Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 179 (Jesus’ Third Prediction of His Death and Resurrection)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
DÖRDÜNCÜ HİSSƏ - İsanın Yerusəlimə gedərkən İordan vadisində xidməti (Matta 19:1 - 20:34)

9. İsa üçüncü dəfə ölümü və dilirməsi barədə danışır (Matta 20:17-19)


MATTA 20:17-19
17 İsa Yerusəlimə gedərkən yolda On İki şagirdi kənara çağırıb ayrıca onlara dedi: 18 «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər; 19 ələ salaraq qamçılayıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün diriləcək».
(Mat. 16:21; 17:22-23; Mark 10:32-34; Luka 18:31-33; Yəh. 2:13)

İsa çarmıxda Öz canını qurban verib bəşəriyyəti satın almaq üçün Öz iradəsi ilə Yerusəlimə getdi. Peyğəmbərlər Peyğəmbəri İsa çəkəcəyi əziyyətlər, iztirablı ölümü barədə əvvəlcədən xəbər verdi. Ö üçüncü dəfə şagirdlərinə Öz ölümündən dəqiq və konkret şəkildə danışdı. O, kahinlər və ilahiyyatçıların Onun Özünə də, şagirdlərinə də nifrət etdiklərindən danışdı. Buna baxmayaraq, O şagirdləri ilə birlikdə düşmənin ərazisinin tam mərkəzinə gedir və Atanın iradəsinə uyğun olaraq onların əlinə təslim ediləcəyini bilirdi. Onlar Onu, saleh Olanı məhkum etməkdən ötrü bir səbəb tapacaqlar, özləri küfr edə-edə Onu küfr etməkdə ittiham edəcəklər. Yəhudi xalqı Müqəddəs Olana xor baxacaq, Onun Məsih olduğuna inanmayacaq, murdar saydıqları başqa millətlərə təslim edərək, öz vəziyyətlərini daha da çətinləşdirəcəklər. Bütpərəstlər kor olduqları üçün yəhudilərin Padşahı İsaya istehza edəcək, qamçılayacaq, rüsvay edib çarmıxa çəkəcəklər. İsa bu olayları öncədən bildi və şagirdlərinə ərtraflı şəkildə danışdı. O tədricən şagirdlərini Öz qorxunc ölümünə hazırlayırdı. Lakin İsa həmçinin onlara izzətli dirilməsindən də xəbər verdi və bu xəbər dərd və kədər üzərində təntənəli şeypur səsi kimi səsləndi.

İsa şagirdlərini sevdi, onlara xoş sözlər deyərək gələcək fəlakətləri gizlətmədi. O onlara həqiqəti söylədi ki, qalanlıq vaxt gələndə onlar narahat olmasın, qorxmasınlar. İsanın bu sözlərini düşünən hər kəs heyrətlə sual verə bilər: Niyə İsa bu dəhşətli şeylərin olacağını bilərək Misirə, Livana, yaxud İordanın o biri tayına qaçmadı? Niyə gizlənmədi? Amma İsanın Öz iradəsi ilə bizə görə ölmək istədiyini anlayan adam Onun ölümünün zərurətini və çarmıxdan başqa xilas yolu olmadığını dərk edəcək. İsa ardıcılları ilə qəsdən Yerusəlimə getdi.

DUA: Ya Rəbb İsa, bizə görə əziyyət, ölüm və dirilmə yolunu seçdiyin üçün Sənə şükürlər olsun! Günahkar olmamıza baxmayaraq, Sən bizə görə bunu etdin ki, biz Sənin qanınla təmizlənək, Allahın qəzəbindən azad olaq, qurbanının vasitəsilə müqəddəs Olanla barışaq. Sənə olan minnətdarlığımızı necə ifadə edək?! Həyatımızı, vaxt və pulumuzu qəbul et, qoy biz hər şeyimizlə, bütün varlığımızla Müqəddəs Ruhun qüvvəsi ilə Səni və Səmavi Atanı ucaldaq! Amin.

SUAL:

  1. Niyə İsa Yerusəlimdə Onun başına gələnləri bilərək qaçmadı?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:00 AM | powered by PmWiki (pmwiki-2.3.3)