Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 244 (Jesus Arrested)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

13. İsanın tutulması (Matta 26:47-50)


MATTA 26:47-50
47 İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəldi. Onun yanında başçı kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi əli qılınclı və dəyənəkli böyük bir dəstə adam var idi. 48 İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur, Onu tutun». 49 O anda İsaya yaxınlaşıb «Salam, Rabbi!» deyərək Onu öpdü. 50 İsa da ona «Dostum, nə üçün gəlmisən?» dedi. Elə bu vaxt İsaya yaxınlaşıb əl ataraq Onu tutdular.

Yəhuda İsadan danışarkən “O Odur” dedi. Bu sözlər Allahın “Yahve” (Var Olan) adına bənzəyir və bunda xain Yəhudanın öz Rəbbini əsil Allah adlandırmasını da görmək olar.

Əsgərlər, dini rəhbərlər Məsihin üstünə gəldilər, Onu tutdular, döyüb çarmıxa çəkdilər! Necə də böyük fəlakətdir! Günahın əsarətində zəncirlənmiş adamlar azad olan Həqiqəti tutub bağladılar. Lakin O, əlləri bağlı halda belə, azad olaraq qaldı. Zülmətin saatı gəldi və zalım adamlar Allahın Özünü məhəbbətinə görə mühakimə etdilər. Məsih isə yalançı öpüşlə Ona xəyanət edən Yəhudanı mühakimə etmədi, amma ona bir daha xilas üçün fürsət verdi. İsa ona “dostum” dedi! Allahın məhəbbəti, dəvəti, əfvi, xilası və bütün sifətləri İsanın bu şəfqətli sözündə cəmlənmişdir. Sən də çox böyük günah işlətmisən belə, Məsih səni “dostum” çağırır. Bəs sən Onun səsini eşidirsən, göz yaşları ilə tövbə edirsənmi?

Məsihə “öpüş” ilə xəyanət edən çox adam var. Məsihi şərəfləndirirmiş kimi görünən bu adamlar həqiqətdə Onun Padşahlığını yox, öz maraqlarını axtarırlar və buna görə Padşahlığına daha çox zərər verirlər. Latın bir məsəl var: “Ağzı bal kimi şirin, ürəyi isə acıdır”.

DUA: Ey bizimlə əhd bağlayan Rəbbimiz İsa. Xalqın Səni tutub dini məhkəmənin zindanına aparmasına yol verdin. Yəhudanın Sənə xəyanət etməsinə baxmayaraq, Sən onu da sevdin və onu məhv etməyə gücün çatsa da, bunu etmədin. Onun yalançı öpüşünü qəbul etdin, ona “dostum” dedin. Məhəbbətin nə böyükdür, Sən nə qədər çox Özünü inkar etdin, nəfsinə hakim oldun! Dərrakədən üstün xeyirxahlığına görə Sənə minnətdarıq. Bizi ruhlandır, qoy biz inanaq və güvənək ki, Sən bizə səbir edirsən və biz Sənə, Sənin adına şəhadət etməkdə sadiq qalmayanda belə, Sən bizi qəbul edirsən! Bizim üçün etdiyin hər şeyə görə Sənə minnətdarıq, ya Rəbb!

SUAL:

  1. Niyə İsa Ona xəyanət edən adama “dostum” dedi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:16 AM | powered by PmWiki (pmwiki-2.3.3)