Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Christ -- 10 (Christ's Names and Titles)
This page in: -- Arabic? -- AZERI -- Chinese -- English -- Japanese -- Kyrgyz -- Russian -- Turkish -- Ukrainian -- Uzbek

Previous Lesson -- Next Lesson

MÖVZU 8: MƏSİH HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?
Məsihin həyatı, qüdrəti və məhəbbətinə giriş

10. MƏSİHİN ADLARINDAN, TİTULLARINDAN NƏ ANLADIN?


Bəzi peyğəmbərlərin xüsusi titulları var. İbrahim Peyğəmbər Xəlilüllah (Allahın dostu), Musa Peyğəmbər Kəlimullah (Allahın danışdığı şəxs), Məsih isə Kəlimətullah və Ruhullah (Allahın Kəlamı və Ruhu) olaraq adlandırılmışdır. Ancaq İncildə birbaşa göydən gələn bir səsin elan etdiyi bu vəhyi oxuyuruq: "Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!" (Matta 17:5).

"Allahın Oğlu" nə deməkdir? Bir övladın surəti çox vaxt atasınınkına bənzəyir. Eyni şəkildə Məsihdə Allahın sifətərini görürük. "Məni görən, Atanı görmüş olur" (Yəhya 14:9). Sən bəlkə də buna "Haşa! O yalnız bir Peyğəmbərdir!" deyərsən. Biz də sənə, "Bəs onda nə üçün Onun əmrlərinə riayət etmirsən?" deyə sorarıq. Əgər sən sidq ürəkdən tövbə etməmisənsə, fikirlərində və əməllərində dəyişilməmisənsə, onda sən indidən məhkum olmusan.

İsanın günahın qullarını azad etmək üçün Allahın qulu olaraq dünyaya gəlməsi bir sirdir. İsa həqiqi insanlığı göstərmək üçün həlim bir insan olaraq dünyaya gəlib. Buna görə də bizi xilas edən, qüdrət və izzət deyil, yalnız Məsihin məhəbbətidir. Qılınc daşıyan hər kəs güclü görünə bilsə də, nəfsinə hakim olan ondan daha güclüdür. Ən böyük insan isə çoxları uğruna canını fəda edəndir. Buna görə də həvari Yəhya belə iqrar etmişdir: "Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük" (Yəhya 1:14).

Məsih bəşər olaraq dünyaya gəlmişdir ki, biz Allahı laqeyd, zalım bir varlıq kimi deyil, bizi sevən, bağışlayan şəfqətli Ata kimi tanıyaq. Beləliklə, Məsih bizə Allah barəsində təzə bir anlayış vermişdir. İsa nəinki bizə ilahi sifətləri öyrətmiş, habelə yeni dövrün şüarını dərk edək deyə Allahın məhəbbətini Öz həyatı ilə nümayiş etdirmişdir. Yeni dövrün şüarı isə əbədi məhəbbətdir.

www.Waters-of-Life.net

Page last modified on September 17, 2015, at 08:27 AM | powered by PmWiki (pmwiki-2.2.109)