Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 126 (Sign of the Prophet Jonas)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

h) Yunus peyğəmbərin əlaməti (Matta 12:38-45)


MATTA 12:43-45
43 Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz. 44 O zaman deyər: “Çıxdığım evə dönüm”. Evə qayıdanda onu boş, süpürülmüş və səliqə-sahman içində görər. 45 Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu özü ilə götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar. Bu pis nəslin də başına belə iş gələcək».
(Luka 11:24-26; 2Pet. 2:20)

Məsih təzəcə vəz etməyə başlayanda çoxlu yəhudilər Ona iman gətirmişdilər. Məhəbbət dolu Adamın sözlərinə, əməllərinə heyran olub ardınca getmişdilər. Onlar Məsihə yaxınlaşanda, düşüncələri yenilənməyə başlamışdı. İsanın Ruhu onların zehinlərindən murdar ruhları qovmuşdu, Kəlamı onları təmizləyib təqdis edir, onlarla əbədi olaraq qalacaq Müqəddəs Ruhun onların üzərinə enməsinə zəmin yaradırdı.

Lakin onların əksəriyyəti İsanı yalançı adlandıran başçılarının təhdidlərindən və qanunun cəzasından qorxduqlarına görə Məsihdə qala bilmədilər. Odur ki yavaş-yavaş Məsihdən uzaqlaşdılar.

Camaat kimin tərəfini saxlayacağını qərara almalı, ənənə ilə Allahın məhəbbəti, əməllərdən gələn salehlik ilə lütfdən gələn salehlik, Müqəddəs Ruh ilə hazırkı dövrün ruhları arasında seçməli idilər. Onlar insanların qorxusundan Məsihi və xilasını rədd etdilər. Təzəcə imana gəlmiş məsihi üçün ən ciddi təhlükə insanları razı salmaqdan ötəri şəfqətli İsanı inkar etmək təhlükəsidir. Bu kimi bədbəxt insanlar cinə tutulmuş adama oxşayır ki, Məsihə iman gətirib cinlərdən azad olduqdan sonra sadiq Xilaskarını tərk edərək daha betər yeddi başqa ruhun qurbanı olub. Belə insanın axırı əvvəlkindən daha pis olar. O, cəhənnəm yoluna düşər.

Unutma ki, sən Allaha münasibətdə heç də azad və müstəqil deyilsən. Sənin üzərində ya Allahın Ruhu, ya da şeytanın ruhları hökmran olur. Sən şüurlu olaraq Məsihi inkar etsən, cəhənnəm sənin üstünə hücum edəcək, səni bağlayıb şərə və murdarlığa aparacaq.

Məsihdə qal, Onun səsinə qulaq as, Ruhuna tabe ol, qoy O səni haqq yola gətirsin! Günahlarını etiraf et və qoy Məsihin Kəlamı fikirlərini təqdis etsin və vicdanını təmizləsin. İsaya pənah gətirsən, Onun Ruhunun qüdrəti ilə dolacaqsan və Ruhu sənin daxilindəki boşluğu doldurub, səni yeganə Xilaskara bağlanmağa yönəltəcək. Amma əgər sən ondan uzaqlaşsan, səndə hökmən pis ruhlar məskən salacaq.

DUA: Ey sadiq Xilaskar, Sənə ürəkdən şükür edirik, çünki Sən bizi xidmətinə çağırdın, günahlardan təmizlədin və Müqəddəs Ruhla doldurdun ki, iblisin üzərimizdə heç səlahiyyəti olmasın. Səndən rica edirik, dost-tanışımızı, qohum-əqrəbamızı pis olanın əlindən azad et, qoy onlar tövbə edib Səni qəbul etsinlər, şükür etsinlər, Sənə pənah gətirsinlər! Qoy həyat Ruhu onlarda məskən salsın və onlar heç vaxt murdar ruhların qurbanı olmasınlar! Bizə kömək et, özümüzü Sənə təslim edək və Sənə sadiq qalaq!

SUAL:

  1. Niyə murdar ruh əvvəlcə qovulduğu insana özündən daha betər yeddi başqa ruh ilə birlikdə qayıda bilər?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:49 AM | powered by PmWiki (pmwiki-2.2.109)