Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)
i) İsa təəssüb və dar düşüncəyə qarşı çıxır (Matta 16:1-12)MATTA 16:5-12 İsa dörd min nəfəri doydurduğu yerdən tez ayrılıb gölün o biri tayına keçdi. Şagirdlər yola yemək ala bilmədilər. Məsih farisey və sadukeylərin adamların zehnini zəhərləyən mayasından danışanda, onların fikri-zikri yeməkdə idi və onlar xəmirə qoyulan mayadan danışdığını düşündülər. Onlar dünyəvi şeylər haqqında düşünərkən, Məsih səmavi şeylər haqqında düşünürdü, çünki bütün qayğısını Atasının əlinə vermişdi. İsa, ruhani şeylərdən daha çox yeməyi düşündükləri üçün şagirdlərini məzəmmətlədi, beş çörək ilə beş min nəfəri və yeddi çörəklə dörd min nəfəri doydurduqlarını yadlarına saldı. Rəbb onlarla birlikdə ikən, nə üçün çörəyin fikrini çəkirlər?! İsa yenə onları başa saldı ki, fariseylərin qanunpərəst fikri və sadukeylərin müasir həyatı Allahın yeni əhddəki məhəbbətinə uyğun gəlmir; bu məhəbbət insanı Müqəddəs Ruhun rəhbərliyi altında fədakar xidmətə yönəldir. İsa şagirdlərinə ikiüzlülükdən, zahiri möminlikdən uzaq olub, günahlarını etiraf etməyi və lütf ilə Allaha xidmət etməyi öyrətdi. Qanun əsasında özünü saleh sayan adamın Allaha ibadəti ilə Məsihin kəffarəsi və Müqəddəs Ruhun hüzuru əsasında yaşayan adamın Məsihin məhəbbətindəki azadlığı arasında çox böyük ziddiyyət vardır. Həvarilərin İşləri Kitabı bu ziddiyyətdən meydana gələn mübarizədən bəhs edir. Həvarilərin İşlərində həvari Paulun bizim düşüncəmizi Qanun əsasında özünü saleh saymaqdan azad etmək üçün Məsihin yolunda mübarizə apardığını görürük. Həvari Paul Məsihin çarmıxda bizim salehliyimiz üçün tələb olunan işi tamamladıqdan sonra Müqəddəs Ruhun ürəklərimizdə məskən saldığına şəhadət edir. Əfsuslar olsun ki, bəzi imanlılar bu günə kimi hələ anlamayıblar ki, öz əməlləri ilə saleh olmaq fikri qədim əhddən qaynaqlanan səhv yəhudi fikridir. İmanla saleh sayılmaq təlimi isə bütün xalqlarla bağlanan yeni əhdin təməlidir. DUA: Səni ucaldır və şadlanırıq, ey Ata, Oğul və Müqəddəs Ruh! Zira Sən bizi öz möminliyimizə güvənməkdən qurtarmısan. Biz günahkarıq, ancaq Sən bizi saleh saymısan, təqdis etmisən, ikiüzlülükdən uzaq olmağımız, sevinclə Sənə xidmət etməyimiz üçün bizi Öz lütfünlə qoruyursan. Biz saleh sayılmış günahkarıq və Sən bizi Öz müqəddəs övladların eləyib hifz edirsən. SUAL:
|