Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 101 (Risks of Preaching)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi

b) Müjdənin vəz edilməsi ilə bağlı təhlükələr (Matta 10:16-25)


MATTA 10:21-23
21 Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. 22 Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. 23 Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək.
(Mik. 7:6; Mat. 16:28; 24:9-13; Həv. 8:1)

İsa hər şagirdin çətinliklə üz-üzə gələcəyi dörd sahəyə toxunmuşdur: camaat, dini məhkəmə, mülki hakimiyyət və axırda öz ailəsi. İsaya iman etdiyinə görə doğma qardaşın və ya bacının ona nifrət etməsi, valideynlərinin ona qarşı düşmən münasibət bəsləməsi məsihi imanlını çox kədərləndirir.

Diktator ölkələrinin birində imanlı bir adamın başına belə iş gəlib. Gecə vaxtı oğlunun yatağında o yan-bu yana çevrildiyini, yuxuya gedə bilmədiyini görüb və oğlundan onu nə narahat etdiyini soruşub. Onda uşaq atasına etiraf edib ki, gənclər təşkilatının rəhbəri ondan valideynlərinin yemək vaxtı danışdıqlarını çatdırmasını tələb edibmiş.

Tibb fakultetində oxuyan bir tələbə qız, atasının ona qarşı həm nifrət, həm də məhəbbət bəslədiyini yazdı. Ata-babalarının dinindən döndüyünə görə qızına nifrət edir, eyni zamanda evdə və başqa yerlərdə həlim, məhəbbət dolu, pak həyat sürdüyünə görə onu sevirmiş. Qardaşını isə, əksinə, ata-babalarının dininə bağlı olduğuna görə sevir, əxlaqsız həyat sürdüyünə görə isə ona nifrət edirmiş. Qız atası ilə mübahisə edə bilməyəcəyinə görə bir kəlmə söyləmədən müqəddəs həyat tərzi ilə şəhadət etməsi üçün dua etməyimizi xahiş etdi.

Bu dünyanın hakimlərinin və cəmiyyətin məsihilərə nifrəti, Məsihə qarşı duran zalım diktator ölkəni idarə etdikdə zirvəsinə çatır. Diktator kütləvi informasiya vasitələrindən istifadə edərək insanları özünə və öz partiyasına tabe edir. İmanlılar Cəmiyyətinin tarixini öyrəndiyimiz zaman, Rəbb İsanı öz canından çox sevən məsum imanlıların qanını axıdan təqiblər barəsində oxuyuruq. Bu məsihi şəhidlər İsanın yaşadığına və heç nəyin onları Onun məhəbbətindən ayırmağa qadir olmayacağına əmin idilər. Biz çətin günlərdə yaşayırıq. Məsihin əleyhdarı adlanan, bütün xalqları və dinləri həqiqi Məsihə qarşı mübarizədə birləşdirən şəxs yaxınlaşdıqca, çətinliyimiz daha da artacaqdır. Məsihin əleyhdarı hakimiyyətdə olduğu qısa müddət içində bir çox məsihi imanlıları tutdurub edam etdirəcək. O vaxt kimin Məsihə sadiq qalması, kimin Məsihin Ruhundan hər şeyə dözməyi, düşmənlərini sevməyi, xeyir-dua verməyi, cinlərə tutulmuş olanlara mərhəmət göstərməyi öyrənməsi aşkara çıxacaq.

Bizim xilasımız çarmıxdan başlandı, yenidən doğulduğumuz vaxt gerçəkləşdi və əzab-əziyyətlərlə tamamlanacaq, necə ki həvari da demişdir: “Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik”.

Məsih hər şahidini şəhid olmağa çağırmır. O bizə təqib edildiyimiz yerdən başqa yerə köçməyi və şəhadətimizi orada davam etdirməyi əmr edir. İsa xilas olanlara dedi ki, sığına biləcəkləri şəhərlər Onun gəlişinədək qurtarmayacaq. Şagirdlər lap böyük təhlükəyə düşəndə yaşayış yerlərini dəyişə bilirlər və hətta dəyişməlidirlər, o şərtlə ki, Rəbb onlara xidmət üçün belə imkanı verir. Məsihin əsgərinin müharibə meydanını tərk etməsi heç ayıb deyildir, ancaq o, iman təməlindən imtina etməməlidir. Xidmətdən qaçmamaq şərti ilə təhlükədən uzaqlaşa bilər.

Məsihin şagirdlərinin nə qədər qeydinə qaldığına fikir ver: O onları istirahət etsinlər və ünsiyyətdə olsunlar deyə tənha yerlərə aparırdı. Təqiblər hər yerdə eyni deyil. Bir şəhərdə təqib qızışanda, başqa bir şəhərdə sakit, kölgəli yerlər var. Biz Allahın bizə verdiyi fürsətlərdən istifadə etməli, onlara xor baxmamalı və belə qaydaya əməl etməliyik: təhlükədən qaçmaq üçün səhv, qanunsuz vasitələrdən istifadə etmə! Əks halda Rəbb bizə qapını açmır, lakin biz onu zorla, öz istəyimizlə açırıq!

Məsih o gündən öncə onlara ölüb-diriləcəyini danışmamışdı. Burada isə O onlara, bəşəriyyətin tarixinin son nöqtəsi olan ikinci gəlişinin necə olacağını izah edir. Məsih hər şeydən əvvəl onlara böyük ümid verir. Məsihiliyin məqsədi əziyyət, ölüm və dirilmə deyil, İsanın izzətli ikinci gəlişidir. O zaman İsa Padşah kimi gələcək, bütün düşmənlərini Öz ayaqlarının altına salacaq. O gündə İsanın bu sözü gerçəkləşəcək: “Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq”.

DUA: Ey gələcək olan müqəddəs Padşah, qorxaqlığımı, iman qıtlığımı, səbirsizliyimi bağışla, Sənin Padşahlığının düşmənlərinə qarşı ürəyimdə bəslədiyim nifrətə qalib gəl! Məni öyrət, qoy mən Sənin xilas planını dərk edim və Sənin adın uğrunda əziyyət çəkməyə və camaat qarşısında şəhadət etməyə hazır olum! Mənə nə vaxt susmağı, nə vaxt düşmənlərimdən qaçmağı, nə vaxt adını başqa yerdə elan etməyi göstər! Məni rəhbərliyinə tabe et, məni incidən, təqib edən adamlara xeyir-dua ver, mənə nifrət edənləri Öz lütfünlə doldur! Tez gəl, ya Rəbb İsa! Bu gün Sənin adın naminə əziyyət çəkən və ya Sənin yolunda şəhid edilən hər imanlını qüvvətləndir!

SUAL:

  1. Biz təqiblərə necə qalib gəlirik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)