Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 271 (The Unlimited Authority of Christ)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
YEDDİNCİ HİSSƏ - İsanın ölümdən dirilməsi və böyük tapşırığı (Matta 28:1-20)

6. Məsihin qeyri-məhdud səlahiyyəti (Matta 28:18-19)


MATTA 28:18-19
28:18… «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. 19 Beləliklə, gedin...»
(Mat. 10:16; 11:27; Ef. 1:20-22)

Ölümdən dilirən Məsih günahlı dünyamızı müqəddəs Allahla barışdırdıqdan sonra, əvəzsiz xilasını bütün insanlara çatdırmaq istədi, lakin Onun şagirdlərindən heç biri həvari xidmətinə layiq deyil idi, çünki İsa tutulan gecə onların hamısı qaçmışdı. Onların həvariliyi yaxşı, layiq, ağıllı olduqlarına deyil, yalnız Məsihin dəvəti və seçiminə əsaslanırdı.

Məsih, Səmavi Atasının göydə və yerdə bütün səlahiyyəti Ona verdiyini elan etdi. Külli-İxtiyar Allah bütün səlahiyyəti və qüvvəti ölümdən dirilmiş Olana təslim etməkdən necə çəkinməyib? Məsihin Ona qarşı üsyan etməsindən necə qorxmayıb? Səmavi Ata Oğlunun həlim və qəlbən itaətkar olduğunu, daima Atasını şərəfləndirdiyini bilir. Müqəddəs Ruh da həmçinin daima Oğulu izzətləndirir. Həqiqətən, Allahımız həlimdir! İsa qürurlanmayıb, amma Öz canını çoxları uğrunda fidyə olaraq verdi. Buna görə Ata, sevimli Oğlunun Ona qarşı üsyan etməyəcəyini və qürurlanmayacağını bilərək, göydə və yerdə bütün səlahiyyəti Ona vermişdir.

Yer üzündə Özünü aşağı tutan İsa, qüvvətli ordu və məhvedici silahlarla siyasi dövlət qurmaq üçün qüdrətindən istifadə etməyib. İsa yoxsullara vergi qoymayıb, lakin xəstələrə şəfa verib, cinləri qovub, günahları bağışlayıb, sonra isə dua edən şagirdlərinin üzərinə Müqəddəs Ruhunu töküb. O, ardıcıllarına yeni ürək verdiyi yeni ruhani dövrün əsasını qoymuşdur.

Məsih ardıcıllarına ayağa qalxıb getməyi tapşırıb. Öz qüdrət və səlahiyyətini elan edəndən sonra İsa onları inandırıb ki, onlar Onun adını başqalarına da çatdıra bilərlər. İsa ardıcıllarına yad və itmiş olanları axtarmalarını əmr edib. Ölümdən dirilmiş İsa bizə də bir yerdə oturmamağı, dünyaya getməyi əmr edir!

DUA: Sənə səcdə qılırıq, ey ölümdən dirilmiş Rəbb, çünki göydə və yerdə bütün səlahiyyət Sənə verilib! Bu dünyada olan səlahiyyət sahiblərindən qorxduğumuza görə bizi bağışla, qoy biz hər zaman gözümüzün qabağında Səni görək. Biz Sənin lütf dolu qüdrətinə inanırıq və çətin vəziyyətdə olan dostlarımıza görə dua edirik ki, onlar Sənin qüvvətinlə təzələnsinlər və Səndən anlayış və təsəlli alsınlar və biz hamımız birlikdə gedib Sənin adını, xilasını, əbədi Padşahlığını elan edək!

SUAL:

  1. Niyə İsa bizə getməyi əmr etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:21 AM | powered by PmWiki (pmwiki-2.2.109)