Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Christ -- 08 (Christ's Ascension to Heaven)
This page in: -- Arabic? -- AZERI -- Baoule -- Chinese -- English -- French -- Greek -- Indonesian -- Japanese -- Kyrgyz -- Russian -- Sundanese -- Turkish -- Ukrainian -- Uzbek

Previous Lesson -- Next Lesson

MÖVZU 8: MƏSİH HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?
Məsihin həyatı, qüdrəti və məhəbbətinə giriş

8. MƏSİHİN GÖYƏ QALXMASI HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?


Məsihin göyə qalxıb Allahın sağında oturduğunu bilirdinmi? Məsih Allaha ən yaxın varlıqdır və Onun misli yoxdur! O, göydən enib insan bədəninə büründüyü kimi, Öz ölümü ilə günah, cəhənnəm və iblis üzərində qələbə çalandan sonra təkrar göyə qalxmışdır.

Onun adı ilə Allaha yaxınlaşan hər kəs üçün O, sadiq və qüdrətli Vasitəçidir. Onun vasitəçiliyinə inananların ürəkləri Müqəddəs Ruhla dolur. Onlar əqlən yenilənirlər, ilahi həyata malik olurlar və bu, pak davranışlarında əks olunur. Yaşayan Məsihi və xilasını dadmaq istəyirsənsə, ürəyini Ruhunun qüdrətinə aç. Onda imanla Onu görəcəksən və həyatın Onun planlarına və iradəsinə görə dəyişəcək.

Məsihi rədd edən hər kəs dünyanın xilası yolunda İsanı qurban verən Allahı rədd etmiş olur. Allah göyə alınan Məsihə dair Davud Peyğəmbərə verdiyi bu peyğəmbərliyi həyata keçirib: "Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək sağımda otur" (Zəbur 110:1). Məsihdə elan edilən Allahın məhəbbətini rədd edən hər kəs öz-özünü məhkum edir. Çünki Allahın lütfünü rədd edən adam, Allahın yeganə xilas yolunu şüurlu olaraq rədd etdiyinə görə Allahın qəzəbi altında qalır.

Məsihin dirilməsinə qədər ölüm insanların ən böyük düşməni idi. Lakin İsa ölüm üzərində qələbə çaldı və təkrar sağ olaraq zühur etdi. O, əbədiyyən ölməyəcəkdir! Ondan yapışan hər kəs, pisliyi məğlub edən qüdrətinə şərik olur. Məsihin dirilməsindəki xeyir-duanı dərk etmisənmi? Onu qəbul etmisənmi? Hələ etməmisənsə, indi et!

www.Waters-of-Life.net

Page last modified on July 11, 2023, at 05:35 AM | powered by PmWiki (pmwiki-2.3.3)