Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 071 (Problems of the Church of Rome)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 3 - Allahın salehliyi Məsihin ardıcıllarının həyatında zahir olur (Romalılar 12:1 - 15:13)

8. Romadakı imanlılar cəmiyyətinin xüsusi problemləri (Romalılar 14:1-12)


ROMALILAR 14:1-12
1 İmanı zəif olanı qəbul edin, amma onun fikirləri ilə mübahisəyə girişməyin. 2 Biri inanır ki, hər şeyi yeyə bilər, amma imanı zəif olan yalnız tərəvəz yeyir. 3 Yeyən yeməyənə xor baxmasın, yeməyən də yeyəni mühakimə etməsin. Çünki Allah onu qəbul edib. 4 Sən kimsən ki, başqasının xidmətçisini mühakimə edirsən? O xidmətçini haqlı yaxud haqsız çıxarmaq ixtiyarı ağasına məxsusdur. Xidmətçi haqlı çıxacaq, çünki Rəbb onu haqlı çıxarmağa qadirdir. 5 Kimsə bir günü o biri gündən üstün sayır, başqası isə hər günü eyni sayır. Qoy hər kəs öz fikrinə əmin olsun. 6 Bir günü fərqləndirən adam onu Rəbb üçün fərqləndirir. Yeyən Rəbb üçün yeyir, çünki Allaha şükür edir. Yeməyən də Rəbb üçün yemir və Allaha şükür edir. 7 Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq və özümüz üçün ölmürük. 8 Yaşayırıqsa, Rəbb üçün yaşayırıq, ölürüksə, Rəbb üçün ölürük. Buna görə yaşasaq da, ölsək də Rəbbə məxsusuq. 9 Çünki Məsih ona görə ölüb yenə yaşadı ki, həm ölülərin, həm də yaşayanların Rəbbi olsun. 10 Bəs sən nə üçün qardaşını mühakimə edirsən? Yaxud nə üçün qardaşına xor baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq. 11 Çünki yazılıb: «Rəbb deyir: varlığıma and içdim, hər diz önümdə çökəcək, hər dil Allah olduğumu bildirəcək». 12 Beləcə hər birimiz özü üçün Allaha hesabat verəcək.

Məsihin ardıcılları arasında halal və haram şeylər barəsində fərqli düşüncələr vardır, çünki Məsih bu barədə heç bir qanun verməyib. Məsih bizə kamil xilası, salehliyi və Müqəddəs Ruhun qüvvəsini verib. Qanun lövhələri Ona yalnız hər kəsi sevmək əmrini yerinə yetirmək üçün lazım idi.

Bu səbəbdən məsihi cəmiyyətlərin fikirləri bir-birindən fərqlənir. Məsələn, bəzi məsihilər donuz ətini yeməyi günah sayırlar. Amma İsa demişdir ki, “Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir… Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar. İnsanı murdar edən şeylər bunlardır”. Donuz ətinin insan bədəni, sağlamlığı üçün zərərli olduğundan şübhə yoxdur, lakin ruhani cəhətdən o, insanı murdar etmir!

Bəzi məsihilər papiros və ya qəlyan çəkirlər, başqaları isə buna çox böyük günah kimi baxırlar. Papiros çəkən adamın özünün və ətrafındakıların sağlamlığına zərər verdiyindən şübhə yoxdur, amma papiros tüstüsünü pis ruh hesab etmək yanlışdır, nikotin öldürücü zəhərdir, buna görə də insan sağlamlığını qorumaq üçün papirosu tərkizməlidir. Beləliklə, papiros çəkmək günah deyildir, amma papiros çəkən adam bütün insanlar kimi günahkardır.

Bəziləri alkoqollu içkiləri, papirosu, narkotiki haqlı olaraq haram sayırlar, çünki onlardan asılı olan hər kəs onların köləsi olur. Buna görə biz də hər kəsə alkoqoldan və narkotikdən uzaq olmağı məsləhət görürük. Lakin bir az alkoqol dərman kimi qəbul edilsə, bunun ziyanı yoxdur. Bununla belə qeyd edək ki, təmiz su sağlamlıq üçün Allahın bizə verdiyi ən yaxşı içkidir!

Həvari Paulun zəmanəsində imanlılar cəmiyyətində çox əhəmiyyətli bir sual var idi: “Bütlərə qurban verilən əti yemək günahdırmı?” Bəzi imanlılar belə əti rahat-rahat yeyirdi, başqaları isə bundan iyrənirdilər. Paul hər iki tərəfin bir mənada haqlı olduğunu deyirdi. Qurban verilən heyvanlar ruh deyil, ətdir. Amma bəziləri bu ətin murdar ruhların təsiri altında olduğuna inanırlar. İsa Öz xilası ilə hər şeyi dəyişdirdi və biz artıq Qanun altında deyilik, ikinci dərəcəli xırda şeylərdən azadıq.

Bəzi imanlılar şənbə gününü, bəzisi cümə gününü və bəzisi bazar gününü təqdis edirlər. Paul onlara belə dedi: “Siz hamınız haqlısınız, çünki İsa günləri deyil, insanları təqdis etmişdir. Buna görə siz hər gün və hər vaxt dua edə, ilahi oxuya, Rəbbə xidmət edə bilərsiniz. Dua müəyyən gün və ya saatla məhdud deyil, biz hər gün və hər saat dua edə bilərik”.

İmanlılar cəmiyyətinin üzvlərinin xüsusilə ikinci dərəcəli xırda məsələlərə görə bir-birinə xor baxmaması, bir-birini bəşər qaydalarına görə mühakinə etməməsi son dərəcə önəmlidir. İsa “Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız” deyir. İmanda güclü olanlar zəif və az bilikli adamlara həqarətlə baxmamalı, öz davranışı ilə onları büdrətməməli, əksinə, məhəbbət xatirinə belə davranışdan imtina etməli və zəiflərlə vaxt keçirib, onlara ürək-dirək verməli, kömək etməlidirlər. Eyni zamanda zəiflər imanda güclü olanlara xor baxmamalı, onlardan nifrətlə danışmamalı, amma onları sevməlidirlər, çünki İsa hamını sevir!

Paul hamıya belə deyirdi: “Biz artıq öz-özümüzə məxsus deyilik, özümüzü həmişəlik büsbütün Rəbb İsaya təslim etmisik! Yaşayırıqsa, Rəbb üçün yaşayırıq, ölürüksə, Rəbb üçün ölürük. Yaşasaq da, ölsək də, yesək də, içsək də, bizə yeni həyat verən Rəbbə məxsusuq!”

Mühakimə edən ruh imanlılar cəmiyyətlərinə tez daxil olduğuna görə, Paul həm zəiflərə, həm də güclülərə xəbərdarlıq verdi: “Ehtiyatlı olun, çünki bir gün hamınız Əzəli Hakimin önündə dayanacaqsınız! Başqalarını mühakimə etməkdənsə, özünüzü mühakimə edin! Bir-birinizə günahlarınızı etiraf edin və İsanın adı ilə qələbə çalın! Başqalarını günahlarından azad etməli olduğunuzu düşünürsünüzsə, onlarla məhəbbətlə rəftar edin, onlara görə dua edin və çox səbir göstərin. Bilin ki, siz başqalarından yaxşı deyilsiniz və imanlıları imanda büdrətməmək üçün əlinizdən gələni edin!”

DUA: Ey Səmavi Ata, biz özümüzü Sənin uca müqəddəsliyin və məhəbbətin ilə müqayisə etdiyimiz zaman, şərəfimizin, salehliyimizin, ehtiramımızın nə qədər az olduğunu görürük. Nöqsanlarımızı bağışla və kömək et ki, biz başqalarını mühakimə etməyək! Məhəbbətimizi qüvvətləndir ki, biz hamını sevək və özümüzü önəmsiz sayaq!

SUAL:

  1. Bir məsihi imanlı ikinci dərəcəli məsələlərdə bizdən başqa cür fikirləşsə, biz nə düşünməli və danışmalıyıq?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:47 AM | powered by PmWiki (pmwiki-2.3.3)