Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 235 (Judas' Treachery)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

4. Yəhudanın xəyanəti (Matta 26:14-16)


MATTA 26:14-16
14 O zaman On İki şagirddən Yəhuda İskaryot adlı biri başçı kahinlərin yanına gedib dedi: 15 «Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər. 16 O vaxtdan Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.
(Yəh. 11:57; Zək. 11:12)

Yəhuda Allahdan çox pulu sevirdi. Müəlliminin illərlə öyrətdiyi təlimlərə, göstərdiyi yola heç o qədər də əhəmiyyət verməyən bu şagird yavaş-yavaş İsadan soyuyub uzaqlaşır, ürəyi daşa dönürdü. Rəbbin məhəbbətini rədd edirdi, ona əmanət edilən pullardan düzgün istifadə etmirdi. Rəbbin, bu qadının ağ mərmər qabı sındırıb yağı Məsihin başına tökdüyünə deyindiklərinə görə şagirdlərini məzəmmətləməsi Yəhudanın xoşuna gəlmədi.

İsanın On İki şagirdi içində bircə Yəhuda yəhudeyalı idi, qalanların hamısı qalileyalı idi. Ola bilsin, Yəhuda paytaxt “Qüds”də olan dini məclislə əlbir idi və xalqını romalıların qisasından qorumaq üçün dini məclisə xidmət edən casus idi. Romalılar İsanın ətrafındakı izdihamları görsəydilər, bütün xalqı cəzalandırmağa qərar verə bilərdilər. Bəlkə də Yəhuda bu bəlanın qarşısını almağa çalışırdı.

Bununla bərabər, Yəhuda dini məclisin təhdidlərindən də canını qurtarmağa çalışırdı və buna görə də özünün heç təqsiri olmadığını bildirmək üçün Müəllimini ələ verməyə razılaşdı. Bəlkə də o ümid edirdi ki, bu hərəkəti ilə İsanı tezliklə Padşahlığını elan etməyə vadar edəcək. Məsihin ilahi qüvvəti ilə düşmənlərinin üzərində qələbə çalacağını və Yəhudanı da xəzinədarı olaraq təyin edəcəyini umurdu.

Yəhuda “Məhkum”u və ardıcıllarını dəhşətli əzablara təslim etdi. Xəyanəti üçün pul qəbul etməsi onun ürəyinin pis niyyətlə dolu olduğunu sübut edir. Necə də murdar “alver”dir! O, sevən Rəbbi ucuz qiymətə satmışdır!

Məsih isə başqa şagirdləri ilə rəftar etdiyi kimi, xain Yəhuda ilə da eynən bu cür mehriban rəftar edirdi. O, Yəhudanı rəzil etmədi, Özündən uzaqlaşdırmadı. İsa Yəhudaya “pul kisəsi”ni əmanət eləmişdi və bu iş Yəhudanın xoşuna gəlirdi. Yəhuda oradan özünə pul götürsə də (Yəh. 12:6), biz heç oxumuruq ki, İsa ondan hesab istəyib. Yəhudanın Məsihin təlimindən şübhələndiyinə dair məlumat da yoxdur. O, Rəbbə nifrət etdiyinə yaxud Onunla razılaşmadığına görə yox, sadəcə olaraq pulu sevdiyinə görə xain olmuşdur.

Yəhudanın Rəbbi ələ verməsi üçün qəbul etdiyi otuz gümüş pul barədə Zəkəriyyə Peyğəmbərin Kitabında yazılıb (Zək. 11:12-13). Orada həmçinin onun bu pulu məbəddə atacağından xəbər verilib.

DUA: Ya Rəbb İsa, Sən həqiqət və doğru yolsan. Yəhudanın bütün fikirlərinə agah olduğun halda, ona dözdün, xeyir-dua verdin, onun üçün dua etdin, o isə Səndən artıq pulu sevirdi və otuz gümüş pula görə Səni düşmənlərinə satdı! Bizə kömək et ki, biz pul sevməyək və bizə əmanət edilən pulu sədaqətlə saxlayaq. Qoy biz pul gücü ilə həyatı və qüdrəti əldə etməyə çalışmayaq, lakin həlim Ruhunda Sənə xidmət edək!

SUAL:

  1. Ucuz qiymətə Rəbbini satan Yəhuda barədə düşünməkdən nə öyrəndin?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:15 AM | powered by PmWiki (pmwiki-2.3.3)