Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 220 (Salvation of the Believers)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

10. İmanlıların götürüləməsinə dair şəhadətlər (Matta 24:37-41)


MATTA 24:37-41
37 Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq. 38 Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. 39 Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq. 40 O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. 41 Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq.
(Luka 17:35)

Daşqından əvvəl Allah Nuha gəmi düzəltməyi əmr etdi ki, Nuh və ailəsi xilas olsunlar. Dostları ona istehza edib ağlını itirdiyini düşündülər, ancaq axırda Allahın qəzəbinə gəlib ümidsiz halda daşqında həlak oldular. Nuh isə Allahın sözünə inandı, camaatın iztehzalarına baxmayaraq Allahın səsinə qulaq asdı və axırda ailəsi ilə birlikdə xilas oldu.

Məsih bizi xilas edən “gəmi”dir, Ondan başqa xilas yolu yoxdur. O bizi Allahın qəzəbindən qoruyur, günahlarımızı əfv edir, bizə əbədi həyat verir, müqəddəs kəlamları ilə qidalandırır. Sən də Xilaskarına tərəf dön, Onun bağladığı yeni əhdi qəbul et, o zaman bu dünyanın başına müsibətlər gəlsə, dünya od tutub yansa belə sən Məsihlə birlikdə əbədi yaşayacaqsan.

Yeyib-içmək insanın həyatı üçün zəruridir. Evlənmək, ərə getmək bəşər nəslinin qorunması və davamı üçün zəruridir. Lakin bu qanuni şeylər qeyri-qanuni şəkildə istifadə edildikdə bizi məhvə aparar. Nuhun zəmanəsində insanlar ancaq cismani ehtiraslarında, dünyəvi şeylər əldə edib istifadə etməkdə həddini aşırdılar. Sanki yeyib-içmək üçün yaranmış kimi yaşayırdılar.

Müsibət qapılarına yaxınlaşarkən, onlar tamamilə bu dünyaya, öz cismani ehtiraslarına təslim olmuş vəziyyətdə idilər. Onlara çox xəbərdarlıq edilməsinə rəğmən, yeyib-içməyində idilər. O vaxt onlar tövbə və dua etməli idilər! Axı Allah Nuhun vasitəsilə xalqı ağlayıb tövbə etməyə çağırırdı, onlar isə bu çağırışı rədd edib sevinib şadlanmağında idilər. Onların bu günahı əsla bağışlanmayacaqdı, necə ki əsrlər sonra İsrailin də buna bənzər davrandığına görə əsla bağışlanmayacağı elan edildi (Yeş. 22:12-14).

Bəşəriyyətin tarixini öyrənərkən, sivilizasiyaların süqutundan öncə insanların mənəvi cəhətdən pozulduğunu görürük. İnsanlar həlak yolunda olduqlarını bilə-bilə, kef axtarmağa davam edir, abır-həyadan tamamilə məhrum olub əxlaqsızlıqla məşğul olurlar! İsa gəlişindən öncəki dövrü insanların yeyib-içdiyi, evlənib ərə getdiyi dövr kimi təsvir edib, ancaq bu demək deyil ki, yemək, içmək, ailə qurmaq günahdır. Məsələ orasındadır ki, insanlar bunu düşünmədən, şükür etmədən, Allahsız şəkildə edirlər. Onlar Allaha xor baxdıqları, Ona iman etmədikləri üçün Onun qəzəbinə gələcəklər!

Sən özünü yalandan saleh saymaqla gələcək mühakimədən xilas olmazsan. Yalnız Xilaskar İsaya iman edərək xilas olarsan. Məsih ikinci gəlişində bütün bəşəriyyəti Onu Xilaskar olaraq tanıyanlar və tanımayanlar olaraq iki hissəyə böləcək. Ona məxsus, Onun Ruhu ilə dolu olanlar axırda qəbul ediləcəklər.

Məsihə məxsus olanlar ikinci gəlişində buludlara “götürüləcəklər”. Necə ki onların Rəbbi bir zamanlar göyə qalxıb, onlar da qalxacaqlar. Onlar göyə qalxmağa layiq olmadığı halda, Rəbbin xilası onları xudbinlikdən məhəbbətə, qürurdan həlimliyə dəyişdirdi.

Bəs sən bu gün Ruhda Məsihlə birləşmisənmi? Rəbbin göyə qalxıb bizdən ayrıldığı andan bəri səni və bütün imanlıları arzuladığını dərk edirsənmi? O məhəbbətlə və əzmlə gəlib böyük əzab-əziyyətdə təqib olunan balalarını xilas edəcək.

DUA: Ey Səmavi Ata, sevimli Oğlunun bizə canlı ümid verdiyinə görə Səni ucaldırıq. Bizi boş və mənasız arzulardan, xəyallardan hifz et! Günahlarımızı sil və bizi Xilaskar Oğluna olan imanda möhkəmləndir ki, O bizə xudbinlik əvəzində məhəbbət, kin əvəzində əfv versin!

SUAL:

  1. Məsih ikinci dəfə dünyamıza necə gələcək və Onu sevənlərin aqibəti necə olacaq?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:10 AM | powered by PmWiki (pmwiki-2.3.3)