzbek

Previous Lesson -- Next Lesson

MÖVZU 8: MƏSİH HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?
Məsihin həyatı, qüdrəti və məhəbbətinə giriş

9. MƏSİHİN YERƏ QAYITMASI HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?


Məsih məhəbbətin özüdür. O, bütün insanları, xüsusilə Onun məhəbbət ruhunda yaşayan, Allahın onları bağışladığı kimi başqalarını bağışlayan kəsləri sevir. O bizə qovuşmağa, əbədi olaraq bizimlə olmağa can atır. İsa ölümü və dirilməsini əvvəlcədən xəbər verdiyi kimi ikinci gəlişi haqqında da açıqca peyğəmbərlik etmişdir. Hər müdrik adam İsanın böyük izzətlə gələcəyini bilir və Onunla üz-üzə gəlməyə hazırlaşır. O gün İsa, xilasını qəbul edənləri, Məsihin bağışlamasına ehtiyacını inkar edən, günahkar olduğunu etiraf etməyən dikbaş adamlardan ayıracaq.

Əziz dostumuz! Məhkum olmamaq üçün Məsihi qəbul etməyə tələs, zira səni gələcək qəzəbdən xilas edəcək yeganə şəxs Məsihdir.

Bütün sadiq möminlər Məsihin gəlişini gözləyirlər. Onun tez gələcəyini yəhudilərlə müsəlmanlar da bilirlər. Bəziləri Məsihin qırx il boyunca dünyada hökm sürəcəyinə inanırlar. Bəziləri Onun hökmranlığının yüz il davam edəcəyini güman edirlər. Başqaları min il səltənət sürəcəyindən bəhs edirlər. Ancaq Müqəddəs Kitab bizi inandırır ki, İsa padşahların Padşahı və rəblərin Rəbbidir, həddi-hüdudu yoxdur! Padşahlığının sonu əsla olmayacaq! İsa dedi: "Mən Padşaham. Mən həqiqət barədə şəhadət etmək üçün doğulub dünyaya gəldim. Həqiqətdən olan hər kəs Mənim səsimə qulaq asar" (Yəhya 18:37).

www.Waters-of-Life.net

Page last modified on September 17, 2015, at 08:27 AM | powered by PmWiki (pmwiki-2.2.109)