Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 217 (False Christs)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

7. Yalançı məsihlər (Matta 24:23-26)


MATTA 24:23-26
23 O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “oradadır”, inanmayın. 24 Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar. 25 Bax Mən sizə əvvəlcədən söyləmişəm. 26 Ona görə sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr də, inanmayın.
(Qanun. 13:2-4; Luka 17:23-24; 2Sal. 2:8-9; Vəhy 13:13)

Yəhudilər inanıblar ki, əzab-əziyyət zamanının axırında Allah onlara Məsihini göndərəcək. Məsih mələk ordusu ilə gəlib onları xilas edəcək. Lakin onların ümidləri boşa çıxdı, çünki onlar Allahın həlim Oğlunu çarmıxa çəkdirdikləri və Müqəddəs Ruhunu rədd etdiklərinə görə Allah onlarla deyil idi. Bu günə kimi Məsihi gözləməyi davam etdirən bu xalq Məsihin çoxdan gəlmiş olduğunu anlamır. Məsihin ikinci gəlişi göydə parlayan şimşək kimi böyük izzət və qüdrətlə olacaq! Biz yalançı “Dəccal”ın, yaxud Məsihin əleyhdarının qurbanı olmamaq üçün oyaq olmalıyıq. O, şeytanın oğlu olan böyük tarixi şəxsiyyət olacaq. Ölümdən dirilmiş, Atanın sağından oturan, göy buludları ilə gələcək olan İsa Məsihdən başqa Rəbb tanımırıq.

Dünyanın sonuna yaxınlaşdığını və özünün vaxtının qısa olduğunu bilən iblis bütün xalqlara öz hiyləgər yalançı peyğəmbərlərini, dahi elçilərini, camaatı aldatmağa qadir “məsih”lərini göndərir (1Yəh. 2:18). Məsih əsil Baş Kahin olaraq çarmıxda öləndən bəri yüzlərlə yalançı peyğəmbərlər və şər olanın elçiləri özlərini Allahın Məsihi, dünyanın Xilaskarı elan ediblər. Onlar özlərini seviblər, ilahiləşdiriblər, küçələrdə rəsmlərinin asılmasını, heykəllərinin ucaldılmasına, Allah əvəzinə özlərinə pərəstiş edilməsinə yol veriblər. Hitler alman xalqını “Xilas Hitlerdəndir” deyə nida etməyə məcbur etdiyi kimi, Stalin rusları evlərində ikona əvəzinə onun portretlərini qoymağa məcbur edib. Milyonlarla çinlilərin Şərqin günəşi saydıqları Mao Tsedun da onun özünə pərəstiş edilməsini tələb edirdi. Qəribədir ki, dinə qarşı amansız mübarizə aparan bu adamlar öz dinini yaradıblar – şəxsiyyət kultu. Onlar, hüdudsuz səlahiyyətlərinə baxmayaraq həlim və qəlbən itaətkar Məsihin Ruhuna qarşı dura bilmədilər. Məsih qan tökmədən, zorakılıqsız zəfər çarmışdır. O, düşmənlərini məhv etmədi, ancaq günahlarını aradan qaldırıb müqəddəs məhəbbəti ilə qalib gəldi.

Bizim uca Məsihimiz rədd olunmuş, çarmıxa çəkilmiş İsadır. O bizi Allahla barışdırdı və O, ürəkləri dəyişdirməyə qadirdir. O, ardıcıllarını Öz məhəbbət Padşahlığına çağırır. Yalançı məsihlər bunun əksini edirlər. Onlar insanların ürəklərini inadkarlaşdırır və insanları öyrədirlər ki, öz yalançı salehliyində, xeyirxahlığında davam etsinlər, İsa Məsihin ilahiliyini inkar etsinlər, humanist “fövqəlinsan” ideyasına inansınlar. Beləliklə, yalançı məsihlər guya dünyadakı problemləri həll etmək naminə ardıcıllarını günah və ölümə çəkib aparırlar (1Yəh. 2:22-25; 4:1-5).

Məsih üç dəfə xəbərdarlıq etdi: “Yalançı məsihlərdən özünüzü gözləyin!” Yalançılar adama özüzə güvənməyi öyrədərək yoldan çıxardırlar. Yalnız Allah Quzusu Ona iman edən, sadiq qalanların günahlarını bağışlayır və onlara əbədi həyat verir. Dəccalların başçısı olan “Məsihin əleyhdarı”ndan xüsusilə özünü gözlə. Məsihin əleyhdarı bütün dinləri vahid bir sistemdə birləşdirəcək. O tezliklə gələcək, çünki dünya artıq iqtisadiyyat, din, texnika və digər sahələrində onu qəbul etməyə hazırlaşır. Ancaq sən ruhdan düşmə, yadda saxla ki, böyük “dəccal” həqiqi Məsihdən öncə gəlməlidir.

DUA: Ey Ata, Sənə şükür edirik, çünki Sən sevimli Oğlunun qanı və Müqəddəs Ruhunun qüvvəsi ilə yenidən doğulmamızı təmin etdin. Sən bizi Öz Padşahlığına daxil olmaya layiq etdin. Qoy biz həlim olaq, çarmıxa bağlı qalaq, insanın təbiətcə xeyirxah olduğuna inanaq! Qoy biz Məsihin əleyhdarına və onun tərəfdarlarına qulaq asmayaq, lakin dünyada olan bütün seçilmişlərlə birlikdə Sənin Oğluna imanda qalaq!

SUAL:

  1. Məsihin əleyhdarı kimdir, onun sifətləri və əməlləri necədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:10 AM | powered by PmWiki (pmwiki-2.2.109)