Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
D - Allahın qüvvəsi bizi günahın hakimiyyətindən azad edir (Romalılar 6:1 - 8:27)
2. Qanundan azad olmaq günahdan azad olmağımıza yol açır (Romalılar 6:15-23)ROMALILAR 6:15-22 Paulun ağlında təkrar-təkrar yəhudilərin hiyləli sualları səslənirdi: “Qanundan azad edilib, lütf altında olduğumuz üçün günah edəkmi?” Paul bu iblisanə sualı qəti surətdə rədd etdi, çünki belə sual Müqəddəs Ruhdan irəli gəlməz, cəhənnəmdən gələr. Həvari imanlılara şəhadət etdi ki, onlar Məsihin məhəbbətinə görə özlərini həvəslə tamamən Məsihə təslim ediblər və beləcə günahın hökmranlığından və Qanunun ittihamlarından azad olaraq, özlərində Allahın həyatını və salehliyini daşıyırlar. Allahdan qorxmadan insanın azadlığından danışan hər kəs yalançıdır! Martin Lüter insanı eşşəyə oxşadıb və belə deyib: Sən sahibsiz yaşaya bilməzsən və sənə hökmən ya şeytan, ya Allah minəcək! Allah sənin Sahibin və Rəbbin olanda, sən sevinclə öz ürəyində Onu daşıyacaqsan, hər zaman Ona səylə qulluq edəcəksən. Onda sənin həyatında məyusluğa, günaha, ölümün hökmranlığına son qoyulacaq, bunun yerinə ümid, sülh və əsil ruhani azadlıq meydana gələcək! Məsih səni əyləncələrlə dolu qayğısız həyat sürəsən deyə azad etməyib, salehlik Ruhu səni yönəltdiyi kimi Allaha xidmət edəsən və insanlar üçün yaxşı işlər görəsən deyə azad edib. Müqəddəs Ruhun cəlb etməsinə itaət etmək sənin vicdanına rahatlıq gətirir. Məsihin Ruhu ilə şəriklik olmadan isə sən öz məyusluğunun və zəifliyinin girovuna çevrilirsən! Məsih Özü boyunduruq taxmış olduğuna şəhadət etmişdir, baxmayaraq ki, O, varlığında azad olan əzəli Allahdır! Bununla belə O, Atasının Ona verdiyi boyunduruğa sevinclə girmişdir! Dünyanın günahını daşımaq üçün çarmıxda ölməyə razılaşan İsa ilahi məhəbbət naminə qul oldu. Bəs sən niyə Onun yolunu tutmursan? Dostlarının, tanışlarının günahlarına dözür, onların biganəliyindən əziyyət çəkirsənmi? Ruhdan düşmə, amma onları xilas etməyə, ruhən azad etməyə qərarlı ol! Allahın məhəbbəti səni hamının xilası uğrunda yaşamağa ruhlandırır. Məsih ilə həyat səni çox insana xidmət etməyə yönəldir və yalnız fikir, yaxud hiss ilə deyil, əməldə, bütün gücün və əzminlə, fədakarcasına xidmət etməyə yönəldir. Keçmişdə vaxtını, pulunu və ənamlarını boş əyləncələrə sərf etdinsə, indi əlinə düşən hər fürsətdən Məsihin xidməti və insanların xilası üçün istifadə et. Kədərlilərə təsəlli ver, xəstələri ziyarət et, acları yedizdir, zəiflərə kömək et, salehlik axtaranları Müjdə ilə nurlandır! Həqiqətən, imanlılarda təcəssümünü tapan Məsihin məhəbbəti bu qəddar dünyamızda əbədi təsəlli və ümid qaynağıdır. Sən Məsihin xidmətçisi, Onun məhəbbətinin qulu olmusanmı? Belədirsə, günah sənə hökmranlıq edə bilməyəcək, çünki sən tövbə edərək ölümdən həyata keçmisən, Məsihlə birlikdə çarmıxa çəkilmisən, Müqəddəs Ruhu ilə dolmusan və əbədi həyatında möhkəmlənmisən. Məsihdə yaşayan hər kəslə birgə sənin də izzətli ümidin var! ROMALILAR 6:23 Bu qızıl ayə Müjdənin xülasəsidir. Burada adi təbii insanın həyatındakı bəhrədən və İsa Məsihin bəxş etdiyi böyük ənamdan bəhs edilir! 1. Biz günah etdiyimiz üçün ölürük. Günahkar olduğumuza görə mütləq öləcəyik. Bütün insanlar ölürlər, çünki bütün insanlar günahkardırlar. Bu, insan həyatının sonudur. 2. Lakin Məsihə iman edən hər kəs Allahın ənamını əldə edir. Bu ənam qızıl, gümüş, qiymətli daşlar, ümumiyyətlə bu dünyada olan şeylərdən deyildir. Bu ənam birbaşa Allahın ürəyindən qaynaqlanan, ürəyimizə dolan Allahın həyatının özüdür! Onun Oğlu ilə birlikdə çarmıxa çəkilənlərə verdiyi əbədi həyatdır! Bu həyata nail olanlar əbədi olaraq Onun hökmranılığında iştirak edəcəklər, çünki O rəblərin Rəbbidir, əzəldən əbədə Atası və Müqəddəs Ruhu ilə birgə vahid Allah olaraq hökmranlıq edir! DUA: Sənə səcdə qılırıq, ey Ata, Oğul və Müqəddəs Ruh, çünki Sən bizi günah və təqsirlərimiz içində vurnuxmaqdan qurtarmısan və ölümün əsarətindən azad etmisən! Sən bizi Məsihin Hökmranlığına köçürdüb, Müqəddəs Ruhunun həyatı ilə doldurmusan və biz əsla ölməyəcəyik, lakin böyük lütfün naminə Səninlə və Səndə yaşayacağıq! SUAL:
|