Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 224 (Parable of the Wise and Foolish Virgins)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

12. On qız məsəli (Matta 25:1-13)


MATTA 25:6-7
6 Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!” 7 O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər.

Bütün Əhdi-Cədidi başdan-başa oxuyan adam Məsihin ikinci gəlişi haqqında çox fəsillər tapar. Bu mövzudan təqribən üç yüz yerdə bəhs olunur. Bu ayələr adətən imanlıları təqdis olunmağa çağırır, çünki gəlin bəyi qarşılamaq üçün bəzəndiyi kimi, Məsihin üzvləri özlərini həlimlik, məhəbbət, sevinc və paklıq ilə bəzəyirlər.

Heç kəs öz-özünü təqdis edə bilməz, çünki biz təqsirlərimizə görə Allahın surətindən məhrum olmuşuq. Lakin Məsih bizi Öz qanı ilə təmizləyəndən bəri Müqəddəs Ruh bizi Məsihin Qanununu yerinə yetirməyə ruhlandırır və həyatımızda ilahi məhəbbəti tətbiq etmək arzusunu ürəyimizə qoyur. Bu mübarək Ruh yer üzündə bütün mərhəmət işlərinin mənbəyidir.

Heç bir insan Allahı və insanları sevməyə öz-özündə qadir deyildir. Yalnız Allahın sözlərini ürəyində saxlayan adam buna qadir olur; odur ki, biz ürəyimizi Allahın çox kəlamı ilə doldurmalıyıq ki, özümüz Allahın Kəlamının mücəssəməsi olaraq bu dünyada həyat sürək. Məsihin bu məsəlini düşünün: bütün qızlar Allahın Kəlamını bilən, Müqəddəs Ruhu dadan imanlılar idi, lakin ağıllılar Allahın qüvvəsindən çox toplayıblar, ağılsızlar isə az. Ağılsızlarla ağıllılar arasındakı fərq elə budur. Allahın Ruhunu daddıqdan sonra Ruhla dolmayan adam tezliklə hər şeyi yaddan çıxardar və Rəbbə xor baxar, çünki yalnız Ruhla dolanlar xilas olurlar.

Biz Allahın Ruhunun yağını necə qəbul edə bilərik? Heç vaxt unutma ki, yalnız çarmıxa çəkilmiş Məsihin vasitəsilə biz Müqəddəs Ruhu qəbul etməyə layiq oluruq. Onun kəffarəsi sayəsində hər tövbə edən adam Təsəlliverici Ruhu qəbul edə bilər. Səmavi Atadan bu ənamı cəsarətlə dilə, çünki O bütün övladlarını təqdis etmək istəyir. Bəs səndə Müqəddəs Ruh yaşayırmı? Bu gün Rəbbindən səni Müqəddəs Ruhla məsh etməsini istə ki, “ilıq” imanlı olmayasan, günaha və ruhani ölümə düşməyəsən və Məsihi qarşılayanda gec qalmayasan.

Müqəddəs Ruhla necə dola bilərsən? Müqəddəs Kitab üzərində dərin-dərin düşünmək və qardaş-bacıların şəhadətliklərini dinləməkdən başqa yolu yoxdur. Sən Allahın Kəlamını bütövlüyündə əhatə etməyə, tam mükəmməl dərk etməyə qadir deyilsən. Bu Kitabı on dəfə başdan-başa oxusan, az qala əzbər bilsən belə, yenə də şagird olaraq öyrənməyə ehtiyacın olacaq.

Müqəddəs Ruhda necə qala bilərik? Bunun üçün biz öz ağılsız darvanışımızla Allahın Ruhunu kədərləndirməməli, incə cəlb etməsinə itaət etməli, hər günahı rədd etməli, Ata Allaha iman edəb sədaqət və səbir ilə xidmət etməliyik. Təqdis olunan imanlı sevincli olar, qürurlanmaz, həlim və lütfkar şəkildə davranar, Müqəddəs Ruhun səsinə qulaq asar. Beləcə sənin həyatında Məsih izzətlənər və ətrafındakı insanlar səndə Səmavi Atanın surətini görəcəklər. İndi sən necə imanlı olmusan: ağılsız, yoxsa ağıllı?

DUA: Ey Ata, bizə Müqəddəs Ruhunu verdiyin üçün Sənə şükür edirik. Biz günahkarıq, layiq deyilik, amma sən bizi xilas etdin! İndi Oğlunun qanı bizi təmizləyir və qüvvən zəifliyimizdə tam olur. Bizi qüvvənlə doldur, qoy məhəbbətimiz əskik olmasın, lakin biz həlim olaq, Səndən nümunə götürüb, həlimlik və səbir ilə xidmət edək və Səmavi Bəyin gəlişini gözləyə-gözləyə Sənin Müjdənin qüdrəti ilə həyat sürək.

SUAL:

  1. Müqəddəs Ruhun qüvvəsini necə qəbul edə bilərik və qüvvəsində necə qala bilərik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:11 AM | powered by PmWiki (pmwiki-2.3.3)