Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)
9. Qeysəriyyədəki məhkəmənin birinci iclası (Həvarilərin İşləri 24:1-23)HƏVARİLƏRİN İŞLƏRİ 24:10-23 Yəhudilərin Ali Şurasını təmsil edən gözəl natiqdən fərqli olaraq, Paul öz müdafiə nitqini hakimə iltifat etməklə başlamadı. O təsdiq etdi ki, Feliks uzun illər Fələstini idarə edir və ələlxüsus arvadı yəhudi olduğundan yerli xalqı yaxşı tanıyır. Buna görə Paul özünü müdafiə edərkən ürəyi rahat idi; o bilirdi ki, öz adına görə yox, İsanın adına görə mühakimə olunur. Onun üçün ölüm-dirim məsələsi olan bu nitqini o, sevinclə söylədi. Paula qarşı irəli sürülən birinci ittiham, Romanın ictimai asayişini pozması idi. Paul bu ittihamı başdan rədd etdi. O qeyd etdi ki, son dəfə Yerusəlimə gələndə yalnız on iki gün orada qalmışdı, məbəddə və ya sinaqoqda, şəhərdə və ya başqa bir yerdə heç kəslə mübahisə etməmişdi. O sadəcə olaraq Rəbbə səcdə etməyə hazırlaşırdı. Efesdə iğtişaş törətməkdə ittiham edilməsinə gəlincə, Paul bu olayın Asiya vilayətində olan şahidlərinin gəlməsini rica etmişdi, lakin onlar bilə-bilə gəlməmişdilər, çünki Efesdəki iğtişaşın səbəbkarı Paul deyil, zərgər Dimitri idi, özü də bu işdə yəhudilərin təsiri böyük idi. Beləliklə, Paul Anadolu və Makedoniya şəhərlərində heç iğtişaş salmamışdı. Ancaq onunla sinaqoqda mübahisə edən əleyhdarları söhbətdə ona üstün gələ bilmədiklərindən zorakılığa əl atmışdılar. Roma asayişini pozmaqda ittihamları rədd edən Paul Məsihə iman etdiyini etiraf etdi və bu yolun bir təriqət deyil, Tövrat və Peyğəmbərlərin bəhs etdiyi həqiqi ilahi yol olduğunu söylədi. Romalılar həmişə yerli ənənəvi inanclara hörmətlə yanaşmışdı, imanlıların öz ibadətlərini, ayinlərini yerinə yetirməsinə icazə vermişdi, yalnız yeni inanclar nəzarət altında idi, təqib və qadağan olunurdu. Buna görə Paul yeni əhd inancının qədim əhdlə əlaqəsi olmayan ayrı bir din deyil, qədim əhdin üzərində qurulmuş və bu əsasda mövcud olduğunu sübut etməyə çalışdı. Biz də bu gün bu həqiqəti təsdiqləməli və yadda saxlamalıyıq ki, Paul ölülərin dirilməsi (qiyamət) həqiqətinə çox böyük əhəmiyyət verirdi. O, ənənələr, keçmişdəki şeylər üçün yaşamadı, tez-tez arxaya baxmadı, amma hədəftən tutmaq üçün irəliyə doğru qaçdı. Hədəfi bütün insanlar idi. Bu əhatəli, canlı, təsirli iman Paulun vicdanını yenilədi. Məsihin qanı ürəyini təmizlədi və Müqəddəs Ruh ona yeni bir ürək verdi, bu Allah adamı Ruhla dolu vicdanını Allahla ünsiyyətdə pak və təmiz qalmağa öyrəşdirdi. Bəs sənin vicdanın nə vəziyyətdədir? Bütün günahların bağışlanıbmı? Sən bütün pis əməllərini, murdar fikirlərini, sözlərini Məsihin taxtı önündə etiraf etmisənmi? Məsihdən səni bağışlamağı və təmizləməyi istəmisənmi, təqdis olunub Onda kök salmısanmı? Vicdanın sənə Allahın varlığını hiss etməyi öyrədir, günah barədə xəbərdarlıq edir, pis işlərinə qarşı şahidlik edir, onları əbədilik yazır və səni təqsirləndirir. Vicdanının səninə qulaq as, onu boş və yüngül sözlərlə susdurma! Məsih sənin şüurunu təmizləmək, səni Öz həqiqəti, paklığı və lütfü ilə doldurmaq istəyir. Allaha nə qədər yaxınlaşsan, o qədər çox vicdanın həssas olar və səni Allahın istədiyi xeyirxah, müdrik işlərə yönəldər. Müqəddəs Ruh sənin ürəyinə təsəlli verir, bizim salehliyimiz və barışığımız olan Məsihin çarmıxına səni aparır. Paul öz hissiyyatı ilə yaşamadı, özünə baxmadı, amma Müqəddəs Ruhun ona buyurduğunu etdi. Ehtiyac içində olan bacı-qardaşları üçün çox miqdarda ianə toplayıb Yerusəlimə gətirmişdi, oradakı kasıblara paylamışdı. Paul Yerusəlimə imanlıları soymaq, əllərindən pul almaq üçün yox, fədakarcasına vermək üçün gəlmişdi. O, təfriqəçi bir adam deyil idi, sülhyaradan adam idi. Vali Feliks Paulun kim olduğunu tez anladı. Onun məsihilərin məzhəbi haqqında məlumatı var idi, çünki Qeysəriyyədə yaşayan Romalı zabit Korneli də bir müddət öncə Məsihə iman gətirmişdi. Əlbəttə ki, Roma kəşfiyyatı bütün yəhudilərin onları Roma boyunduruğundan azad edəcək Məsihin göydən gəlməsini gözlədiklərini bilirdi. Ancaq Paul yəhudilərin siyasi və inqilabi qisminə aid deyil idi. O, həlim xidmətçi kimi yaşayırdı, qılıncla silahlanmış şagirdlərin dəstəyini rədd edərək çarmıxa çəkilməyə razı olmuş İsanın yolu ilə gedirdi. Romalılar Paul kimi bir adamdan və çarmıxa çəkilmiş İsadan qorxmazdı, Paula heç əhəmiyyət verməzdilər, əksinə, gülərdilər. Eyni zamanda Feliks yəhudilərin Ali Şurası və başçı kahinlər ilə münasibətlərinin pozulmasını da istəmirdi. Buna görə problemin həlli üçün güzəştli bir variant tapdı: Paula ölümə məhkum etmədi, amma imkan yaratdı ki, o, istirahət etsin, Qeysəriyyədəki imanlılarla görüşsün, ünsiyyətdə olsun. Eyni zamanda başçı kahinlərə də söz verdi ki, Yerusəlimdəki minbaşıdan məbədin murdarlanması barədə və nə üçün güc tətbiq edərək vəziyyətə müdaxilə etdiyini izah etməsini tələb edəcək. Beləcə hökumət iki ağaya qulluq etməyə çalışıb, Paulla haqsız davrandı və Paul iki ildən uzun bir vaxtı zindanda keçirdi. Bu uzun illərdə həvari çox dua etdi və düşündü. Böyük ehtimal var ki, məhz o müddət ərzində Paul Məsihin zəngin lütfünü yayan Efeslilərə və Kolosselilərə Məktublarını yazmışdır. Paul zindanda belə, ruhdan düşmürdü – onun ruhu canlı və fəal idi. DUA: Ya Rəbb, Sən dinmədən haqsızlığa tab gətirmisən. Düşmənlər bizi incidəndə narahat olmamağı, deyinməməyi bizə öyrət və bizi Müqəddəs Ruhla doldur! Qoy biz Səni ucaldaq və sevək və inadkar insanlar üçün vəsatət etməyi Səndən öyrənək! SUAL:
|