Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 045 (The Beatitudes)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi

a) Nə bəxtiyardır (Matta 5:1-12)


MATTA 5:7
7 Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək.
(Mat. 25:35-46; Yaq. 2:13)

Mərhəmətli olanlar, əziyyət çəkənlərin dərdinə şərik olan, onlara şəfqətlə yardım göstərmək istəyənlərdir. Ehtiyac içində olanlara yardım etməyə imkanı olmayan insan da həqiqətən “mərhəmətli” ola bilər; Allah onun qəlbindəki xoş niyyəti qəbul edəcək. Biz nəinki öz əziyyətlərimizə səbirlə dözməliyik, həm də qardaş-bacılarımızın dərdinə şərik olmalıyıq. Biz gərək şəfqət göstərək, ürək mərhəmətinə bürünək (Kol. 3:12).

Başqalarının dərdinə şərik olmaq, onların köməyinə gəlmək; cahillərə şəfqət göstərmək, yüngül xasiyyətli olanlara görə narahat olub xəbərdarlıq etmək; günahkarlara can yandıraraq onları əbədi oddan xilas etmək bizim borcumuzdur.

Yaslı olanların dərdinə şərik olmalı, təsəlli verməliyik, onlarla çox sərt rəftar etməməliyik. Ehtiyac içində olanı görəndə, kömək etməyə çalışmalıyıq. “Yediyiniz çörəyi acla bölüşdür... Cani-dildən acların qayğısına qal, Fəqirlərin ehtiyaclarını ödə” (Yeş. 58:7,10). Bəli, çünki “Saleh insan hətta heyvanlarının ehtiyacını duyar” (Sül. 12:10).

Məsihin qanı ilə saleh sayılan insanın ürəyində Allahın mərhəməti vardır. İsanı sevən insan, Onun böyük barışığı naminə düşmənlərinin bütün təqsirlərini bağışlayar. Müqəddəs Ruhun məshinə nail olan heç kəs sadə adamı alçaltmaz, lakin ona kömək edər, xeyir-dua və təsəlli verər, onun üçün əlində olanı əsirgəməz. Allah məhəbbətdir! Ona iman edən adam dəyişilib özü bu məhəbbətə bənzəyər. Allahı tanımayan adam isə nifrət, təhqir və qəddarlıq içində qalar. Sən Məsih kimi mərhəmətli olmusanmı? Olmusansa, Allahın qüvvəsi sənin ürəyindən həlak olan bu dünyaya axar. Məsihə olan imanın ilə sən ölümdən dirilib əbədi həyata nail olarsan. Onun mərhəməti ilə Allahın əbədi mühakiməsindən qurtararsan. Sənə verilən Müqəddəs Ruh vasitəsilə Allahın məhəbbəti sənin ürəyinə dolacaq. Sən öz əməllərinlə xilas olmazsan, lakin İsa Məsihin qanı sayəsində xilas olarsan və İsa səni dəyişdirib, sevən insana döndərəcək.

Mərhəmətli olanlar bəxtiyardırlar, çünki Əhdi-Ətiqdə belə yazılıb: “Yoxsulların qayğısına qalan nə bəxtiyardır!” (Zəb. 41:1). Bu cəhətdən mərhəmətli insan izzətdə və salehlikdə Allaha bənzəyir. Biz Atamız mərhəmətli olduğu kimi mərhəmətli olanda, eləcə də kamil olduğu kimi kamil oluruq. Mərhəmət, məhəbbətin bir əlamətidir. Allahın əlində bir alət kimi başqalarının yaxşılığına xidmət etdiyimizi dərk etmək bizi xoşbəxt edir. Bu dünyada ən müqəddəs və pak zövqlərdən biri, insanlara yaxşılıq etməkdir. “Nə bəxtiyardır mərhəmətli olanlar” sözləri Məsihin dörd Müjdəya düşməyən başqa bir kəlamı ilə səsləşir: “Vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” (Həv. 20:35).

SUAL:

  1. Xudbin adam necə dəyişilib mərhəmətli ola bilir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:33 AM | powered by PmWiki (pmwiki-2.2.109)