Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 181 (The Greatest and the Least)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
DÖRDÜNCÜ HİSSƏ - İsanın Yerusəlimə gedərkən İordan vadisində xidməti (Matta 19:1 - 20:34)

11. Böyük kimdir, kiçik kimdir? (Matta 20:24-28)


MATTA 20:24-28
24 Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu. 25 İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. 26 Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. 27 Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun. 28 Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
(Mark 10:44-45; Luka 22:24-27; 1Kor. 9:19; Fil. 2:7; 1Pet. 1:18-19)

Qalan şagirdlər heç də bu iki qardaşdan və analarından yaxşı deyil idi, çünki onların özləri üçün xüsusi yer xahiş etdiyinə görə qısqanclıqla paxıllıq etdilər. Onlar nə Məsihi, nə də Onun yaxın ölümünün xilas planındakı əhəmiyyətini dərk etmişdilər.

Həqiqət budur ki, Məsih, Səmavi Ata Onu Öz sağında oturtduğu üçün, bizə Öz sağında və solunda yer verəcək deyil idi. Məsihin planı belə idi ki, biz hamımız Onun ruhani bədəni olaq. Biz İsaya yaxın oturmamalıyıq, lakin Oğul Atada və Ata Oğulda qaldığı kimi, biz də Onda qalaq və əbədi olaraq Onunla ruhani birlikdə yaşayaq.

Bu ilahi birlik yalnız göylərdə olmayacaq, artıq bu vaxt və bu dünyada başlayır. Buna görə biz İsanın ardınca getməli, günah və qürurumuzu öldürərək çarmıxımızı daşımalıyıq. Allahın övladları arasında ağalıq və ya ayrı-seçkilik yox, könüllü tabelik və davamlı xidmət vardır. Həm imanlılar cəmiyyətində, həm də dünyəvi cəmiyyətdə ən yaxşı şəxs ən çox xidmət edən və ən az özünü düşünəndir. İsanın çarmıxına görə şükür və dua edən, sevən, xidmət edən, özünü fəda edən adam həqiqətən ən böyükdür.

İsanın Özünü Ağa deyil, Xidmətçi adlandırdığını bilirsənmi? İsa dünya sivilizasiyalarının prinsip və əsaslarını çevirib, çünki hamı özünü ucaltmağa çalışır və başqalarının ona xidmət etməsini arzulayır. Ancaq Məsih Özünü son dərəcə aşağı salıb, həm yaxşı, həm də pis insanlara xidmət emişdir. O bizə nümunə olub. Məsihin ardınca gedən adam başqaları üzərində ağalıq etməyəcək, amma Məsih kimi onların xidmətçisi olacaq. Kimin zehnində bu cür çevriliş baş verməyibsə, o, Məsihin qulu ola bilməz.

İsanın ölümü çoxlarını satın almaq üçün fidyə idi, çünki O, böyük Qəyyumumuzdur. İsa günahın əsarətində olan bəşəriyyət üçün fidyə ödəmək məqsədilə dünyaya gəlib. İsanın bu fidyəsi sayəsində insanlar azad ola və Məsihin Padşahlığında müqəddəs xalq olmağa layiq görülə bilərlər. İsanın qurbanından başqa bu dünya üçün ümid yeri yoxdur, biz də Onu sevirik, çünki öncə O bizi sevdi. “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun” (Yəh. 3:16).

DUA: Ey sadiq Qəyyumumuz, Səni ucaldırıq, çünki Sən hamı üçün Xidmətçi olmusan! Sən çoxlarını satın almaq üçün Öz canını fidyə vermisən ki, biz həmd ilə Sənin xilasını qəbul edək, surətinə dəyişilək və Sənə xidmət etməyi öyrənək. Bizə kömək et ki, ağa yaxud başçı olmaq istəməyək, lakin Sənin kimi özümüzü aşağı tutaq! Bizə nə cür xidmət etməli olduğumuzu göstər və Ruhunun bizi yönəltdiyi hər adama xidmət edib xilasından danışmaqda bizə kömək ol!

SUAL:

  1. İsanın “Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin” kəlamının mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on July 04, 2023, at 05:10 PM | powered by PmWiki (pmwiki-2.3.3)