Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Christ -- 03 (Christ's Innocence)
This page in: -- Arabic? -- AZERI -- Chinese -- English -- Japanese -- Kyrgyz -- Russian -- Turkish -- Ukrainian -- Uzbek

Previous Lesson -- Next Lesson

MÖVZU 8: MƏSİH HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?
Məsihin həyatı, qüdrəti və məhəbbətinə giriş

3. MƏSİHİN GÜNAHSIZLIĞI HAQQINDA NƏ BİLİRSƏN?


Məsih Allahın Ruhudan doğulub. Doğuluşundan bəri həmişə məsum və pak qalıb, heç günah etməyib, əsla səhvə yol verməyib. Bizdən fərqli olaraq, heç vaxt Allahdan əfv diləməyib. Biz günahlarımızı etiraf etməliyik, yoxsa Allahı və öz-özümüzü aldadırıq. Davud Peyğəmbər göz yaşları ilə Allahdan onu bağışlamasını diləyib, Allahın dostu İbrahim də belə eləyib. Lakin Müqəddəs Kitabı yaxud Qurani Kərimi araşdırsaq, İsanın, bir dəfə də olsun, əfv dilədiyinə dair heç bir ayə tapa bilmərik.

Məsih qüsursuz olduğuna görə təmizlənməyə və ya saleh sayılmağa ehtiyacı yox idi. O, düşmənlərinə açıqca söyləyib: "Sizdən kim sübut edər ki, Mən bir günah etmişəm?" (Yəhya 8:46) Lakin onlardan heç biri İsanın heç bir günahını, sözlərində və ya əməllərində heç bir qüsuru işarə edə bilməyib. İsa, Roma Valisi önündə mühakimə olunarkən, hakim üç dəfə rəsmən "Mən Onda bir təqsir görmürəm" deyə elan etməyə məcbur oldu (Yəhya 18:38 və 19:4,6).

Bundan əlavə, cinli bir adamın daxilində yaşayan murdar ruhlardan biri, İsanın yaxınlaşdığını görəndə qorxub çığırmağa başladı: "Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm, Sən Kimsən: Allahın Müqəddəsisən!" (Mark 1:24). Beləliklə, İsanın öz-özlüyündə pak, kamil və müqəddəs olduğu bu dünyada məlum olduğu kimi, hesab günündə də məlum olacaq. Onun misli yoxdur, zira Ondan savayı hamı günah etmişdir.

www.Waters-of-Life.net

Page last modified on September 17, 2015, at 08:22 AM | powered by PmWiki (pmwiki-2.2.109)