Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 192 (Parable about the Stumbling Block)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)
5. İsa ağsaqqallara üç məsəl danışır (Matta 21:28 - 22:14)

c) Büdrəmə daşı (Matta 21:42-46)


MATTA 21:42-46
42 İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda bunu heç oxumamısınız? “Bənnaların rədd etdiyi daş guşədaşı olub. Bu, Rəbbin işi idi, gözümüzdə xariqəli bir işdir”. 43 Buna görə sizə deyirəm: Allahın Padşahlığı sizdən alınıb onun məhsullarını yetişdirəcək bir millətə veriləcək. 44 Bu daşın üstünə yıxılan kəs parçalanacaq, daş isə kimin üzərinə düşərsə, onu əzəcək». 45 Başçı kahinlər və fariseylər Onun məsəllərini eşitdikdə bu sözləri onlar üçün dediyini başa düşdülər. 46 Ona görə də Onu tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular, çünki camaat İsanı peyğəmbər hesab edirdi.
(Həv. 4:11; 1Pet. 2:4-8)

Bağ üzümü və pis bağbanlar məsəlini danışandan sonra İsa xalqın rəhbərlərinə üz tutaraq guşədaşı məsəli ilə onları tövbəyə çağırdı. Guşədaşı sözünü üç mənada başa düşmək olar: binanın əsas bünövrəsi; bərk guşə; tağdakı daşlarını saxlayan, zirvəsinə qoyulmuş son daş. Bəzən bənnaların atdıqları daş axırda bütün binanın saxlanması üçün ən mühüm daş çıxır.

Xalqın ağsaqqalları da beləcə Məsihi dəfələrlə rədd ediblər. Lakin həqiqətdə O, yeni əhdin və qüvvəsinin əsası, Allahın məbədindəki bütün diri daşlarını Öz qüdrəti ilə saxlayan tac idi.

Yeni əhd məbədində diri daş olmaq istəməyən hər kəs üçün Məsih, büdrəmə daşı olar. Tarix boyunca çoxları bu daşa ilişib yıxıldılar və parçalandılar. Məsihi qəbul etməyən hər sivilizasiya Ona düşüb parçalanar. İsa həmçinin divardan, yaxud evdən adamın başına düşərək cəzalandıran daşa bənzəyər.

İsa yəhudilərə açıqca elan etdi ki, Allahın Padşahlığı onlardan alınıb onun məhsullarını yetişdirəcək bir millətə veriləcək. Xalqın başçıları bu sözləri eşidəndə qəzəbdən partladılar və İsanı tutmağa cəhd etdilər. Lakin İsanın məhəbbətini hiss edən, tövbə və iman etməyə hazır olan xalq Onun tərəfini saxladı.

Başçı kahinlər və fariseylər anladılar ki, İsa bu məsəli onlardan danışmış və onlar öz cavabları ilə özlərini məhkum etmişdilər (ayə 41). Adamın vicdanı təmiz deyilsə, onu təqsirləndirən olmasa belə, o özü məzəmməti özünə götürər. “Bu, sənsən” deməyə gərək yox. Bir məsəl var: “Yalnız adını dəyişiblər, hekayə isə sənə aiddir”. Həqiqətən, “Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir” (İbr. 4:12). Buna görə də hələ vicdanı itirməmiş pis adamlar onlara aid olan sözləri anlaya bilərlər.

DUA: Ey Səmavi Ata, bizim asiliyimiz, itaətsizliyimizdən keç, çünki biz pis və hiyləgər nəsildə dünyaya gəlmişik və Sənə pak məhəbbətinin səmərəsini verməmişik. Sən bizə qalib gəl və bizi dəyişdir, qoy biz kin-küdurətdən uzaq olaq və məhəbbət Ruhunla dolub daim sevinclə Sənə qulluq edək! Qoy biz Sənin məhəbbətini rədd edib, məhkum olmayaq və Sənin qəfil gəlişində həlak olmayaq!

SUAL:

  1. Guşədaşı məsəlindən nə öyrəndin?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:03 AM | powered by PmWiki (pmwiki-2.2.109)