Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 250 (Jesus Delivered to the Governor)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

17. Ali məclisdə İsaya qarşı hökm verilir (Matta 27:1-2)


MATTA 27:1-2
1 Səhər açılanda bütün başçı kahinlərlə xalqın ağsaqqalları İsanı edam etmək üçün məşvərət etdilər. 2 İsanın əl-qolunu bağlayaraq vali Pilatın yanına aparıb ona təslim etdilər.

Peter Rəbbi inkar etdi, o biri şagirdlər də məyusluğa qapılıb, hərə bir yana qaçdı. İsanın işi uğursuz olmuş kimi görünürdü.

O gecə İsanın özünü Məsih və Rəbb elan etdiyini eşidən məclisinin xüsusi nümayəndələri, iclasda iştirak etməyən üzvlərə İsanın dediyi bu sözlər və onların İsaya çıxardıqları edam hökmü barədə məlumat verdilər. Onda başçı kahinlər, ilahiyyatçılar, qanunşünaslar, ağsaqqallar və xalqın digər başçıları İsa Məsihi qəti olaraq ölümə məhkum etmək üçün toplaşdılar. Ancaq romalılar yəhudilərin adamı ölümə məhkum etməsini qadağan etdiklərinə görə, onlar İsanı “padşah olduğunu iddia edən” bir müttəhim kimi bütpərəstlərin əlinə təslim etməyə qərar verdilər. Onlar xalqın gözündə İsanın adını ləkələməyə çalışırdılar. Romalı hakimlərdən Özünü xilas edə bilməyən İsa, onların fikrincə, Allahın Padşahlığını quracağı və bütün şər üzərində qələbə çalacağı gözlənilən Məsih ola bilməzdi.

DUA: Ya Rəbb İsa Məsih, düşmənlər Sənə şər atdılar, xalqın başçıları o qaranlıq gecədə Səni vurdular və ali məclisin önünə gətirdilər. Sən dinməz dayanmış, Sənə nifrət edənlərə görə dua edirdin. Öz xalqının nümayəndələrinin qarşısında dayanıb, onlara xeyir-dua verirdin. Onlar isə Sənə səcdə etmədilər, əksinə, Səni ölümə məhkum etdilər və çarmıxa çəkdirmək üçün hiylə ilə romalı hakimlərin əlinə təslim etdilər. Ya Rəbb, böyük dözümün, səbrin, lütfün və müqəddəsliyin üçün Sənə minnətdarıq! Biz əzablara layiq olsaq da, Sən bizim əvəzimizə ölməyə hazır idin, təqsirlərimizi Öz üzərində daşıdın, əzab-əziyyətlərinlə bizim cəzamızı çəkdin, bizi sonadək sevdin. Kamil məhəbbətinə görə Sənə ömür boyu minnətdar olacağıq!

SUAL:

  1. Yəhudi başçılarının gecəki iclası ilə səhərki iclası arasındakı fərq nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:17 AM | powered by PmWiki (pmwiki-2.3.3)