Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 148 (Jesus Attacks Fanaticism and Shallowness)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

i) İsa təəssüb və dar düşüncəyə qarşı çıxır (Matta 16:1-12)


MATTA 16:5-12
5 Şagirdlər o taya keçəndə çörək götürməyi yaddan çıxarmışdılar. 6 İsa onlara dedi: «Ehtiyatlı olun! Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin». 7 Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörək götürmədiyimiz üçün deyir». 8 İsa bunu bilərək dedi: «Ey imanı az olanlar! Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? 9 Hələ dərk etmirsinizmi? Beş min nəfər üçün beş çörəyi və neçə zənbil yığdığınızı xatırlamırsınızmı? 10 Dörd min nəfər üçün yeddi çörəyi və neçə səbət yığdığınızı da xatırlamırsınızmı? 11 Necə anlaya bilmirsiniz ki, Mən sizinlə danışanda çörəyi nəzərdə tutmamışdım? Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin». 12 O zaman onlar anladılar ki, İsa çörək mayasından yox, fariseylərin və sadukeylərin təlimindən qorunmağı nəzərdə tutmuşdu.
(Mat. 14:17-21; 15:34-38; Mark 8:14-21)

İsa dörd min nəfəri doydurduğu yerdən tez ayrılıb gölün o biri tayına keçdi. Şagirdlər yola yemək ala bilmədilər. Məsih farisey və sadukeylərin adamların zehnini zəhərləyən mayasından danışanda, onların fikri-zikri yeməkdə idi və onlar xəmirə qoyulan mayadan danışdığını düşündülər. Onlar dünyəvi şeylər haqqında düşünərkən, Məsih səmavi şeylər haqqında düşünürdü, çünki bütün qayğısını Atasının əlinə vermişdi.

İsa, ruhani şeylərdən daha çox yeməyi düşündükləri üçün şagirdlərini məzəmmətlədi, beş çörək ilə beş min nəfəri və yeddi çörəklə dörd min nəfəri doydurduqlarını yadlarına saldı. Rəbb onlarla birlikdə ikən, nə üçün çörəyin fikrini çəkirlər?! İsa yenə onları başa saldı ki, fariseylərin qanunpərəst fikri və sadukeylərin müasir həyatı Allahın yeni əhddəki məhəbbətinə uyğun gəlmir; bu məhəbbət insanı Müqəddəs Ruhun rəhbərliyi altında fədakar xidmətə yönəldir. İsa şagirdlərinə ikiüzlülükdən, zahiri möminlikdən uzaq olub, günahlarını etiraf etməyi və lütf ilə Allaha xidmət etməyi öyrətdi.

Qanun əsasında özünü saleh sayan adamın Allaha ibadəti ilə Məsihin kəffarəsi və Müqəddəs Ruhun hüzuru əsasında yaşayan adamın Məsihin məhəbbətindəki azadlığı arasında çox böyük ziddiyyət vardır. Həvarilərin İşləri Kitabı bu ziddiyyətdən meydana gələn mübarizədən bəhs edir. Həvarilərin İşlərində həvari Paulun bizim düşüncəmizi Qanun əsasında özünü saleh saymaqdan azad etmək üçün Məsihin yolunda mübarizə apardığını görürük. Həvari Paul Məsihin çarmıxda bizim salehliyimiz üçün tələb olunan işi tamamladıqdan sonra Müqəddəs Ruhun ürəklərimizdə məskən saldığına şəhadət edir. Əfsuslar olsun ki, bəzi imanlılar bu günə kimi hələ anlamayıblar ki, öz əməlləri ilə saleh olmaq fikri qədim əhddən qaynaqlanan səhv yəhudi fikridir. İmanla saleh sayılmaq təlimi isə bütün xalqlarla bağlanan yeni əhdin təməlidir.

DUA: Səni ucaldır və şadlanırıq, ey Ata, Oğul və Müqəddəs Ruh! Zira Sən bizi öz möminliyimizə güvənməkdən qurtarmısan. Biz günahkarıq, ancaq Sən bizi saleh saymısan, təqdis etmisən, ikiüzlülükdən uzaq olmağımız, sevinclə Sənə xidmət etməyimiz üçün bizi Öz lütfünlə qoruyursan. Biz saleh sayılmış günahkarıq və Sən bizi Öz müqəddəs övladların eləyib hifz edirsən.

SUAL:

  1. Niyə biz farisey və sadukeylərin mayasından özümüzü gözləməliyik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:54 AM | powered by PmWiki (pmwiki-2.3.3)