Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 206 (The Seventh Woe)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
B - Qürurlu möminlərin “vay halına”! (Matta 23:1-39) -- İsanın sözlərinin beşinci məcmuəsi

9. Yeddinci “vay halınıza!” (Matta 23:27-28)


MATTA 23:27-28
27 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur. 28 Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla dolusunuz.

Yəhudilərin gözündə təkcə meyitlər yox, qəbirlər də murdar idi. Təsadüfən meyitə toxunan adam uzun və yorucu təmizlənmə ritualı yerinə yetirməli idi.Ziyarətçilərin qəbirlərə toxunaraq murdarlanmaması üçün yəhudilər Yerusəlimin ətrafında olan bütün qəbirləri əhənglə ağartmışdılar.

İsa zəmanəsinin ikiüzlülərinə izah etdi ki, onlar özləri o ağardılmış qəbirlərə oxşayırlar: zahirən təmiz və qəşəng, daxilən isə ölüm və üfunət doludurlar; öz günahlarını bilə-bilə, özlərini saleh imiş kimi aparırlar. Məsih, haqsızlıq və pislik içində yaşamağı davam etdirən bu ikiüzlü adamları üfunətli qəbirlər adlandırdı. Onun bu sözləri o vaxt ən ciddi təhqir idi. Xalqının ağsaqqallarına bu qədər sərt sözlər deyən İsa bu sözlərlə onların yalançı salehliyini dağıtmağa, ürəklərinin nə halda olduğunu dərk etmələrinə kömək etməyə çalışdı. Lakin onlar tövbə etmədilər, çünki özlərinə inamları qocaman bir dağ kimi ucalmışdı. Biz də onları yox, özümüzü mühakimə etməli və ürəklərimizi murdarlıqdan təmizləməsini Allahdan diləməliyik.

DUA: Ya Rəbb İsa Məsih, Sən müqəddəs və sevən Rəbsən! Bütün əməllərimə, sözlərimə, niyyətlərimə agahsan. Sən ürəyimi görürsən, qəlbimdəki hissləri bilirsən. Murdarlığımı bağışla, məni qiymətli qanınla təmizlə və Müqəddəs Ruhunla doldur! Mənə kömək et, özümü saleh göstərməyim, lakin etiraf edim ki, yalnız Sən çarmıxa çəkildin, dirildin və yaşayırsan və mənim qüvvətim, zəifliyim və bütün həyatım Səndədir. Yalnız Sən mənim salehliyim və əbədi həyatımsan! Mənə bəxş etdiyin bu əzəmətli lütfə görə Sənə şükür edirəm!

SUAL:

  1. Din adamlarına söylənən “ağardılmış məqbərələr” ibarəsi nə mənaya gəlir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:07 AM | powered by PmWiki (pmwiki-2.2.109)