Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 106 (Encouragement)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi

c) Sıxıntılarda təşviq (Matta 10:26-33)


MATTA 10:32-33
32 İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. 33 Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm.
(Mark 8:38; Luka 9:26; 2Tim. 2:12; Vəhy. 3:5)

Məsih sənə bildirir ki, O, göyə qalxıb sənin adını Allahın qarşısında iqrar edir, çünki sən yer üzündə İsa Məsihin adı üçün çalışmısan. Yer üzündəki iqrarın göydə əsk-səda verir. Allahın Oğlu Özü sənin səsini eşidir. Ad-sanını, kübarlığını yaddan çıxart və İsanın padşahların Padşahı olduğunu insanlar qarşısında hikmətlə elan et. Onda sən əbədi olaraq Allahın yadında qalacaqsan. Çoxları rəsilərin, başçıların, padşahların onların adlarını bilməsini və onları bəyənməsini arzu edirlər. Ancaq sən dost, qohum və düşmənlərinin qarşısında İsanın adını iqrar edirsənsə, sənin adın Allahın qarşısında səslənir. Sən İsanın xilası, çarmıxa çəkilməsi, dəfni və dirilməsi barədə şəhadət edirsənmi? Yoxsa cansız, hərəkətsiz daşa bənzəyirsən? İnsanlar qarşısında şəhadət edə bilmirsənsə, dua et və Rəbb İsadan sənə şəhadət üçün fürsət verməsini istə. İsa barədə şəhadət etməyən, İsanı inkar edən adamın adı göydə səslənməyəcək. İmanın əqidə ilə kifayətlənməməlidir, sən həmişə Rəbbə şəhadət edib minnətdarlığını bildirməlisən.

İsanı sevirsənsə, iqrar edəcəksən; və Allahın Ruhu səni Xilaskar Məsihin adını elan etməyə yönəltəcək. Əgər bu xidmətə xor baxırsansa, daxilində olan Müqəddəs Ruhun yönəltməsinə qarşı duraraq, başqaları ilə Xilaskardan danışmırsansa, Allahın qüvvəsindən məhrum olacaqsan. Əgər qız çox sevdiyi nişanlısından danışmasa, ona qarşı məhəbbət duyğuları soyuyar və yox olar. Sənin şəhadətin də belədir, o sənin imanını təsdiqləyir. Məsihi hikmətlə iqrar etməsən, Müqəddəs Ruhun ilhamı ilə İsaya açıq şəhadət verməsən, imanın hökmən zəifləyəcək.

Biz İsaya iman etməklə kifayətlənməməliyik, imanımızı iqrar etməliyik və lazım olsa bu yolda əziyyət çəkməyə də hazır olmalıyıq. Məsihlə əlaqəmizdən, Ona xidmət etdiyimizdən, Onu gözlədiyimizdən əsla utanmamalıyıq, çünki biz Ondan utanmayanda, imanımızın səmimiliyi üzə çıxır, Onun adı izzətlənir və insanlar ruhən artırlar.

Sözsüz ki, Rəbbi utanmadan iqrar etməyimiz indiki dövrdə rüsvay edilməyimizə, danlanmağımıza, əzab-əziyyət çəkməyimizə səbəb ola bilər, ancaq qiyamət günündə Ondan çox böyük mükafat alacağıq, salehlərin dirilməsində iştirak edəcəyik və İsanın “Mən də onu iqrar edəcəyəm” vədinə görə hədsiz səadətə və şərəfə nail olacağıq. Bundan artıq nəyi arzulamaq olar?!

İmanlı, Məsihi insanlar qarşısında inkar edəndə çox ciddi günah işlədir, çünki qiyamət günündə İsaya çox böyük ehtiyacları olanda, İsa onları inkar edəcək. İsanı Rəbb kimi iqrar etmək istəməyənləri İsa da Öz qulları kimi iqrar etməyəcək: “Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!”” (Mat. 7:23)

DUA: Ya Rəbb İsa, Sən yaşayırsan və biz Sənin vəsatətinə ümid bağlamışıq, buna görə bizi təqib edənlərdən qorxmarıq, çünki həyatımız Səndə saxlanılıb. Adını cəsarət və hikmət ilə iqrar etməyi bizə öyrət! Sənə olan məhəbbətimizi iqrar etmək cürətini bizə ver! Başımızdakı tüklərin sayını biləcək qədər çox qayğımıza qalan Səmavi Atanın qarşısında adlarımızı iqrar etdiyinə görə Sənə minnətdarıq!

SUAL:

  1. Nə üçün bizə insanlardan və ölümdən qorxmaq olmaz?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:45 AM | powered by PmWiki (pmwiki-2.2.109)