Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 164 (Disciples’ Pride and the Children’s Humility)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
4. Allahın Padşahlığının daxili nizamı (Matta 18:1-35) -- İsanın sözlərinin dördüncü məcmuəsi

a) Şagirdlərin təkəbbürü, balaca uşaqların həlimliyi (Matta 18:1-14)


MATTA 18:5-9
5 Kim Mənim adımla belə bir uşağı qəbul edərsə, Məni qəbul edər. 6 Amma kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar. 7 İnsanları pis yola çəkən şeylər üçün vay bu dünyanın halına! Belə şeylərin gəlməsi qarşısıalınmazdır, amma vay o adamın halına ki, bunlar onun vasitəsilə gəlir! 8 Əgər əlin və ya ayağın səni pis yola çəkərsə, onu kəs at. Sənin əbədi həyata şikəst və ya topal daxil olmağın iki əl və iki ayaqla əbədi oda atılmağından yaxşıdır. 9 Əgər gözün səni pis yola çəkərsə, onu çıxarıb at. Sənin tək gözlə əbədi həyata daxil olmağın iki gözlə cəhənnəm oduna atılmağından yaxşıdır.
(Mat. 5:29-30; 10:40; Mark 9:42-47; Luka 17:1-2)

Məsih uşaqları sevir. Onları guya qüsursuz olduqlarına görə yox, canları inkişaf etdiklərinə və hər cür təlimə, nümunəyə açıq olduqlarına görə sevir. Həqiqətən, uşaqlar bütün bəşəriyyət kimi günahlı, inadkar və qürurludurlar, ancaq uşaqlar məhəbbət və həqiqəti qəbul edir, sağlam ailənin təmiz mühitini sevirlər. Yetim uşağı övladlığa götürən və ya ehtiyac içində olan uşağı qəbul edən adam Məsihin Özünü qəbul edir! Uşaqlara xilas yolunu sadə dildə başa salan adam onların ürəklərinə səmavi toxumlar səpir. Bu misilsiz vədinə görə Məsihə şükür edirik, çünki Onun bu vədi çox uşağın Məsihdə yeni analar, atalar tapmasına səbəb olub! Bu mərhəmət dolu sözlər nə qədər böyük xeyir-dualarla nəticələnib!

Uşaqlara yalan, əxlaqsızlıq, oğurluq öyrədən, günah yoluna çəkən adamın vay başına! Balaca uçaqlara pis nümunə verən bu şər adamların Allahdan veriləcək cəzaları qorxunc olacaq. Onların uşağlara günah öyrədib əbədi həlak yoluna çəkməsi o qədər pisdir ki, onların boyunlarına dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onlar üçün daha yaxşı olar.

Məsih uşaqlara edilən hər cür yaxşılığı Onun Özünə edilmiş kimi qəbul edir. Bir nəfər həlim və itaətkar imanlının belə qayğısına qalan, köməyinə gələn, ona dost olub yaxşılıq etməyə çalışan və bunları Məsihin adı ilə, Məsihə görə edən adam xeyir-dualı olacaq. Biz bunu Məsihin surətini daşıyan övladları kimi etməliyik.

Məsihin İmanlılar Cəmiyyətinə göstərdiyi qayğı hər üzvünə, hətta balaca körpələrə belə şamil edilir. Məsihin Cəmiyyətinin üzvləri özləri üçün nə qədər az çalışırlarsa, o qədər çox onlarda Məsih izzətlənir.

Həqiqətdə, bunda hamımızın təqsiri var, axı biz çox vaxt dolayı şəkildə uşaqları pis yola çəkirik. Əxlaqsız film və jurnallardan hamımız məsuliyyət daşıyırıq. Bu pis şeylər vasitəsilə bütün cəmiyyətimiz uşaqları pis yola çəkir. Bundan əlavə, biz çox vaxt məktəbdə və evdə uşaqların tərbiyəsindən məsuliyyət daşımaq istəmirik.

Biz başqalarını pis yola çəkməyək deyə, Məsih bizi Müqəddəs Ruhun qüvvəsi ilə təqdis olunmağa dəvət edir. Şagirdlər bədən və ruhun təqdis olunması üçün gedən bu ruhani mübarizədə əllərini kəsməyib, lakin bədənlərini və zehinlərini Məsihə həsr ediblər. Onlar uşaq kimi özlərini Səmavi Atanın ixtiyarına veriblər. Buna görə Allahın mələkləri onları qoruyub, çünki Allah itmişləri sevir və tapana qədər axtarır.

DUA: Ey Səmavi Ata, Sən gecə-gündüz qayğımıza qalan Atamızsan və biz Sənə səcdə qılırıq. Səndən xahiş edirik, Sənin bizi haqq yola yönəltməyinə dair inamımızı qüvvətləndir, bizi həlim xasiyyətdə hifz et ki, uşaqlar üçün pis nümunə olmayaq və onları günaha çəkməyək, lakin müqəddəs həyat sürüb uşaqları Sənin yanına gətirək! Bizim pis, murdar işlərimizə, sözlərimizə görə kimsə pis yola düşübsə, bizi bağışla! Ya Rəbb, günahlarımızla incitdiyimiz, pis yola çəktiyimiz şərimizin qurbanlarını xilas et, onlara lütf ver ki, tövbə etsinlər və bizim pisliyimizə görə başqalarını da pis yola çəkməsinlər!

SUAL:

  1. İsanın şagirdlərin arasına qoyduğu balaca uşaq barəsindəki vəzi bizə nə öyrədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:57 AM | powered by PmWiki (pmwiki-2.3.3)