Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 257 (Roman Soldiers Mock Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

23. Romalı əsgərin istehzası (Matta 27:27-30)


MATTA 27:27-30
27:27 Sonra valinin əsgərləri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar. 28 Onu soyundurub al rəngli xalat geyindirdilər. 29 Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar. 30 Ona tüpürdülər, qamışı götürüb başına vurdular.
(Yeş. 50:6)

Sən bir rəsmdə, yaxud muzeydə tac görmüsənmi? Qızıldan qayırılmış, daş-qaşla bəzənmiş gözəl tac, qoyulduğu başın sahibinin izzət, qüdrət və sərvətini təmsil edir. Lakin bizim Rəbbimiz sadiq Xilaskarımızın başına başqa cür tac qoyulub – tikanlardan hörülmüş tac. Rəbbin bu tikanlı tacı göydə və yerdə ən gözəl tacdır.

İsa yoxsul və məzlum idi. Əynindəki al rəngli xalat qanına bulaşmışdı. Romalı əsgərlər Onun əlinə qamış vermişdi, Ona lağ edir, qəzəbini boşaldıb tüpürür, tikanlı tac qoyulmuş başına vurur, padşah-imperator imiş kimi önündə diz çökürdülər. Qiyamət günündə o bütpərəst əsgərlər, əzab verdikləri bu Adamı görəcəkləri, əslində bütün bəşəriyyətin qüdrətli Hakimi və padşahların Padşahı olduğunu dərk edəcəkləri zaman necə böyük qorxuya və dəhşətə gələcəklər!

DUA: Ya Rəbb İsa Məsih, Səni sevirik və Sənin tab gətirdiyin ədalətsizlik və əziyyətləri düşündükcə, Səninlə birgə əziyyət çəkirik. Sən izzətini tərk etmiş, bəşər olmuş, günahlarımızın ədalətli cəzasını çəkmiş qadir Allahsan. Sənin dözdüyün o döyülmələrə, təhqirlərə biz layiqiq. Sən bizi Allahın qəzəbindən xilas etmək üçün cəzamızı Öz üzərinə götürdün. Biz Sənin tikanlı tacını dünyada və axirətdə ən qiymətli tac hesab edirik, çünki onun üzərində Sənin qiymətli qanının ləkələri qalıb. Bu, yeganə sülh və məhəbbət tacıdır. Qoy biz Sənin əzab-əziyyətinə minnətdarlığımızın bir ifadəsi olaraq həyatımızı Sənə xidmət etməyə həsr edək!

SUAL:

  1. Niyə romalı əsgərlər Məsihə qəddarlıq və istehza ilə əzab verdilər?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:18 AM | powered by PmWiki (pmwiki-2.3.3)